Mehman Hüseynov: "Prezidentə müraciəti özüm yazıb, imzalamışam"

Mehman Hüseynov: "Prezidentə müraciəti özüm yazıb, imzalamışam"Bloger Mehman Hüseynov evində mətbuat konfransı keçirir.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran bloger həbsdə olduğu müddətdə, eləcə də son iki ayda baş vermiş hadisələrə aydınlıq gətirib.

O bildirib ki, həbsxanada olduğu müddətdə mübarizəsini davam etdirib: "Bu mubarizə mənə ağır başa gəlib. İlk növbədə bu müddətdə mən anamı itirdim. Ailəm dağılıb. Bilirsiniz ki, atam bir yanadır, qardaşlarımın biri xaricdədir, biri də Naxçıvanda hərbidə. İtkilərə baxmayaraq, Azərbaycan xalqına göstərdim ki, mən mübarizəni davam etdirirəm. İlk öncə azadlıqda olmağımın səbəbkarlarına təşəkkür edirəm. Bu, ilk növbədə Azərbaycan xalqıdır. Xalq mən aclıq edən, mübarizə aparan zaman yanımda olublar. Bundam əlavə, Avropa parlamentinin deputatları, Amerika senatları beynəlxalq və yerli qurumlar aclıq keçirən zaman mənə dəstək oldular. Mənimlə birlikdə digər dostlarımız da aclıq aksiyası keçirirdilər ki, onlara da təşəkkür edirəm. Əlbəttə ki, buradan siyasi partiyalara, Milli şuraya təşəkkür edirəm ki, mitinq təşkil ediblər. Həmin mitinqdə siyasətdən kənar adamlar da var idi ki, bu da çox gözəl haldır. Ən böyük təşəkkür Azərbaycan xalqına və bir qrup jurnalistlərədir ki, çətin durumda doğru olanları işıqlandırıblar. 2 il müddətində həbsxanada nələr olduğu haqqında danışmaq istəmirəm. Əsas məsələ odur ki, bu iki il müddətində mən anamı itirmişəm. Düşünürəm ki, anamın ölümü məndən və xaricdəki qardaşımdan alınan qisasdır. Düşünürdüm ki, anamı itirdikdən sonra mən çökəcəm. Lakin gözləntilərim olmadı. Gördüm ki, çox güclüyəm və həbsxanada mübarizəmi davam etdim. Həbsdən çıxan zaman jurnalistlər məni burada üç-dörd saat gözləyiblər. Əlbəttə ki, bunu dəyərləndirməliyəm. Ancaq jurnalistlər də başa düşməlidirlər ki, mən iki il ərazində əziyyət çəkirdim. Azad mətbuata çıxışım yox idi, telefon çətinliyim vardı. Bunlar çox vacib kriteriyalardır. Bilmirdim ki, çöldə nə baş verir. Ona görə də azadlığa çıxan zaman jurnalistlərə bildirdim ki, icazə verin ki, iki gün məlumatları araşdırım. Başa düşməli idim ki, indiki durum nə yerdədir. Bu iki gün ərzində araşdırma edib, mitinqdə baş verənlər,bütün yaşananlar haqqında məlumat topladım. Mənim üçün mübarizə aparanlara təşəkkür edirəm. Bütün jurnalistləri hadisə maraqlandırır. Yəni guya mən ədliyyə işçisinə qarşı xuliqanlıq etmişəm. Heç bir ağlı başında olan insan həbsinin başa çatmasına iki ay qalmış təxribata uymazdı. Hadisə ilə bağlı bildirim ki, belə bir hadisə ümumiyyətlə, baş verməyib. Bu, bir yuxu kimi idi. Əslində nələrsə gözləyirdim. Ancaq bu qədər iyrənc şəkildə təxribat gözləmirdim. Heç olmasa hadisəni süni şəkildə yaradıb təşkil etsəydilər, başa düşərdim ki, hansısa təxribata uymuşam. Əvvəllər də siyasi məhbuslara qarşı cəzanın sonuna yaxınlaşanda təxribatlar olub. Düşünürəm ki, təxribatla üzləşən insanlar bəlkə vaxtında düzgün addım atmayıblar deyə, mənim də başıma belə işlər gəlib. Cinayət işinin açılması ilə bağlı xəbər aldığımda bildirdim ki, cəzama iki ay qalıb və 2 mart tarixi mənim üçün çox önəmli olacaq. Ya mən bu yolda öləcəm ki, sabah digərlərinə qarşı belə addım olmasın. Ya da azadlığa çıxacam. Onlar mənim nə qədər ciddi olduğumu bildilər. Aclıq aksiyası keçirib, sudan belə imtina etmişdim. Bunları həbsdən qorxduğum üçün etmirdim. Həbsdən qorxan insan mənim kimi fəaliyyət göstərməzdi. Bu hadisə mənim üçün prinsipial məsələ idi. Mən ölümlə-dirim arasında qalmışdım. Aclıq aksiyası zamanı huşumu da itirdim. Mübarizənin sonunda saxta cinayət işinə xitam verildi. İki ay ərzində baş verənlərin hamısını demək istəmirəm. Çünki elə şeylər var ki, ictimaiyyət üçün əhəmiyyətsizdir".

