Deputat problemli kreditlərdən danışdı: "10 min dollara yaxın krediti olanlar..."

Deputat problemli kreditlərdən danışdı: "10 min dollara yaxın krediti olanlar..."Ağdaş Rayon Yeni Azərbaycan Partiyasının sədri, deputat Cavid Osmanov BiG.AZ-ın suallarını cavablandırıb.

- Cavid bəy, bilirik ki, seçicilərinizlə mütəmadi olaraq görüşürsünüz. Seçiciləriniz daha çox hansı problemlə bağlı sizə müraciət edir?

- Mənə müxtəlif problemlərlə bağlı müraciətlər olur. Kənd yaşayış məntəqələrində sosial, iqtisadi problemlər, su xətlərinin və bağçaların olmaması ilə bağlı müraciətlər üstünlük təşkil edir. Biz çalışırıq ki, seçicilərimizin müraciətlərinə həssaslıqla yanaşıb, qanunlar və səlahiyyətimiz çərçivəsində problemləri həll edək.

- Bilirsiniz ki, cənab prezidentimiz tərəfindən son zamanlar köklü struktur dəyişiklikləri etməkdədir. Bir çox gənclər yüksək vəzifələrə gətirilir. Gənclərə göstərilən bu etimad dövlətimizə nələri qazandıracaq?

- Ötən il aprelin 11-də xalqımız bir daha cənab prezidentimizə səs verdi. Biz ulu öndərin siyasətinə daim sadiqiq. Cənab prezidentimiz də bu siyasəti uğurla davam etdirir. Bu siyasətə xalqımız da dəstəkdir. Cənab prezidentimiz 2018-ci il prezident seçkilərindən sonra bəyan etdi ki, idarəetmədə çeviklik yaratmaq lazımdır. Bir çox mərkəzi icra orqanlarında və digər dövlət qurumlarında gəncləşmə siyasətinə start verdi. Seçkilərin səhəri günü cənab prezidentimiz Heydər Əliyev mərkəzinin qarşısında böyük kütlə ilə görüş keçirdi. O görüşdə iştirak edənlərin əksəriyyəti gənclər idi. O vurğuladı ki, Azərbaycanın gəncliyi idarəetmədə mühüm rol oynayacaq. Bu gün bu aspektdən baxsaq görərik ki, cənab prezidentimizin dövlət qurumlarına rəhbər təyin etdiyi gənclər tamamilə fərqli idarəetmə ilə məşğuldur. Onlar öz sahələrinə yenilik gətirir və innovativ vasitələrdən daha çox istifadə edirlər.

- Cavid bəy, cənab prezidentimiz problemli kreditlərlə bağlı sərəncam imzaladı. Bu sərəncam əsasən 10 min dollara yaxın krediti olanlara şamil edilib. Bəs digərləri üçün də hansısa bir güzəşt gözlənilirmi?

- Bu çox ciddi bir addım idi. Bunun arxasında çox böyük maliyyə resursları dayanmalıdır. Büdcəyə daxil olan vəsait davamlı olduğu təqdirdə bu cür addımlar davam edə bilər. Cənab prezidentimizin apardığı uğurlu siyasət nəticəsində Azərbaycana xarici valyutalar daxil olur, biznes mühiti yaxşı nəticələr verir. Bu sərəncam 800 mindən artıq insanların problemli kreditinin həllinə yönəlib. Söhbət 10 min dollara yaxın kreditlərdən gedir. Biz bilirik ki, bu qərarın analoqu yoxdur. Başqa ölkələrdə də bu cür addımlar atmaq istəyiblər, lakin kağız üzərində qalıb. Biz görürük ki, sərəncam verildiyi günü səhəri problemlər həll edilir. Rəsmi şəxslər mətbuata açıqlamalarında bu sərəncamın davamı olacağını bildiriblər. Çünki cənab prezidentimiz bu sərəncamı imzalamazdan öncə iqtisadi müşavir keçirmişdi. Orada cənab prezidentimiz anons vermişdi ki, problemli kreditlə bağlı köklü islahatlar aparılacaq.

Deputat problemli kreditlərdən danışdı: "10 min dollara yaxın krediti olanlar..."- Cavid bəy, təəssüf ki, son zamanlar ölkəmizin uğurlarını qəbul etməyən qüvvələrin əlində maşa rolunu oynayan bəzi qüvvələr yenidən aktivləşib. Sosial şəbəkələrdə aparılan söyüş kampaniyasına dövlət tərəfindən hansı əsaslı tədbir görülməlidir?

