Əcnəbi məşqçilər Güləş Federasiyasının sabiq baş katibi ilə bağlı prokurorluğa müraciət edib

Əcnəbi məşqçilər Güləş Federasiyasının sabiq baş katibi ilə bağlı prokurorluğa müraciət edibSərbəst güləş üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının sabiq bolqarıstanlı məşqçiləri Filip Manolov və Simyon Atanasov baş prokuror Zakir Qaralov və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanlayıb.
ONA-nın əldə etdiyi xəbərə görə, F. Manolov müraciətində Güləş Federasiyasının baş katibi olmuş Əjdər Cəfərov tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia edir: "2014-cü ilin mayın 1-dən sərbəst güləş üzrə qadınlardan ibarət yığmanın məşqçi təyin olunmuşam və oktyabradək 5 ay müddətində məşqçi kimi işləmişəm. Qızım Elis Manolova 2014-cü ildən güləş üzrə Bolqarıstan yığma komandasından Azərbaycanın yığma komandasına transfer olunub və Azərbaycanın bayrağı altında çıxış edib.
Mənim aylıq əmək haqqım 2500 ABŞ dolları olub. Lakin həmin vaxt federasiyasının baş katibi olan Əjdər Cəfərov qarşımda şərt qoydu ki, əmək haqqımın yarısını, yəni 1250 ABŞ dollarını hər ay ona verməliyəm. Əks təqdirdə məni işdən azad edəcəyi ilə hədələdi. Məcburiyyət qarşısında qalıb, həmçinin qızımın karyerasına görə 5 ay müddətində onun qoymuş olduğu qayda ilə işlədim. Sonuncu dəfə mən pulu verəndə ona etirazımı bildirdim və dedim ki, gələn aydan pulu ödəməyəcəyəm. Belə olan halda, 2014-cü ilin oktyabr ayında o, məni məşqçi kimi işdən azad etdi və ultimatum verdi ki, mən Azərbaycanı tərk etməliyəm, əks təqdirdə mənə problemlər yaradacaq. Buna görə də mən Bolqarıstana qayıtmağa məcbur oldum".
Mütəxəssis həmçinin iddia edir ki, bundan başqa, Əjdər Cəfərov Elis Manalovanın əldə etdiyi nailiyyətlərlə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ayrılan pul mükafatını da mənimsəyib.
S.Atanasovun imzaladığı müraciətdə isə baş katibə 100.000 ABŞ dolları verdiyini iddia edib: "Mən 2013-2014-cü illərdə Azərbaycan Güləş Federasiyasında əvvəl kişilərdən ibarət komandada, 2015-2017-ci illərdə qadınlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərmişəm. İşlədiyim dövrdə güləş üzrə Avropa və dünya çempionatlarında məşq etdirdiyim idmançıların göstərmiş olduqları nailiyyətlərə görə bizə müxtəlif məbləğlərdə pul vəsaiti şəkilində mükafatlar ödənilib. Həmin dövrdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində işləmiş Əjdər Cəfərov mənim qarşımda şərt qoyub ki, mən aldığım mükafatın 50 faiz hissəsini hər dəfə ona verməliyəm. Əks təqdirdə, məni işləməyimə imkan verməyəcəyi ilə hədələdi. Mən məcburiyyət qarşısında qalıb, hər dəfə aldığım mükafatların yarısını ona verirdim. Mənim Əjdər Cəfərova verdiyim pulların ümumi məbləği 100.000 ABŞ dolları olub. Bundan başqa, Əjdər Cəfərov 2015-ci ildə Bakı şəhərində keçirilən Birinci Avropa Oyunlarının qalibi olan tələbəm Anjela Doroqana da ödənilməli olan mükafatın 60.000 ABŞ dollarını alıb".
Hər iki məşqçi müraciətlərinin sonunda Əjdər Cəfərovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsini və onun tərəfindən mənimsənilən pullarımın qaytarılmasını xahiş edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 989   Tarix: 05 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan idmançısı ermənini nokauta saldı

I MDB Oyunlarında tayboks idman növündə mübarizəyə start verilib. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə Ermənistandan olan Alen İsraelyanla qarşılaşıb. İlk dəqiqələrdən rəqibinə güclü zərbələr endirən Əsədzadəyə qələbə üçün cəmi 2 dəqiqə 3

5 sentyabr 2021
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə

5 sentyabr 2021
.

Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO

Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq. Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün "Instagram" səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır

14 sentyabr 2021
.

Rusiyada olimpiya çempionunun medalları OĞURLANDI

Rusiyada naməlum şəxslər tennis üzrə "Rio-2016" Olimpiya Oyunlarında qızıl və Tokio Olimpiadasında gümüş medal qazanan Elena Vesninanın evini qarət ediblər. xəbər verir ki, tennisçinin özü "TASS"a bildirib ki, digər əşyaları ilə birgə hər iki Olimpiya medalı da oğurlanıb. Onun sözlərin

12 sentyabr 2021
.

Beyl uzun müddət futboldan kənar qalacaq

Madrid "Real"ının futbolçusu Qaret Beyl uzun müddətlik sıradan çıxıb. 32 yaşlı uelsli "Selta" ilə oyunöncəsi məşq prosesində zədə alıb. Bu gün baş tutan tibbi baxışda yarımmüdafiəçinin zədəsinin ciddiliyi təsdiq olunub. Sağ bud əzələsini zədələyən Beylin ən az bir ay meydana çıx

14 sentyabr 2021
.

Azərbaycanda veteran futbolçu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Məmmədnağı Babayev vəfat edib. xəbər verir ki, bu barədə "Neftçi" klubu məlumat yayıb. Babayev 86 yaşında dünyasını dəyişib. "Ağ-qaralar" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə başsağlığ

9 sentyabr 2021
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17 sentyabr 2021
.

MDB Oyunları: Badmintonçumuz qızıl medal qazandı - YENİLƏNİB + FOTO

Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb. xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Panqestu finalda Qazaxıstan idmançısı Dmitri Panarini 2:0 hesabı ilə məğlub edərək MDB Oyunlarını

11 sentyabr 2021
.

Ronaldu debüt oyununda iki qol vurdu – VİDEO

"Mançester Yunayted"ə qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu debüt oyununda iki qol vurub. İngiltərə Premyer Liqasının dördüncü turunda evdə "Nyukasl"ı qəbul edən "qırmızı şeytanlar" 4:1 hesablı qələbə qazanıblar. Ronaldu birinci qolunu ilk hissəyə əlav

11 sentyabr 2021