Azərbaycan Qarabağda Paşinyanın qorxduğu SSENARİYƏ QAYIDIR VƏ... - Nikolun 1 yolu var

Azərbaycan Qarabağda Paşinyanın qorxduğu SSENARİYƏ QAYIDIR VƏ... - Nikolun 1 yolu varErmənistan baş naziri Nikol Paşinyan martın 5-də Brüsseldə Avropa Komissiyasının Avropa Siyasəti, Qonşuluq və Genişlənmə üzrə komissarı Yohannes Xanla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə qarşıdakı danışıqlarda Dağlıq Qarabağ konfliktinin həll formatını müzakirə edəcək.

Politoloq, sabiq diplomat Fikrət Sadıxov Publika.az-a müsahibəsində Ermənistanın baş nazirinin bu açıqlamasını şərh edib.

- Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə çıxış edərkən bildirib ki, İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin həll formatını müzakirə edəcək. Azərbaycan Xarici İşlər Nazirliyi isə Paşinyana cavabında bildirib ki, bu formatın həlli danışıqların ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə təsdiq olunmuş formatını ATƏT üzv ölkələrinin konsensus qərarı olmadan dəyişmək qeyri-mümkündür. Bu durumda Azərbaycan Paşinyanla müzakirəyə gedəcəkmi?

- Paşinyan yenidən çabalayır və bu çabalamaq məcburiyyəti ondan irəli gəlir ki, ölkəsində ondan Azərbaycanla danışıqların məzmununu açıqlamaq tələb edirlər. Hətta Paşinyanı parlamentə də dəvət etmişdilər ki, gedib qarşı tərəflə hansı söhbətlər etdiyi haqqında hesabat versin. Digər tərəfdən, baş nazirin üçüncü tərəfi danışıqlara cəlb etmək haqqında dəfələrlə səsləndirdiyi fikirlər artıq puça çıxdı. Çünki xarici işlər nazirləri görüşür, Paşinyan özü Azərbaycanın dövlət başçısı ilə bir araya gələcək. Minsk qrupunun həmsədrləri də bəyan etdi ki, münaqişənin həll formatı dəyişilməməlidir. Paşinyan Brüsseldə olanda Mogerini birmənalı şəkildə bəyan etdi ki, danışıqlar formatı təsdiq olunan şəkildə davam etdirilməlidir. Dəyişikliyə ehtiyac yoxdur. Paşinyan da başa düşür ki, gec-tez danışıqlara məhkumdur. Azərbaycan tərəfinin də formatın dəyişdirilməsi haqqında müzakirələrə qatılmayacağına şübhəm yoxdur. Təşkilati məsələlərin müzakirə olunması artıq gündəmdən düşməlidir. Çünki bizim üçün hər şey aydındır. Biz bu dəyişikliklərə heç zaman getməyəcəyik. Təcrübə də göstərir ki, dünyanın aparıcı ölkələri, Minsk qrupunun həmsədrləri həll formatını bu cür qəbul edir. Paşinyan bu yolla getmək istəmirsə, bizim alternativ yolumuz var.

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşü planlaşdırılır. Bu görüşdən də yeni bir şey gözləmək olarmı?

- Nazirlər bu zamana qədər bir neçə dəfə görüşüb. Mən düşünmürəm ki, nazirlərin görüşündə hansısa radikal dəyişikliklər qeydə alınsın. Çünki nazirlər, adətən, danışıqlar prosesində təkliflər hazırlamaq formatında danışıqları aparırlar. İnanmıram ki, nazirlərin növbəti görüşündə gözlənilməz təklif irəli sürülsün və yaxud Ermənistanın mövqeyi dəyişilsin. Sadəcə olaraq, Azərbaycan hər görüşdə Ermənistana təzyiqləri artırmalı və ona diqtə etməlidir. Diplomatik, siyasi təzyiqlərin səviyyəsi qaldırılmalıdır. Bizim bu istiqamətdə mövqeyimiz qəti olmalıdır.

- Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair tutduğu istiqamət Ermənistanı hara sürükləyəcək? Onun danışıqlardan qaçması və müxtəlif bəhanələr irəli sürməsi Ermənistan üçün hansı nəticələr doğuracaq?

- Paşinyan danışıqlara hazır deyil. Kompromisə getməyə, torpaqları azad etməyə isə heç hazır deyil. Çünki o, müəyyən eyforiya dalğasında hakimiyyətə gələn siyasətçidir. İndi birdən-birə Azərbaycanın torpaqlarını azad etməyə, sülh müqaviləsi imzalamağa qadir deyil. Paşinyan hakimiyyətdə olduğu bir neçə ay ərzində hiss etdi ki, onun danışıqlardan başqa yolu yoxdur. Ya danışıqlarda iştirak edib konkret razılığa gəlməlidir, ya da müxtəlif bəhanələr uyduraraq vaxt udmalıdır. Bir şəkildə buna hazır olmamağını gizlətməyə çalışmalıdır. Düşünürəm ki, Ermənistana təzyiqlər artırılmaqla təcrid vəziyyəti saxlanmalıdır. Azərbaycan silahlanmalıdır. Paşinyan vaxtilə demişdi ki, Azərbaycan onlara hədə-qorxu gəlir, onlar üçün təhlükəlidir. Biz də bu siyasəti davam etdirməliyik. Çünki Ermənistan başqa dildən anlamır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2019   Tarix: 08 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gələcək. Bunu Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. O, səfərin 2024-cü il aprelin 24-25-nə planlaşdırıldığını vurğulayıb

9 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Ermənistan Azərbaycanla şərti sərhədə yeni hərbi qüvvələr yığır - VİDEO

Azərbaycanla Ermənistan arasında şərti sərhədin müxtəlif hissələrində, xüsusən də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri yeni hərbi infrastrukturun yaradılması istiqamətində intensiv işlər aparırlar. "Caliber" müvafiq video görüntüləri təqdim edib. Bildirilib ki, baş verənlər Ermənista

4 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

9 aprel
.

Prezidentin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin etdiyi şəxs kimdir? - DOSYE

Ramin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. xəbər verir ki, Ramin Ələmşah oğlu Məmmədov 1979-cu ildə fevralın 17-də Ağdərə şəhərində doğulub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxal

8 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edildi - Sərəncam

Bir sıra məhkəmələrə sədrlər, məhkəmə kollegiyaları sədrləri və birinci instansiya məhkəmələri hakimləri təyin edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, apellyasiya instansiyası məhkəmələri üzrə Toğrul Məhəmməd oğlu Əli Gəncə Apellyasiya Məhkəməsini

8 aprel
.

Prezident Şirvan suvarma kanalının təməlini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16 aprel