Rusiyadan Qarabağda qorxunc müharibə XƏBƏRDARLIĞI: Yüzminlərlə insan məhv olacaq və...

Rusiyadan Qarabağda qorxunc müharibə XƏBƏRDARLIĞI: Yüzminlərlə insan məhv olacaq və...Ermənistanda daxili qarşıdurma getdikcə kəskinləşir. Bu kontekstdə Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun canlı efirdə səsləndirdiyi fikirlər diqqət çəkdi. Sovolyov qeyd etdi ki, Ermənistanda mövcud olan ziddiyyətlər erməni cəmiyyətinin parçalanmasına gətirib çıxaracaq: "Bu parçalanma Qarabağ üzərində nəzarətin itirilməsi ilə nəticələnəcək. Bu, qorxunc faciə olacaq, minlər, bəlkə də yüzminlərlə insan məhv olacaq. Qarabağda nəzarəti itirən Ermənistan özü də yox olacaq".

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, rusiyalı ekspert Nikita İsayev bu fikirləri şərh edib.

İsayev hesab etmir ki, hazırda erməni cəmiyyəti parçalanıb. Lakin onun fikrincə, Ermənistanda yeni elitaların formalaşması və mübarizəsi gedir.

"Birincisi, Ermənistan cəmiyyətində müxtəlif siyasi qruplar müəyyən səlahiyyətlərə sahib olmaq uğrunda mübarizə aparırlar. Mübarizənin əsas tərəfi iqtiadiyyatın müxtəlif sektorlarına nəzarət uğrundadır.
İkincisi, Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi erməni cəmiyyətində narahatlıq yaradıb, xüsusilə Robert Koçaryana 2008-ci il 1 mart hadisələrinə görə cinayət işinin açılması bu narahatlığı artırıb.
Üçüncüsü, erməni cəmiyyəti anlamağa çalışır ki, ölkənin iqtisadi və siyasi təhlükəsizliyinə hansı güc zamin olacaq: Rusiya, ABŞ, Çin, Avropa Birliyi ölkələri - Almaniya və ya Fransa? Nikol Paşinyanın hazırda həyata keçirdiyi "qayıq diplomatiyası" belə sualların yaranmasına səbəb olur. Bu proseslər fonunda Qarabağda hərbi eskalasiyanı istisna etmirəm, lakin bu, Rusiyanın zəiflədilməsi üçün onun sərhədlərinə yaxın ərazilərdə müharibələrin başladılması planının bir parçası ola bilər", - deyə İsayev vurğulayıb.

Rusiyalı ekspert Moskvanın İrəvanda siyasi gücünü möhkəmləndirmək üçün təzyiq rıçaqlarından istifadə edəcəyini hesab edir. Onun sözlərinə görə, Moskva və İrəvan arasında əsas problem konkret dialoqun yoxluğudur, buna görə də Ermənistan Qərbə doğru üz tutur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2371   Tarix: 06 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

Qaytarılan ermənilərin adları açıqlandı - TAM SİYAHI

Humanizm nümunəsi olaraq Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni əsilli şəxsin adları açıqlanıb. xəbər verir ki, siyahını "Sputnik Armeniya" yayıb:. 1. Akopyan Volodya Qaqikoviç. 2. Asatryan Gevorg Norayroviç. 3. Qasparyan Gor Vaqramoviç. 4. Enqoyan Sisak Qrişaeviç. 5. Karapetya

4 iyul 2021
.

Ağdam, Xocalı və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətind

22 avqust 2021
.

Ermənistanın verdiyi xəritələrin 20-30 faiz doğru çıxması ilə bağlı nazirlikdən AÇIQLAMA

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib. -ın məlumatına görə

20 iyun 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid

14 avqust 2021