Gömrük Hospitalının həkimləri ayda 10 min, 20 min, 60 min, 90 min maaş alırlar - MƏHKƏMƏ

Gömrük Hospitalının həkimləri ayda 10 min, 20 min, 60 min, 90 min maaş alırlar - MƏHKƏMƏBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Gömrük Hospitalının əməkdaşı Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Gömrük Hospitalının Planlama və marketinq şöbəsinin müdiri Leyla Mustafayeva şahid qismində ifadə verib.

O qeyd edib ki, hospitalda işi həkimlərin fəaliyyətinə görə onlara ayrılacaq məvacibi proqrama köçürmək olub.

Suallara cavab verən L.Mustafayeva qeyd edib ki, aylıq məvacibinin 170 manatını kartla, 1000 manatını isə nağd şəkildə alıb: "Hospitalda həkimlər aylıq 10 min, 20 min, 60 min, 90 min maaş alırlar. Orada ən çox cərrahlara maaş verilir".

Gömrük Hospitalının Satınalma şöbəsinin mütəxəssisi Vüsalə Əliyeva isə ifadəsində söyləyib ki, işi verilən sifarişlərin siyahısını tutmaqdan ibarət olub. O, bütün prosesləri idarə rəisi F.Qədiməliyevin icazəsi ilə həyata keçirdiklərini bildirib.

Məhkəmənin növbəti iclası martın 11-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 AZN təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən "Zeytun" aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 0 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki "İrem", "Qlükoza", "Avas", "Fatimə", Nəsimi rayonu ərazisindəki "Zeytun", "Medical City", "Elit", "Vahid", "Dokta Elite", Nərimanov rayonu ərazisindəki "Şəfa", "Şəfa Zeytun 426", "Təbib" apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

DGK-nın rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi F.Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.


Sonxeber.az
Kriminal   Baxılıb: 2298   Tarix: 07 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycanda seksual manyak tutuldu – Cinsi əlaqədə olduğu şəxsi şantaj etdi

Azərbaycanda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan şəxs tutulub.. . Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, məcəllənin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə şübhəli bilinən Yardımlı rayon sakini Müqabil Zeyniye

7 mart 2019

Bakıda kütləvi dava: bıçaqlananlar var

Nəsimi rayonunda 6 nəfər arasında kütləvi dava düşüb.. . Sonxeber.az unikal.org-a istinadən xəbəfr verir ki, hadisə Qış Parkı kimi tanınan ərazidə baş verib.. . Belə ki, 19 yaşlı Eyvazov Muradəli Sidqəli oğlu sevdiyi qıza görə 4 nəfərlə əlbəyaxa dava edib. Davaya M.Eyvazovun qohumu 22 yaşlı Nəsirov Sübha

7 mart 2019

Müğənninin qətldə günahlandırılan oğlunun cinayət işi prokurorluğa geri qaytarıldı

Mərhum müğənninin oğlu qətl törətməkdə ittiham edilərək hakim qarşısına çıxarılıb.. . Sonxeber.az musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.. . Hakim Azad Məcidovu

6 mart 2019

"Bibi" ləqəbli narkotacir məhkəməyə müraciət etdi

Narkotik Maddələrin satışında təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilən Sənubər Lütfəliyeva çıxarılan hökmdən apellyasiya şikayəti verib.. . Sonxeber.az "ölkə.az"a istinadla xəbər verir ki, təqsirləndirilən şəxsin şikayətinə mart ayının 7-də Bakı Apellyasiya Məhkəməsində haki

6 mart 2019

Rüşvət alan 25 nəfər cinayət başında yaxalandı

2018-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumlarına 218 müraciət daxil olub.. . . . Sonxeber.az-ın Trend-ə istinadən məlumatına görə, müraciətlərdən 104-ü "161-Qaynar xətt" əlaqə mərkəzindən daxil olub, digər 114 müraciət isə fiziki və hüquqi şəxsləri

6 mart 2019

"Quli" Lənkəranskinin qohumunun obyektini ələ keçirdi

"Lotu Quli" ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifov Rusiyanın böyük obyektlərindən biri hesab olunan "Fud Siti" aqroklasterinə nəzarəti ələ keçirib. "Qafqazinfo"nun Rusiya KİV-nə istinadən xəbərinə görə, "Fud Siti" daha öncə 2016-cı ildə Türkiyəd

5 mart 2019

Azərbaycanlı narkotacir Rusiyada polisə heroin satdı

Vladivostokda narkotik ticarəti ilə məşğul olan şəxs saxlanılıb. . . Bu barədə Primorsk vilayət prokurorluğu məlumat yayıb. İstintaq məlumatlarına görə, cinayət 2018-ci ilin payızında baş verib. . . Saxlanılan şəxs Azərbaycan vətəndaşıdır və Primorskda yaşayış qeydiyyatı olmadan məskunlaşıb.. . Məlu

5 mart 2019

6 il əvvəl arvadını vəhşicəsinə öldürən kişinin FOTOSU

Polis və prokurorluq orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış ağır cinayətin üstü açılıb.. . Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi Səbai

4 mart 2019

Bakıda kriminal dəstə üzvlərinə qarşı ƏMƏLİYYAT - Həbs edilənlər var

Bakıda borc pula görə təhdid edilən şəxs polisə müraciət edib.. . Sonxeber.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakinlərindən biri yaranmış borc probleminin həlli ilə bağlı borclu olduğu şəxsin tanışları tərəfində

4 mart 2019