Daha sonra Mehman Hüseynovun çıxışı ingilis dilinə tərcümə olunub.

Xatırladaq ki, Mehman Hüseynov 2017-ci ilin martın 3-də polisə böhtan atmaq ittihamı ilə mühakimə olunub. Buna onun Nəsimi polisində işgəncələrə məruz qaldığını bəyan etməsi səbəb olmuşdu.

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı onu vicdan məhbusu kimi tanıyıb. Dekabrın sonlarında ona qarşı türmə əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb. M.Hüseynov saxtalaşdırmaya etiraz olaraq quru aclıq elan edib. Yeni həbs təhlükəsi yerli icitmaiyyətin etirazına və xaricdə tənqidlərə səbəb olub. Avropa Parlamenti Azərbaycan hakimiyyətini blogeri və digər siyasi məhbusları azadlığa buraxmağa çağırıb. Bundan sonra prokurorluq blogerə qarşı cinayət işinə xitam verib.

***

"Həbsxanada aclıq aksiyası keçirən zaman nə su, nə də qida qəbul etmirdim". Bu fikri evində keçirdiyi mətbuat konfransında bloger Mehman Hüseynov deyib: "Aclıq aksiyası keçirənlər, aclığın nə olduğunu yaxşı bilirlər. Bu, çox çətin proses idi. Qərar vermişdim ki, haqsızlıq aradan götürülən qədər davam edəcəm. Aclıq aksiyasına dekabrın 26-da başlamışdım. Mətbuatda araşdırdım ki, kimlər haqqımda nə fikirlər səsləndiriblər. Peşəsindən asılı olmayaraq hər kəs mövqeyini bildirməli idi. Sosial şəbəkələrdən də bilirəm ki, hamı deyirdi ki, xalq yatıb, siyasi proseslərə qarışmır. Ancaq biz gördük ki, xalq yenə də mübarizədir və bütün proseslərdə var.

Dekabrın 30-da vəziyyətim pisləşib, huşumu itirmək üzrəydim . Həkimləri cəlb edib və bildiriblər ki, aclıq aksiyasını dayandırmasam, sistem vasitəsilə yemək yedirdib, çəkib, ictimaiyyətdə göstərəcəyik. Özümü bu qədər alçaq vəziyyətdə göstərməmək üçün qərara gəldim ki, 2 marta qədər ayaq üstə durmalıyam. Çünki bilirdim ki, çöldə xalq nə düşünür və prosesdən artıq xəbərdardır. Bundan sonra başladım yalnız su içməyə ki, martın 2-nə qədər ayaq üstə qalıb, prosesin sonunu gözləyim. Mətbuatda gedib ki, Mehman 1 gün aclıq edib. Bunların hamısı yalandır".

