Afaq Bəşirqızı Zeynəb Xanlarovadan danışdı: "Səhvsiz insan olmur"

Afaq Bəşirqızı Zeynəb Xanlarovadan danışdı: "Səhvsiz insan olmur"Azərbaycanın xalq artisti Afaq Bəşirqızı News24.az saytına müsahibə verib.

Aktrisa dövlət başçısı ilə görüş zamanı etdiyi çıxışından sonra hər kəsin rəğbətini qazanmasından, gənclərə məsləhətindən və xalq artisti Zeynəb Xanlarovanın çıxışından söz açıb:

-Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevayla incəsənət xadimlərinin görüşü zamanı Sizin protokoldan kənar çıxış etdiyiniz deyilir...

-Protokolun nə tələb etdiyini deyə bilmərəm. Amma mən protokoldan kənar çıxış etmişəm. Bu həqiqətdir.

-Bununla bağlı heç bir narahatçılıq olmadı. Nəticələri də Allah qoysa gözləyirik. İnşallah ümidvaram ki, bu günlərdə bunu bütün incəsənət xadimləri ilə bayram edəcəyik.

Bu zamana kimi elə bir şərait düşməmişdi ki, mən müraciət edim. Hər zaman qayğıya qalmışam, heç vaxt laqeyid yanaşmamışam. Gücümün yetərincə çatdığı işlərə baş qoşmuşam və kömək əlimi uzatmışam.

-Xalq artisti Zeynəb Xanlarovanın görüşdəki fikirləri və çıxışını necə qarşıladınız?

-(Fasilə verir) Zeynəb xanım gözəl sənətkardır. Sənəti ilə Azərbaycan üçün çox işlər görmüş, Azərbaycanı tərənnüm etmiş, çalışmış, Azərbaycan dilində oxuyan və Azərbaycan mahnılarının anasıdır. Mən Zeynəb xanıma çox gözəl yanaşıram. Səhvsiz insan olmur. Bəlkə də Zeynəb xanım onu elə demək istəmədi. Mənə sənətkar haqda sual versəniz, mən onu yalnız sənətkar kimi təriflə bilərəm.

-Məlum çıxışınızdan sonra bir çoxları Sizi millət vəkili postunda görmək arzusunu bildirir. Sizin buna münasibətiniz necədir?

-Yox. Mən birinci çağırışdan millət vəkili kimi namizəd verilmişdim. Özüm istəmədim. Mən daha əlverişli, əlimdən gələ biləcək, xeyrim toxunacaq iş istərdim, nəinki millət vəkili.

-O da məlumdur ki, bir qisim insan Sizin çıxışınızı birmənalı qarşılamadı...

-Özümdən aşağı səviyyəli adama aşağı əyilib necə söz deyim? Mən axı əyilməyə öyrəşməmişəm.

-Çıxışınızı ancaq gənc aktyorların vəziyyətinin düzəlməsi yönündə istifadə etdiniz. Bəs Sizin gənclərdən gözləntiləriniz nədir?

-Gənclərə həyatda düzgün seçim arzu edərdim. İstərdim ki, bizim ata-babadan qalma nəsihətlərimiz, kitablarımız, qərəmanlarımız və Qurani-Kərim kimi mötəbər kitabımız var. Hansı ki, insan gün ərzində neçə dəfələrlə "Quran haqqı", "Qurana and olsun" kəlmələrini işlədir. Onlar bütün bu andların timsalında təmizliyə, sabaha, gələcəyə, kişiliyə və qeyrətə and içsinlər, inansınlar. Allaha şükür ki, onlar üçün hər bir şərait yaradılıb. Ola bilsin ki, bu şəraitlər tam təminatlı deyil. Bir daha qeyd edirəm ki, çox haçalanırıq. Müharibə şəraitindəyik. Hər dəqiqə hər an bizim, ölkəmiz və Vətənimiz üçün böyük problemlər olur. Amma istərdim ki, onlar öz tərbiyəvi yollarından azmasınlar. Böyüklərə hörmət edib, sözlərini dinləsinlər. Nəsihətlərə qulaq assınlar. Deməsinlər ki, bu şərait, meydan hoydu-hoydu bizimdi. Çünki meydana naşı çıxanda qıçı tez sınır. Buna görə də gənclərimizdən çox şey gözləyirəm.

-Siz özünüz üçün heçnə tələb etmədiniz. Həqiqətənmi, Afaq Bəşirqızının hər şeyi var?

-Bəli var - Xalqım, sabaha ümidim, inamım, balalarım və nəvələrim var.

...Bir də mənim mənim ən böyük arzum budur ki, analarımın laylası beşik başında yalnız balalarının xeyir-duası üçün olsun. Heç bir ananın laylası yasa dönməsin.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3779   Tarix: 05 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə QAYTARDI

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb. xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib. "Flor

10 fevral
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21 aprel
.

Gülhüseyn Kazımlı VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. Bu barədə -a mərhumun qohumları məlumat veriblər. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbayca

25 fevral
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

Onlar 40 yaşından sonra iş tapa bilmirlər...

"Tanınmış bir balet ustası ilə söhbət edirdim, dəhşətə gəldim. Əvvəllər balet artistləri 40 yaşında təqaüdə çıxırdı, onu da 65 ediblər. Ay camaat, ayaqları artıq 40 yaşında şikəst olan 65 yaşına qalar?" . "Qafqazinfo" xəbər verir ki, bu məsələni gündəmə jurnalist İlqar Əlfioğlu gətirib

2 fevral
.

Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babə

28 fevral