Müğənninin qətldə günahlandırılan oğlunun cinayət işi prokurorluğa geri qaytarıldı

Müğənninin qətldə günahlandırılan oğlunun cinayət işi prokurorluğa geri qaytarıldıMərhum müğənninin oğlu qətl törətməkdə ittiham edilərək hakim qarşısına çıxarılıb.

Sonxeber.az musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edib. Tuncay Vəliyevin vəkili Rəşad Mirmehdizadə vəsatətində bildirib ki, istintaq zamanı ciddi prosessual pozuntulara yol verilib.

Müdafiəçi qeyd edib ki, Tuncay Vəliyevin bu işdə qətiyyən təqsiri yoxdur və ittiham qərəzlidir.

Rəşad Mirmehdizadə əlavə edib ki, istintaq zamanı müdafiə etdiyi şəxsin həbs qətimkan tədbirinin müddəti başa çatdığı halda prokurorluq işi tələm-tələsik məhkəməyə göndərib. Vəkil deyib ki, təqsirləndirilən şəxsə şikayət vermək hüququ belə yaradılmayıb.

"İttiham sadəcə söz yığınından ibarətdir. Heç bir sübuta, fakta əsaslanmır. Nə zamansa Tuncayla mərhum arasında mübahisə olub. Həmin zaman Tuncay "Rəşad bir də belə eləsə, ona soxacam" ifadəsini işlədib. Bu isə sadəcə olaraq deyilən sözdür. Buna görə adamı həbs edib, cinayətkar çıxarmazlar. Heç bir sübut olmadığı halda müdafiə etdiyim şəxs niyə həbsdə qalmalıdır? Hesab edirəm ki, qeyd edilən pozuntuları aradan qaldırmaq üçün iş yenidən prokurorluğa qaytarılmalı və obyektiv şəkildə araşdırılmalıdır"- deyə vəkil vəsatətində qeyd edib

Digər təqsirləndirilən Fərman Ocaqquliyevin vəkili də oxşar vəsatətlə çıxış edib və işin yenidən prokurorluğa qaytarılmasını istəyib.

Məhkəmə müşavirədən sonra vəsatətlərlə bağlı qərarı elan edib. Qərara əsasən iş yenidən araşdırılması üçün prokurorluğa qaytarılıb.

Xatırladaq ki, qətl hadisəsi ötən il iyunun 7-də Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində baş verib.

Həmin gecə əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.

Qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Vəliyev saxlanılıb. Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.

Məlum olub ki, R.Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb.

İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı qətlin daha bir iştirakçısı - F.Ocaqquliyev müəyyən edilərək saxlanılıb.

Bildirək ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib.


Sonxeber.az Telegramda izləyin
Kriminal   Baxılıb: 1782   Tarix: 06 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

"Bibi" ləqəbli narkotacir məhkəməyə müraciət etdi

Narkotik Maddələrin satışında təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilən Sənubər Lütfəliyeva çıxarılan hökmdən apellyasiya şikayəti verib.. . Sonxeber.az "ölkə.az"a istinadla xəbər verir ki, təqsirləndirilən şəxsin şikayətinə mart ayının 7-də Bakı Apellyasiya Məhkəməsində haki

6 mart 2019

Rüşvət alan 25 nəfər cinayət başında yaxalandı

2018-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumlarına 218 müraciət daxil olub.. . . . Sonxeber.az-ın Trend-ə istinadən məlumatına görə, müraciətlərdən 104-ü "161-Qaynar xətt" əlaqə mərkəzindən daxil olub, digər 114 müraciət isə fiziki və hüquqi şəxsləri

6 mart 2019

"Quli" Lənkəranskinin qohumunun obyektini ələ keçirdi

"Lotu Quli" ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifov Rusiyanın böyük obyektlərindən biri hesab olunan "Fud Siti" aqroklasterinə nəzarəti ələ keçirib. "Qafqazinfo"nun Rusiya KİV-nə istinadən xəbərinə görə, "Fud Siti" daha öncə 2016-cı ildə Türkiyəd

5 mart 2019

Azərbaycanlı narkotacir Rusiyada polisə heroin satdı

Vladivostokda narkotik ticarəti ilə məşğul olan şəxs saxlanılıb. . . Bu barədə Primorsk vilayət prokurorluğu məlumat yayıb. İstintaq məlumatlarına görə, cinayət 2018-ci ilin payızında baş verib. . . Saxlanılan şəxs Azərbaycan vətəndaşıdır və Primorskda yaşayış qeydiyyatı olmadan məskunlaşıb.. . Məlu

5 mart 2019

6 il əvvəl arvadını vəhşicəsinə öldürən kişinin FOTOSU

Polis və prokurorluq orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış ağır cinayətin üstü açılıb.. . Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi Səbai

4 mart 2019

Bakıda kriminal dəstə üzvlərinə qarşı ƏMƏLİYYAT - Həbs edilənlər var

Bakıda borc pula görə təhdid edilən şəxs polisə müraciət edib.. . Sonxeber.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakinlərindən biri yaranmış borc probleminin həlli ilə bağlı borclu olduğu şəxsin tanışları tərəfində

4 mart 2019

Bakıda 6 il əvvəl arvadını öldürüb basdıran kişi tutulub

Bakıda 6 il əvvəl arvadını öldürüb basdıran kişi tutulub.. . "Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2013-cü ildə həyat yoldaşı 1982-ci il təvəllüdlü Kamilə Cəfərovanı qətlə yetirərək Qobustan qəsəbəsində basdıran həyat yoldaşı 1980-ci il təvəllüdlü Nazim Cəfəro

4 mart 2019

Gəncə hadisləri ilə bağlı həbs edilən bir qrup şəxsə hökm oxunub

Gəncə hadisələri ilə bağlı həbs edilən Cabir Əzizov, Gülmirzə Nurzadə, Riya Nurizadə, Fikrət Mirzəliyev, Eyruz Hacıyev, Səbuhi Rəcəbov, Elman Quliyev və Sabir Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.. . Sabunçu Rayon Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hök

2 mart 2019

Bakı sakinini döyüb, üç min manatını aldılar

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Həmid Allahverdiyev, Murad Əliyev və Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. . . Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. . . Hökm

1 mart 2019