Stalinin sevimlisi, Xruşovun xəyanətkar kadrı, Brejnevin düşməni – DTK sədrliyindən peşə məktəbinə nəzarətə

Stalinin sevimlisi, Xruşovun xəyanətkar kadrı, Brejnevin düşməni – DTK sədrliyindən peşə məktəbinə nəzarətəO, digər həmkarlarından fərqli olaraq fikirlərini açıq söyləməyi bacarıb, cavan olmasına baxmayaraq, riskli addımlardan çəkinməyib, hətta ən təcrübəli və yaşlı siyasətçilər onun çox qısa bir müddətdən sonra ölkənin birinci kürsüsünə sahib olacağını da istisna etməyiblər. Artıq 34 yaşında SSRİ komsomoluna başçılıq edən Aleksandr Şelepin Kremldə özünə kifayət qədər müsbət siyasi imic formalaşdırmağa nail olub...

Aleksandr Şelepin 1918-ci ildə Voronejdə anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirib. Moskva Tarix, Ədəbiyyat, Fəlsəfə İnstitutunda ali təhsil alıb. Tələbəlik illərində institutun komsomol təşkilatının katibi olub. Könüllü olaraq sovet-fin müharibəsində iştirak edib. 1941-45 müharibəsi başlananda Aleksandr Şelepin gənclərin partizan dəstələrinə cəlb olunması işi ilə məşğul olub. Məhz məşhur Zoya Kosmedemyanskayanın da partizanlar sırasına qoşulması Şelepinin təşəbbüsü ilə baş tutub. Qəhrəman qızın igidlikləri haqqında Stalinə məlumat veriləndə Şelepinin də adı hallanıb. Beləliklə, Aleksandr Şelepinin adı Stalinin yaddaşında müsbət kadr kimi qalıb.

Müharibədən sonra Aleksandr Şelepin komsomol orqanlarında sürətlə irəliləyərək 1952-ci ildə ümumittifaq komsomolunun birinci katibi vəzifəsinə təyin edilib. Fəaliyyəti ilə özünü Kremlin diqqət mərkəzində saxlayan Şelepin mövcud siyasi müstəvidə uğurlu kadr kimi dəyərləndirilib.

Stalinin vəfatından sonra Mərkəzi Komitənin plenumlarından birində Şelepin plenumun gündəliyinə aid olmayan təkliflə çıxış edib. O, Lenin komsomolu adının Lenin-Stalin komsomolu adı ilə əvəzlənməsi məsələsini qaldırıb. Sözsüz ki, baş komsomolun bu təklifi Nikita Xruşov tərəfindən elə yerindəcə boğulub. Amma Xruşov Şelepinin Stalinə olan bu sevgisini tez unudub. Yəqin ki, bu da 1957-ci ildə "antipartiya" qrupu tərəfindən Xruşovu devirmək cəhdi zamanı Şelepinin Xruşova dəstək verməsi olub.

Bu dəstəyi unutmayan Xruşov 1958-ci ildə Şelepinə DTK sədri vəzifəsini təklif edib. İlk təklifdən imtina edən Şelepin partiya orqanlarında çalışmağa üstünlük verib. Ancaq Xruşov növbəti dəfə təkid edərək Şelepinin bu vəzifəyə keçməsinə nail olub:
- Aleksandr Nikolayeviç, dövlət təhlükəsizliyi orqanları partiyanın əsas qollarından biridir. Siz bu vəzifədə yenə də özünüzü partiya orqanlarında olduğunuz kimi hiss edəcəksiniz. DTK-ya yeni qüvvələr lazımdır, bu mühüm qurum köhnə ünsürlərdən təmizlənməlidir. Və ən başlıcası, siz mənim danışıqlarıma heç kimin qulaq asmamasını təmin etməlisiniz...

Beləliklə, Xruşovun təkidindən sonra Aleksandr Şelepin 25 dekabr 1958-ci il tarixindən SSRİ DTK-nın sədri vəzifəsinə təyinat alıb. Yəqin ki, həmin vaxt Xruşovun heç ağlına da gəlməyib ki, böyük etimad göstərdiyi baş komsomol nə vaxtsa onun başına böyük bəla olacaq, hakimiyyətdən devrilməsinin baş rejissoruna çevriləcək.