- Biz azərbaycanlıyıq. Azərbaycanlıların çox gözəl dəyərləri var. Ailəyə, qadına, uşağa hörmət edirik. Təhqir, söyüş azərbaycançılıqdan kənardır. Əgər bir insan təhqirə, söyüşə keçirsə məğlub edilmiş insandır. Biz də görürük bəzi qərb dövlətlərində yerləşmiş üzdən iraqlıların azərbaycanlı olmasına inanmıram. Azərbaycanlı olan şəxs bilir ki, sosial şəbəkədə etdiyi təhqir və söyüşləri bütün azərbaycanlı xanımlar, yaşlılar, uşaqlar oxuyur. Bu, təkcə ölkə başçısına, ayrı-ayrı nüfuzlu şəxslərə deyil, ümumilikdə bütün Azərbaycan xalqına olan söyüş və təhqirlərdir. Bunun arxasında da ölkəmizin inkişafını qəbul etməyənlər, müstəqilliyimizi qəbul etməyən erməni lobbisi dayanıb. Təbii ki, biz gördük ki, Fəxrəddin Abbasov həbs edilib ölkəyə gətirildi. Onun etdiklərinə hüquqi qiymət veriləcək. Mən inanıram ki, digər dövlətimizi satanlar, Azərbaycan xalqını təhqir edənlərin hər biri ölkəyə gətiriləcək və etdiklərinə hüquqi cəza veriləcək.

- Dövlət və xalq arasında münasibətlərin bu qədər sıx olmasında təbii ki, Yeni Azərbaycan Partiyasının xidmətləri danılmazdır. Xalqımız hər zaman seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyir. Başqa partiyalardan fərqli olaraq Yeni Azərbaycan Partiyası bu inamı və etibarı necə qazanıb?

- Biz orta gənc nəsli təmsil edirik. Biz 90-cı illərdəki ağrılı, acılı günləri görmüşük. Dərs keçməyə bizə imkan vermirdilər. Çalışırdılar ki, məktəbli uşaqları meydanlara sürükləsinlər. 90-cı illər iqtisadiyyatımıza, milli dəyərlərimizə mədəniyyətimizə, təhsilimizə böyük zərbə vurdu. O vaxt ki, AXCP və musavat cütlüyünün rəhbərləri yenidən Milli şura adı altında birləşib ölkəni 90-cı illərdəki xaosa sürükləmək istəyirlər. 90-cı illərdə ulu öndərimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratdı. 1993-cü ildə ümumilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra atəşkəs elan edildi. Ölkədə iqtisadiyyat və gənclər siyasəti yavaş-yavaş bərpa olunmağa başladı. Xaos, anarxiyanın qarşısı hissə-hissə alınmağa başladı. Təbii ki, bu Yeni Azərbaycan Partiyasının uğuru idi. Sonrakı mərhələdə cənab prezidentimiz Yeni Azərbaycan Partiyasına sədri və ölkəmizə prezident seçildikdən sonra iqtisadiyyatımızın inkişafı yeni mərhələyə qədəm qoydu. Təkcə iqtisadiyyat deyil, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr cənab prezidentimizin rəhbərliyi altında inkişaf edir. İnsanlarımızın Yeni Azərbaycan Partiyasına inamı ulu öndərimiz Heydər Əliyevin apardığı siyasətdən və 2003-cü ildə cənab prezidentimizin bu siyasəti uğurla davam etdirməsindən qaynaqlanır.

- Əli bəy jurnalistlərə açıqlamasında bələdiyyə seçkilərində gənclərə üstün veriləcəyi ilə bağlı fikirlər səsləndirmişdi. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Bələdiyyə seçkilərində çoxlu sayda üzvlər olur. Onla görə meydan daha çox geniş olur. Təbii ki, çalışacağıq ki, Yeni Azərbaycan Partiyasının namizədləri savadlı, bacarıqlı, işgüzar, dövlətimizə xidmət etməyi bacaran gənclər olsun.

- Uşaq pulunun bərpası gözlənilirmi?

- Mən düşünürəm ki, uşaq pulu son zamanlar daha çox gündəmə gəlir. Cənab przidentimiz sosial yönümlü sərəncamlarından sonra minumum əmək haqqlarının və pensiyaların artırılması onu göstərir ki, uşaq pulunun yenidən bərpa edilmə ehtimalı yüksəkdir.

- Bəzi deputatlar jurnalistlərlə əməkdaşlıqdan qaçır. Sizcə, bu nədən qaynaqlanır?

- Bu məsələyə fərdi yanaşmaq düzgün olardı. Mən mediadan heç bir zaman qaçmamışam. Jurnalistlərlə işləməyə daha çox üstünlük verirəm. İstənilən jurnalist mənimlə telefonda, Milli Məclisdə danışa və müsahibə üçün ofisinə dəvət edə bilər. Çalışmışam ki, jurnalistlərlə hər zaman əməkdaşlıq edim, onlar vasitəsi ilə fikirlərimi oxucularıma və seçicilərimə çatdırım.

- Milli Məclisdə təmsil olunan deputat həmkarlarınızla münasibətlər necədir?

- Mən hər zaman çalışmışam ki, Yeni Azərbaycan Partiyasından seçilmiş deputatlarla daha çox ünsiyyət qurum. Onların bir neçəsini Milli Məclisə gəlməmişdən öncə tanıyırdım. Mən Ağdaş Rayon Yeni Azərbaycan Partiyasının sədri olduğum üçün onlarla tədbirdə görüşürdüm. Hər bir millət vəkilinin fikri ona aiddir. Ona yerdən atmaca atmaq və müdaxilə etmək düzgün deyil. Mən belə şeylərdən uzağam. Biz demokratik ölkədə yaşayırıqsa, hər kəsin öz subyektiv fikri var.

