Akif İslamzadə: "İndiki kişi oxuyanların əksəriyyəti arvad olmalı imiş"

Akif İslamzadə: "İndiki kişi oxuyanların əksəriyyəti arvad olmalı imiş"Əfsanəvi müğənni Akif İslamzadə "Ölkə.Az"ın suallarını cavablandırıb.
- Akif bəy, fevral ayında AzTV-də Bədii Şura yaradıldı. Sizcə, bu, çıxış yolu hesab edilə bilərmi?

- Bədii Şuranı yığışdırmaq lazımdır. O Bədii Şura məndən tutmuş, Vaqif Mustafazadə, Rafiq Babayevdən o qədər lent yazıları götürüb saxlayıblar ki. Bir-birini kontrol etməkdənsə, ədəb-ərkan cəmiyyəti yaratmaq lazımdır. Ədəb-ərkanlı cəmiyyət yaratmaq üçün də təhsil sistemi kökündən dəyişilməlidir. Bu gün Azərbaycanda tətbiq edilən təhsil sistemi Qərbə məxsusdur. Həmin sistem Rusiyaya, Rusiyadan da bizə keçib. Bu sistem bəlkə də tarixin hansısa məqamında özünü doğruldub. Amma bu gün tamamilə yararsızdır. Dediklərimin təsdiqi üçün Qərbə baxmaq lazımdır. Görün, onlar nə gündədirlər?

- Sizin təklifiniz nədən ibarətdir?

- Bu sistemi dəyişmək üçün mütəxəssislərimiz var. Cavanlarla söhbətləşirəm, görürəm ki. "Quran" sözünün mənasını bilmirlər, baxırlar üzümə.

- Düşünürsünüz ki, Bədii Şura televiziyalardakı vəziyyəti düzəldə bilməz?

- Hansı qurumun yaradılmasından asılı olmayaraq, təhsil sistemi dəyişdirilməli, cəmiyyətdə tamamilə başqa proseslər getməlidir. Bu gün televiziyalar özü də bilmədən cəmiyyətin əleyhinə olan işlərlə məşğuldur.

- Azərbaycan telekanallarına baxırsınızmı?

- Baxmıram, ümumiyyətlə televiziyaya baxmıram.

- Bəs informasiyanı hardan alırsınız?

- Eşidirəm, harda otururam hamı şikayətlənir ki, bu nədir? Əvvəl baxanda görürdüm ki, biabırçılıqdır. Ona görə də son illər efirlərə baxmıram.

- Müsahibələrinizin birində demişdiniz ki, illər öncə oxuduğunuz və təqdim etmədiyiniz mahnıları dinləyicilərinizə təqdim edəcəksiniz. Həmin proses davam edirmi?

- Bəli, həmin mahnılar disk şəklində təqdim ediləcək. Təqdimatı yəqin ki, bir ay çəkər.

- Həmin alboma ancaq bəstəkar mahnıları daxildir, yoxsa?

ƏTRAFLI
Nar.az
- Yox, qarışıq mahnılardır. Yəqin ki, oxuduğum "Laçın", "Ötən günlərimi qaytaraydılar" kimi mahnıları eşitmisiniz. Həmin mahnıları vaxtında başqa variantda da oxumuşam, amma dinləyicilərə təqdim edilməyib.

- Ola bilərmi ki, həmin ifalardan hansınasa klip çəkilsin?

- O mahnıları otuz yaşımda oxumuşam. İndi bu simayla, yetmiş yaşımda klip çəkdirsəm, mənə baxan adam deyər ki, bu tərbiyəsizdir, əxlaqsızdır. Çünki otuz yaşımda oxuduqlarımda tamam başqa emosiya, başqa enerji var. Amma vaxtilə çəkilmiş videolentlərdən istifadə etməklə, yaxud aktyorların iştirakı ilə nəsə çəkmək olar. Amma indi bunları həyata keçirmək üçün vaxt və maliyyə lazımdır.

- Akif bəy, bir müddət öncə bildirmişdiniz ki, gündəlik mütaliə edirsiniz...

- Bizim həyata yanaşmamız başqa cür olub. Mən gərək oxuyam ki, qavrayım. Bir-iki dəfə dini söhbətlərə qulaq asmışam, sonra həmin deyilənləri oxumuşam. Görürsən ki, dinləmək oxumağın effektini vermir, yadda qalmır. Bu dəqiqə yanımda 400-500 kitab var.

- Gənc ifaçıları dinləyirsinizmi?

- Maşında qulaq asıram, amma təqdim etdirlər deyə, adları yadımda qalmır. Bəzən özləri küçədə yaxınlaşırlar. Elə də olur ki, tanıyıram, özümü tanımazlığa vururam. O ki qaldı televiziyalara, hər şey təhsildən başlayır. Hər bir cəmiyyətin müqavimət qüvvəsi olur. Təhsilsizlik oxumaqda da hiss olunur. İndiki kişi oxuyanların əksəriyyəti qadın olmalı imiş.

- Yəni, qadın boğazları edirlər?

- Bəli. Məsələn, indi biz sizinlə danışanda bir-birimizin nitqindəki nöqtəni, vergülü, sual işarəsini hiss edirik. Oxuyan da elə oxumalıdır ki, dinləyici nöqtə-vergülü hiss etsin. Bacarmırsa başqa işlə məşğul olmalıdır.

- İstərdim ki, yenidən Bədii Şura mövzusuna qayıdaq. Hansısa telekanalın Bədii Şurasına rəhbərlik etmək təklifi olarsa, müsbət yanaşarsınızmı?

- Xeyr, heç vaxt qəbul etmərəm. Bunu başa düşmək lazımdır ki, hamımız müəyyən yaşa gəlib çatmışıq, zövqümüz formalaşıb. Çərçivə geniş, çevrə böyük ola bilər, amma biz formalaşmışıq. İstəmərəm ki, hətta mənim diqtəmlə Azərbaycan musiqisi inkişaf etsin. Bir insanın zövqü nə qədər yaxşı olsa da, onun diqtəsiylə sənət düzələ bilməz. Ən uca zirvəmiz Üzeyir bəydir. Məsələn, "Leyli və Məcnun"a da qulaq asın, "Koroğlu"ya da. Tamam başqa şeylərdi. Demokratiyadan, qərb dəyərlərindən danışırlar. Üzeyir bəy yüksək mədəniyyət sahibi olduğuna görə məktəbi yaratdı, amma həmin məktəbin içində çərçivə yoxdur. Fikrət Əmirov da var, Qara Qarayev də, Tofiq Quliyev də. Görün nə qədər rəngarəngdirlər. Amma hamısının başında da Üzeyir bəy durur. Mənə deyirlər ki, korifey, nə bilim nə, estrada mahnıları filan. Deyirəm ki, bunları ilk dəfə mən yox, Rəşid Behbudov edib. Ancaq təməl daşını qoyan Üzeyir bəy olub. Biz onun fikrini götürmüşük, formasını dəyişmişik. Akif İslamzadə bir cür, Vaqif Mustafazadə başqa cür, Rafiq Babayev ayrı tərzdə həmin formanı dəyişdirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2123   Tarix: 06 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021