Mehman Hüseynov bildirib ki, o, yanvarın 7-nə qədər yalnız su içib:

"Proseslərdə irəliləyiş olduğu üçün sonradan mən yoqurt, süd də qəbul etdim. Bəziləri deyirlər ki, Mehman yemək də yeyib. Bu, doğru deyil. Prezidentə müraciətimə gəlincə isə hamı indi düşünür ki, Mehman bunu boynundan atacaq. Xeyr, açıq şəkildə deyirem ki, müraciəti mən yazıb, imzalamışam. Əlbəttə ki, hansısa şərtləri irəli sürərək. Müraciətdə bildirmişəm ki, mən Əli Abdalovu vurmamışam bu, mənə qarşı haqsızlıqdır və aradan götürülməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3169   Tarix: 05 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

"Еrməni həmkarıma həmişə sual verirəm - sıravi erməni bu münaqişədən nə qazanıb?"

"Siyasi iradə olmadan nəyəsə nail olmaq qeyri-mümkündür". . . Sonxeber.az "report"a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçünc

5 mart 2019

"Paşinyana ən yaxşı cavab torpaqları azad edib "get qarnını qaşı" deməkdir" - Deputat

"Nikol Paşinyanın səsləndirdiyi ifadəyə görə, hər hansı ölkə yox, məhz Azərbaycan cavab verməlidir. Azərbaycan torpaqlarını işğaldan azad edib, Paşinyana da get qarnını qaşı deməlidir".. Bunu "Ölkə.Az"a açıqlamasında deputat Araz Əlizadə Ermənistanın baş naziri Nikol Paşinyanın İran

5 mart 2019

İran səfirliyindən Paşinyanın Tehran qalmaqalı haqda AÇIQLAMA: "Bunu pisləyirik!"

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda yaşayan bir qrup erməninin "Ararat" klubunda keçirdiyi görüş barədə açıqlama yayıb.. . Səfirlikdən Sonxeber.az-a verilən açıqlamada deyilir:. . "İran İslam Respublikasının Azərbaycan Respublikasındak

4 mart 2019

Deputat: "Sosial şəbəkədə oturanların 90 faizi avaradır"

"Sosial şəbəkədən istifadə edənlərin 90 faizi avaradır və mənim onları avara adlandırmağa haqqım çatır. Bu fikri dəfələrlə telekanallardan səsləndirmişəm". Bunu "Ölkə.Az"a açıqlamasında deputat Araz Əlizadə deyib.. . Onun sözlərinə görə, sosial şəbəkədən faydalı işlər üçün istifad

4 mart 2019

Koçaryan: "Əliyev Paşinyanı asanlıqla məğlub etdi"

Ermənistanın sabiq prezidenti Robert Koçaryan həbsxanadan yazılı müsahibə verib.. . . . Sonxeber.az modern.az-a istinadən xəbər verir ki, müsahibəsi zamanı Koçaryan Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ məsələsində və iqtisadi sahədə planlarını kəskin tənqid edib.. . . . "Paşinyan müxtəlif vasitələrl

4 mart 2019

Prezidentdən SƏRƏNCAM - 11 milyon manat ayrıldı

Prezident İlham Əliyev "Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında" sərəncam imzalayıb.. . Sonxeber.az xəbər verir ki, sərəncamla Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmu

4 mart 2019

Ramil Usubov idmançını rəis təyin etdi - FOTO

Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Mehman Fətəliyev Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.. . O, bu təyinata qədər Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi olub.. . Qeyd edək ki

4 mart 2019

"Əgər kişisinizsə, çıxın ortaya danışaq" — Deputatdan şayələrə CAVAB

"Əgər kişisənsə mənim yazdığım və ya dediyim o fikrin mənbəyini göstər. Mən bu fikri harada demişəm. Amma mənbəni göstərə bilmirsənsə, deməli nakişisən. Gedib oturublar xaricdə, onlara komanda gələn kimi başlayırlar qarayaxma, təhqir, söyüş, gözdənsalma kampaniyasına… Bu mənə qarşı Fransaya sığına

4 mart 2019

Qərbi Azərbaycan nümayəndəliyi yaradıldı

Martın 3-də Azərbaycan Qaçqınlar Cəmiyyəti nəzdində yaradılmış Qaçqınların Problemləri Üzrə Komissiyanın növbəti yığıncağı keçirilib. Yığıncaqda qaçqınların Bakıdan və respublikanın müxtəlif bölgələrindən Komissiyanın ünvanına daxil olan çoxsaylı ərizələri nəzərdən keçirilib və qaçqınların problemlərini

4 mart 2019