- Gənc yaşda kifayət qədər uğurlar əldə etmisiniz. Uğurlarınızı sirlərini deyə bilərsinizmi?

- Uğurlarımı Yeni Azərbaycan Partiyasına borcluyam. Yeni Azərbaycan Partiyasına üzv, daha sonra rayon təşkilatına sədr seçilməsəydim və dövlət orqanlarında çalışmasaydım bu uğurları əldə edə bilməzdim. Hər kəsə etimad göstərmək olar. Çalışmaq lazımdır ki, göstərilən etimadı doğruldasan. Hər zaman öz üzərində işləyəsən. Mən də hər zaman çalııram ki, öz üzərimdə işləyim, göstərilən etimadı doğruldum. Millət vəkili seçildikdən sonra çalışmışam ki, seçildiyim dairədən insanlarla ünsiyyətdə və içlərində olum. Çünki səsvermədə onlar iştirak edib.

Deputat problemli kreditlərdən danışdı: "10 min dollara yaxın krediti olanlar..."- Rayon yerlərind işdə nailiyyətlər qazanmaq, loru dillə desək "qabağa getmək" bir az çətindir. Yəqin ki, bu çətinliklə siz də qarşılaşmısınız?

- Mən müxtəlif vəzifələrdə çalışmışam. Gənclər və İdman sahəsində təlimatçı kimi başlamışam. 3 il Gənclər və İdman idarəsində işləmişəm. Daha sonra rayon icra hakimiyyətin şəhər üzrə nümayəndəsi təyin edildim. 7 ay bu vəzifədə çalışmışam. 2006-cı ildən 2016-cı ilə kimi Ağdaş Rayon İcra Başçısının birinci müavini vəzifəsində çalışmışam. Hər kəsin üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməsi uğurun özəyidir.

- Bir neçə deputatlarımız var ki, ictimai nəqliyyatdan istifadə edirlər. Siz necə, ictimai nəqliyyatdan istifadə edirsinizmi?

- Son vaxtlar ictimai nəqliyyatdan istifadə etməmişəm. Bəzi hallarda harasa tələsən zaman taksidən istifadə edirəm. 1 il öncə metrodan bir dəfə istifadə etmişəm. Amma rayonda olanda parkda və küçədə piyada gəzirəm. Bundan həm də zövq alıram.

- Uzun illərdir ki, Dağlıq Qarabağ problemi həll edilmir. Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların köməyindən imtina etmək olarmı?

- Bu gün o zaman deyil ki, hər şeyə rədd cavabı verib özbaşına işlər aparasan. Çünki dünya qanunlar üzrə qurulub. Müxtəlif təşkilatlarla imzalanan sazişlər var. Beynəlxalq quruma üzv olub, hansısa sazişə imza atırıqsa ona riayət etməliyik. Cənab prezidentimizin bu məsələdə mövqeyi ortadadır. Son illər aparılan uğurlu siyasət nəticəsində ölkəmizə qarşı çıxan təşkilatlar da Dağlıq Qarabağ və onun ətrafındakı rayonların işğal altında olmasını qəbul edib. Cənab prezidentimizin istəyi ondan ibarətdir ki, bu məsələ sülh yolla həll edilsin. Biz bilirik ki, Azərbaycan cənab prezidentimizin rəhbərliyi altında ən güclü orduya sahibdir. Əgər məsələ sülh yolu ilə həll edilməsə Azərbaycan ordusu öz torpaqlarını işğal altından azad edəcək. Artıq beynəlxalq qurumlarda bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı bəyanatlar verir.

- Ağdaş rayonu hansı adət-ənənələrinə görə digərlərindən fərqlənir?

- Ümumilikdə Azərbaycandakı rayonların adət-ənənələri bir-birinə bənzəyir. Ağdaşlılar yaxşı qonaqpərvərdirlər. Onlar qonağı çox sevirlər. Evlərində olan bir tikəni hər zaman qonaqla bölməyə hazır və məmnundurlar. Ağdaşlılar cənab prezidentimizin siyasətinə hər zaman dəstək olublar.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

- Boş vaxt anlayışı mənim üçün çox çətindir. Ailəmə, dostlarıma zaman ayrıram. Piyada gəzməyə üstünlük verirəm. Çünki piyada gəzmək sağlamlıq üçün yaxşıdır. Kütləvi İnformasiya Vasitələrini izləyirəm, futbola baxmağı sevirəm.
Ümumiyyətlə, ailəsini sevməyən insan dövlətini, işini, millətini, xalqını heç bir zaman sevə bilməz. Hər şey ailədən başlayır.

Deputat problemli kreditlərdən danışdı: "10 min dollara yaxın krediti olanlar..."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2013   Tarix: 11 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021