Yemək saatları çəkimizə necə təsir edir?

Yemək saatları çəkimizə necə təsir edir?İnsanın bədən saatı, metabolizması və həzm sistemi qarışıq bir təsir dairəsindədir. Bu səbəblərə görə də nə yediyimiz yox, nə zaman yediyimiz də önəm daşıyır.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, Amerikada həyata keçirilən araşdırmalara görə, universitetə başlayan gənclər təxminən 7 kilo çəki alırlar. Bunun səbəblərindən ikisi hazır yemək və fiziki aktivlik azlığı olduğu halda, mütəxəssislər gecə gec saatlarda yemək yeməyin, spirtli içki qəbulunun və sistemsiz yuxu saatlarının da təsirli olduğuna inanır.

İllər boyunca tibb diabet və ürək xəstəlikləri kimi xəstəliklərlə yanaşı, çəki almağın da yediyimiz yeməklərdən aldığımız kalori və bunları nə ölçüdə yandırdığımızla bağlı olduğunu sübut edib. Amma faktlar sübut edib ki, nə yediyimiz yox, nə zaman yediyimiz önəmlidir.

Zamanlama niyə vacibdir?

Çəki vermək üçün edilən dietalara baxılan zaman eyni miqdarda kalori yandırılsa da, bu kalorilərin çoxu səhər yeməyində yandırılanların axşam yeməyində yandırılanlarla müqayisədə 2,5 dəfə daha artıq çəki verdiyini göstərir.

Bir çox insan bunu gecə yeyilən yeməkdən əldə edilən kalorilərin yandırılması üçün fürsətin olmaması ilə əlaqələndirir. Halbuki canlılar yuxu halında ikən belə orqanları çalışdığı üçün enerji xərcləyir.

Bəs başqa hansı cür təsirlər rol oynaya bilir?

Səhər yeyilən yeməyi yandırmaq üçün daha çox kalori xərcləməyimizə dair sübutlar var. Amma bunun bədən ağırlığına nə qədər təsir göstərməsinə dair heç bir fakt yoxdur. Bir digər ehtimal da, gecə yeməyinin gün içindəki toplam yemək yeyilən müddəti uzatmasıdır. Beləcə həzm sisteminin bərpa və yağ yandırma fürsəti azalmış olur. Belə ki, yağ yandırma müddəti ancaq orqanlarımız yemək prosesinin bitdiyini anladığı zaman başlayır.
Bədən saatının uyğunlaşması

Amerikalı bədən saatı mütəxəssisi, bioloq Satçin Pandaya görə, yemək sistemini gün işığına görə tənzimləyən atalarımızın əksinə olaraq, ABŞ-da insanlar gün içində 15 saatlıq bir aralıqda yemək yeyir və ümumi kalorinin üçdə birindən artığını axşam 18.00-dən sonra yandırır.

Lazımi qədər yatmayan insanlar - universitetə başlayan gənclər də əsasən bu qrupa daxildilər – gecə gec yeməklə paralel, sabah da erkən qalxdıqları üçün səhər yeməyini də tezdən yeyərək, bədənin yemək yemədən keçirdiyi müddəti gedərək qısaldırlar.

Bundan başqa, az yatmaq, insanın qərar almaq və özünü idarə etmək mexanizmini pozub, qeyri-sağlam yeməklərə yönəlmə riskini artırır. "Aclıq hormonu" olaraq bilinən leptin və girelin hormonlarının səviyyəsinə təsir edib, iştahı artırır. Dolayısı ilə də çəki almağa yönəlmə artır. Bədən saatı ritmimiz, iç-içə keçmiş siqnal sistemləri sayəsində həzm və metabolizmamızla çox istiqamətli bir qarşılıqlı əlaqə halındadır. Bu, jetlaq və növbəli iş sisteminin araşdırılmasında önəmli bir detaldır.
Bəs nə etməliyik?

Yuxu və yemək saatlarımızı sistemdə saxlamaq atılacaq ən yaxşı ilk addımdır. Beləcə bədənimizdəki müxtəlif saatlar sistemli bir şəkildə işləmiş olur. Yuxu saatının sistemli olması ilə yanaşı yuxu müddəti də əhəmiyyət daşıyır. Bir insanın gündə 7-8 saat yatması lazımdır.

Eyni zamanda yemək yemə saatlarını da günün 12 saatlıq diliminə sığışdırmaq və bədənə sistemlilik, istirahət imkanı verir. İki qrupa ayrılmış siçanlarla 2012-ci ildə keçirilən bir təcrübədə bir qrupa günün sadəcə 12 saatında yemək yemək, digərinə isə istədiyi zaman yemək imkanı verilib və eyni miqdarda kalori alınmasına baxmayaraq, birinci qrupdakı siçanların obezite, diabet, ürək xəstəlikləri və qaraciyər kimi bir çox xəstəlikdən qorunduğu görülüb. Digər qrupdakılar bu xəstəliklərə yaxalandıqları halda məhdud müddətdə yeməyə başladıqları zaman yenidən sağlam hala gəlmişdilər.

Bədən saatı mütəxəssisi Pandaya görə, "Bütün canlılar 24 saat içində aydınlıq və qaranlıq sisteminə, buna uyğun olaraq da yemək və aclıq dönəmlərinə uyğunlaşacaq şəkildə inkişaf edib. Bu sistemin ən önəmli funksiyalarından biri bədənin hər gecə özünübərpa və yenilənməsini təmin etməkdir. Yəni, maşınlar hərəkət etdiyi zaman bir maşın yolunu təmir edə bilməzsiniz".
Məhdud müddətdə yeməklə bağlı həyata keçirilən təcrübə sayı artır və ilk nəticələr olduqcq ümidverici görünür.
Kral kimi səhər yeməyii, şahzadə kimi nahar və yoxsul kimi axşam yeməyi sözü daha öncə heç bu qədər doğru görünməmişdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1190   Tarix: 09 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021