Üç əsrə şahidlik edən ev - FOTO

Üç əsrə şahidlik edən ev - FOTOAstara rayonunun Pensər kəndində üç əsrə şahidlik edən evdən bu gün də yaşayış sahəsi kimi istifadə edilir.

Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, 1836-cı ildə Talış xanı Mir Mustafa xanın baş vəziri olmuş Mirzə Xudaverdibəy tərəfindən çiy kərpicdən inşa edilmiş bu ev yerli əhəmiyyətli memarlıq abidəsi kimi 4098 inventar nömrəsi ilə qeydə alınıb və qorunur.

Mirzə Xudaverdibəyin oğlu, dövrünün tanınmış ziyalısı, dövlət xadimi və şair Mirzə Əhmədin 1882-1883-cü illərdə fars dilində yazdığı, Talış xanlığının tarixindən bəhs edən "Əxbərnamə" əsərində atası ilə bağlı xatirələr, o cümlədən onun tikdiyi ev barədə də məlumat verilir.

"Əxbərnamə" əsəri 1955-ci ildə ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Musa Əsgərli tərəfindən fars dilindən Azərbaycan dilinə tərcümə edilsə də nəşr olunmayıb. 1975-ci ildə Tarix İnstitutunun elmi işçisi Əli Hüseynzadə tərəfindən "Əxbərnamə" yenidən tərcümə edilərək cəmi 120 nüsxədə çap edilib.

Kitabın müəllifi Mirzə Əhmədin evdə yaşadığı dövrdə "Fövsül füsaha" ədəbi məclisi də fəaliyyət göstərib.

Hazırda bu qədim evdə Mirzə Xudaverdibəyin nəticəsi Məmməd Əhmədovun ailəsi yaşayır. Ailənin başçısı 2002-ci ildə vəfat edib. Onun həyat yoldaşı Nəzakət Mahmudova evə gəldiyi günü xatırlayaraq deyib: "1959-cu il sentyabrın 25-də bu evə gəlin gəlmişəm. Bu evdə səkkiz övlad böyütmüşəm - 6 qız və 2 oğlan. Övladlarımdan dördü ali təhsillidir. Bu evdə həmişə ziyalılar yaşayıb. Bu ənənə bu gün də davam edir".

Nəzakət nənə deyir ki, evə gəlin köçəndə əvvəlki tikili olduğu kimi idi. Pensər çayının daşması nəticəsində evə ciddi ziyan dəyib, evin bir hissəsi yararsız vəziyyətə düşüb.

Qədim evdə hazırda Nəzakət nənə ilə birlikdə iki qızı, oğlu, gəlini və iki azyaşlı nəvəsi yaşayır. Ev qəzalı vəziyyətində olduğundan ailə üzvləri hər səhəri səksəkə ilə açmalı olurlar.

Nəzakət nənə gileyi ilə bərabər, arzularını da bizimlə bölüşdü: "Mirzə Xudaverdi və onun oğlu Mirzə Əhməd yaşadığı dövrün tanınmış ziyalısı, dövlət xadimləri olublar. Bu ev onların nişanəsidir. Yaxşı olar ki, tarixi abidə kimi qorunan bu ev əsaslı təmir edilsin, buraya xatirə lövhəsi vurulsun, Mirzə Xudaverdinin və Mirzə Əhmədin adı əbədiləşdirilsin, yaşadıqları Pensər kəndinin küçələrinə onların adları verilsin".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1895   Tarix: 10 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq?

Martın 3-də keçirilən imtahanın nəticəsi növbəti həftə ərzində açıqlanacaq. Bu barədə Trend-in sualına cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, martın 10-da olan imtahanın nəticəsinin isə aprelin 8-dən sonra elan ediləcək. Xatırıladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-d

29 mart
.

Oruc tutmaq xərçəngin yayılmasını ləngidir

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir. xəbər verir ki, bu barədə türkiyəli həkim Özkan Akyolun araşdırmasında deyilir. Akyol bildirib ki, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğu elm

28 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - FOTO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

29 mart
.

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə v

29 mart
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

Qərbi azərbaycanlılar ümidlə o günü gözləyirlər: həsrətə nə vaxt son qoyulacaq? - VİDEO

Göyçə mahalının Basarkeçər rayonunun 37 kəndindən biri olan Qaraqoyunlu kəndi. 1988-ci ildə ardı-arası kəsilməyən daşnak terror qrupları təzyiqlərə məruz qalan kəndin əhalisi Azərbaycanın yaratdığı reallıq sayəsində ömürlərinin qalanını öz yurdlarında firavan yaşayacaqlarına əmindirlər. xəbər verir ki

29 mart
.

NK qərarından sonra kütləvi satış başladı: Minlərlə "Prius"un aqibəti necə olacaq?

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti il

29 mart