Maraqlı faktlardan biri də odur ki, Şelepin DTK sədri vəzifəsinə təyin ediləndə, bu vəzifəyə uyğun olaraq ona veriləcək general rütbəsindən imtina edib.

Şelepin qısa müddət ərzində dövlət təhlükəsizliyi orqanlarında bir sıra islahatlar aparmağa nail olub, xüsusilə kadr məsələsində köklü dəyişikliklər baş verib, DTK "NKVD"-dən qalmış "xof"lardan təmizlənib.

Xruşov Şelepini bu vəzifədə çox saxlamayıb. DTK-dan sonra Şelepin üç böyük vəzifəni daşıyıb. O, 1961-1967-ci illərdə Mərkəzi Komitənin katibi olmaqla yanaşı, 1962-1965-ci illərdə Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsinə rəhbərlik edib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsini daşıyıb. Və sözsüz ki, bu vəzifələrdə Şelepin Kremldə əsas söz sahiblərindən biri olub.

Xruşovun yarıtmaz siyasi fəaliyyəti ilə bağlı Kremldə məxfi planlar hazırlananda Şelepin saray çevrilişinin əsas müəlliflərindən biri olub. Və çoxları elə düşünüb ki, Xruşovun süqutundan sonra Şelepin baş katib kürsüsündə əyləşəcək. Amma məlum olduğu kimi, Brejnevin qruplaşması Şelepinə zərbə vurmadan asanlıqla birincilik məsələsini sülhlə həll ediblər. Şelepin isə partiya xətti ilə faktiki olaraq Mərkəzi Komitənin katibi kimi Brejnevdən sonra ikinci adam sayılıb.
Brejnev və Şelepin münasibətləri kənardan çox isti görünsə də və bu münasibətlər onların bir komandada olmaları təəssüratını yaratsa da, əslində Brejnev üçün Şelepin arzuolunmaz bir kadr sayılıb. Birincisi ona görə ki, Şelepinin xalq arasında qazandığı populyarlıq Brejnevi hədsiz narahat edib. İkincisi isə, Brejnev Şelepinin çevriliş etmək təcrübəsinə bələd olduğundan ondan çəkinib və onu zərərsizləşdirmək üçün məqam axtarıb.

Nəhayət, həmin məqam yetişib. Mərkzi Komitənin plenumunda Şelepin və tərəfdarları çıxışları ilə öz hökmlərini veriblər. Anastas Mikoyan öz xatirələrində həmin plenumu belə xatırlayıb:

"Şelepinin Brejnevə qarşı mübarizəsi açıq-aydın hiss olunurdu. Sözsüz ki, bunu Brejnev də hiss edirdi. Nəhayət, Mərkəzi Komitənin plenumunda bu məsələ bir az da qabardı. Moskvanın katibi, Şelepinin ən yaxın adamı olan Yeqorıçev Moskvanın qəfil hücumlara hazır olmadığını söyləyərək Müdafiə Nazirliyinin rəhbərliyini tənqid etdi. Bu tənqidə Şelepin də qoşuldu. Plenumdan sonra məsələ müzakirə olundu, aydın oldu ki, tənqid tam əsassızdır və bunu əsas gətirərək Brejnev Şelepini Mərkəzi Komitədən uzaqlaşdırdı..."

Brejnev Şelepini 1967-ci ildə SSRİ Həmkarlar İttifaqına rəhbər təyin edib. Kremldən uzaq olsa da, Şelepin bu vəzifədə də öz səsini ölkə rəhbərliyinə çatdırmağı bacarıb. Belə ki, o, dayanmadan fəhlə və qulluqçuların sosial vəziyyətinin qənaətbəxş olmaması ilə bağlı Kremlə göndərdiyi saysız-hesabsız məktublarla Brejnevin səbrini tükəndirib. Baş katibin təşəbbüsü ilə yaradılan xüsusi komissiya Həmkarlar İttifaqının fəaliyyətini təftiş etdikdən sonra Şelepin vəzifəsindən azad olunub.

Aleksandr Şelepin 1975-1984-cü illərdə Texniki Peşə məktəbləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışıb. Və bu illər ərzində, demək olar ki, heç bir siyasi fəaliyyəti olmayıb.

1984-cü ildə təqaüdə çıxan Aleksandr Şelepin 1994-cü ildə 76 yaşında vəfat edib. O, Moskvada Novodeviçye qəbirstanlığında dəfn edilib.

Mənbə: Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2594   Tarix: 05 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021