Yazda niyə özümüzü yorğun hiss edirik? — SƏBƏBLƏR

Yazda niyə özümüzü yorğun hiss edirik? — SƏBƏBLƏRYazın gəlişi ilə insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Bu da yaz yorğunluğu kimi özünü biruzə verir.
Sonxeber.az "ökə.az"a istinadla yaz yorğunluğunun səbəblərini təqdim edir.

Yuxusuzluq. Az yatmaq bizim sağlamlığımıza və diqqətimizi toplamağa böyük ziyan vurur. Yetkin insan sutka ərzində mütləq 7-8 saat yatmalıdır. Gündəlik yuxunuza fikir versəniz, bu yorğunçuluq tezliklə aradan qalxacaq. Yataq otağınızdan telefonları, planşetləri uzaq tutmağa çalışın.

Qeyri-sağlam qidalanma
Yaz aylarında orqanizmdə vitamin çatışmazlığı yaranır. Əgər siz zərərli ərzaqlarla və ya az miqdarda qidalansanız, o zaman yuxunuzu da tam ala bilməyəcəksiniz. Bu da yaz halsızlığına gətirib çıxaracaq. Sağlam qida rasionu qanda şəkər balansını qoruyaraq halsızlığı aradan götürür. Səhərlər mütləq qəhvəaltı edin. Gündəlik rasionunuzda zülal və gec həzm olunan karbohidratlara üstünlük verin.

Qan azlığı. Qadınlarda halsızlığın ən çox yayılan səbəblərindən biri də qan azlığıdır. Menstruasiya zamanı isə qadın orqanizmində dəmir çatışmazlığı anemiyası yaranır. Qırmızı qan hüceyrələri orqanizm üçün çox vacibdir. Çünki onlar qan hüceyrələrini oksigenlə təmin edirlər. Anemiya halsızlığa, tez yorğunluğa səbəb olur.

Depressiya. Heç kəsə sirr deyil ki, yaz aylarında insan depressiv, melanxolik hallarla tez-tez üzləşir. Depressiya ancaq emosional vəziyyət deyil, onun fiziki simptomları da var. Belə ki, əgər sizdə yorğunluq, tez-tez baş ağrıları, iştahsızlıq uzun müddət davam edirsə, bu depressiya ola bilər. Belə vəziyyətdə mütləq mütəxəssisə müraciət edin.

Qalxanvari vəzin funksiyası pozğunluğu. Qalxanvari vəzin hormonlarının azalması ilə yaranan hal hipotireoz adlanır. Bu zaman maddələr mübadiləsi pozulur, qəbul etdiyiniz qida enerjiyə çox gec çevrilir. Buda halsızlıq və yorğunluqla müşahidə olunur.

Həddən artıq kofein qəbulu. Gündəlik bir-iki fincan qəhvə sizin yorğunluğunuzu aradan götürəcək və günboyu gümrah olmağınıza kömək edəcək. Əgər siz bu normanı aşsanız, bu ürək döyüntülərinin çoxalmasına və qan təzyiqinin yüksəlməsinə gətirib çıxaracaq. Yüksək dozada kofein hətta artmış neyro-refleks həyəcan sindromuna da yol açır. Son araşdırmalarda qəhvənin yorğunluğa səbəb olduğu da bildirilir.

Susuzluq. Yetərincə su içməyəndə orqanizm tam susuz qalır. Bu da daxili orqanların fəaliyyətinə çətinlik yaratdığına görə, halsızlıq, yorğunluq yaradır. İnsan orqanizminin 70% sudan ibarət olduğu üçün, orqanizmin gündəlik 1.5-2 l suya ehtiyacı var. Susuzluq həmçinin beynin fəaliyyəti üçün də çox zərərlidir. Əgər siz idmanla məşğul olursunuzsa, məşqdən 1 saat öncə 2 stəkan su için. Məşq zamanı da su içməyi unutmayın.

B12 vitamininin çatışmazlığı. Bu vitaminin çatışmazlığı da yaz yorğunluğunun səbəblərindəndir. B12 vitamini sinir sisteminin və qırmızı qan hüceyrələrinin fəaliyyətində mühüm rol oynayır. Əgər sizdə ishal, əl və ayaqların keyləşməsi və hüşsuzluq kimi simptomlardan biri varsa mütləq həkimə müraciət edin.

D vitamini çatışmazlığı. Bu vitamin öz-özlüyündə mükəmməldir. Çünki o təkbaşına orqanizmi enerji ilə təmin edir. Yaz fəslində insan orqanizmində ən çox D vitamini defisiti yaranır. Bu da halsızlığa yol açır. Diqqətli olun, bu vitaminin çatışmazlığı bir çox xəstəliklərə yol açır. Bunlara ürək-damar, yüksək qan təziqi və xərçəng xəstəliyinin bir neçə növünü aid etmək olar.

Dərmanların əks göstəriciləri. Bəzən qəbul etdiyimiz həblərin təsirindən bizdə yorğunluq, halsızlıq olur. Bunun üçün mütləq dərman qəbul edəndə preparatın əsasını təşkil edən maddələrlə tanış olun. Əgər halsızlıq davam edərsə, mütləq həkiminizlə məsləhətləşib, onu başqa bir dərmanla əvəz edin.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1294   Tarix: 08 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021