Bakının qəfil hücum taktikası - cəbhə xəttinə böyük qüvvə yeridildi

Bakının qəfil hücum taktikası - cəbhə xəttinə böyük qüvvə yeridildiBu gün - martın 11-dən etibarən 15-dək müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimi başlayır. Nazirlikdən verilən məlumata görə, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək. Eyni zamanda, təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.

*****

Göründüyü kimi, bu, sırf hücum taktikasına hesablanmış təlimdir və şübhə yox ki, son günlər Qarabağla bağlı radikal mövqe sərgiləyən, konstruktiv danışıqlarla bir araya sığmayan və nizamlama prosesini iflic edən bəyanatlar səsləndirən işğalçı ölkə rəhbərliyinə ayıldıcı təsir eləmək niyyəti güdür. O səbəbə budəfəki təlimlər Azərbaycanın hərbi gücünün bir daha düşmənə praktik nümayişi baxımından böyük önəm daşıyır.

Təlimlər həm də rəsmi Bakının Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk dəfə Paşinyan hökumətinə sərt ismarışlar göndərməsi və xəbərdarlıq eləməsindən dərhal sonraya təsadüf eləməsi ilə diqqət çəkir. Belə ki, ötən həftə ATƏT sədri ilə Bakıdakı görüş zamanı Azərbaycan prezident İlham Əliyev Qarabağa dair sülh prosesinin pozulmasına görə bütün məsuliyyəti İrəvanın üzərinə qoyub. Ardınca Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edən zaman rəsmi Bakı mövqeyini bir daha xatırladıb və Ermənistan rəhbərliyinin danışıqların formatını dəyişdirməklə bağlı cəhdlərinə birdəfəlik nöqtə qoyub. "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və danışıqların formatı dəyişdirilə bilməz", - Azərbaycan prezidenti bildirib.

Azərbaycanın münaqişənin tezliklə ədalətli həllində ən maraqlı tərəf olduğunu deyən İlham Əliyev işğal olunmuş ərazilərin azad edilməsinin danışıqlar prosesinin həmişə vacib komponenti olduğunu vurğulayıb. O, həmçinin Ermənistan tərəfinin ziddiyyətli açıqlamaların qəbuledilməz olduğunu və danışıqlar prosesinə əngəl yaratdığını qeyd edərək, beynəlxalq ictimaiyyətin bunu ciddi şəkildə nəzərə almasının və Ermənistana ünvanlı bəyanatların çatdırılmasının vacibliyini qeyd edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da keçən həftə düşmən tərəfə analoji xəbərdarlıqla çıxış edib. ATƏT sədrindən xahiş edib ki, İrəvana Bakıdan belə bir ismarış aparsın: "Biz indi xalqı sülhə hazırlayaq, yoxsa müharibəyə?"

Bunlar rəsmi Bakının Paşinyan iqtidarına müharibə xəbərdarlığıdır. Azərbaycan Ordusunun bu gün yüzlərlə hərbi texnika, aviasiya maşınlarının cəlb olunduğu genişmiqyaslı təlimə başlamasını həmin xəbərdarlığın məntiqi davamı sayılmalıdır. Hərbi ekspertlər isə təlim adı ilə Azərbaycanın cəbhə xəttinə əlavə qüvvələr cəmləşdirmək niyyəti güddüyünə əmindirlər. Yəni hərbi təlimlər günün birində hərbi əməliyyatlara da keçə bilər.

*****

Azərbaycan, təbii ki, öz sərhədləri daxilində silahlı qüvvələrinin yerini dəyişmək və ya ən əsası, işğal altındakı ərazilərinə yaxın yerlərdə böyük hərbi qüvvə cəmləmək kimi müstəsna hüquqa malikdir. Bu hüququ ona BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 məlum qətnaməsi, habelə Avropa Şurasının (AŞ PA), Avropa Parlamentenin, NATO Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının ərazi bütövlüyümüzü dəstəkləyən sənəd-qərarları verir.

Ermənistanın da təsdiqlədiyi BMT Nizamnaməsi isə hər bir ölkəyə öz ərazi bütövlüyünü bərpa eləmək üçün istənilən yola əl atmaq, o sırada antiterror əməliyyatları keçirmək haqqı tanıyır. Azərbaycan da özünün hərbi və döyüş potensialını artırmaq üçün gərəkəni edir, yeni və müasir silahlar, döyüş sistemləri əldə edir, öz hərbi-sənaye kompleksini yaradır və gücləndirir, vaxtaşırı həm fərdi şəkildə, həm də qardaş Türkiyə ilə birgə hərbi təlimlər, hərbi paradlar həyata keçirir. Ən əsası, Bakı torpaqlarını işğaldan qurtarmaq üçün əlverişli siyasi şərtlər fonunda qəfil hücum taktikasını cilalamaqdadır.

Diqqət çəkən həm də odur ki, Azərbaycan son illər özünün maliyyə potensialı hesabına qabaqcıl Qərb dövlətləri (ABŞ, Fransa) ilə də hərbi-texniki əməkdaşlığı gücləndirmək kursu götürüb. Bu da İrəvanda haqlı olaraq həyəcan və təlaşı artırıb...

*****

"ABŞ keçən ilin dekabrında Azərbaycana xeyli miqdarda, ümumi dəyəri 109 milyon dollar olan aviasiya-kosmik məhsullar ixrac edib. Bu məlumat ötən il üçün ABŞ-Azərbaycan ticarət statistikasında əksini tapıb. Mənbənin bildirdiyinə görə, Azərbaycan ABŞ-dan təyyarələr, kosmik texnologiyalar və peyklər alıb. Əlamətdardır ki, 2017-ci ildə ixracla bağlı belə bir maddə, sadəcə, mövcud olmayıb".

"Yeni Müsavat" xəbər verir ki, bu barədə "Spitnik Armenii" portalı yazıb. Portal bununla bağlı erməni politoloq-amerikaşünas Suren Sərksiyanın mövqeyini öyrənib. Erməni ekspert deyib: "Hərçənd bu məhsullar formal olaraq mülki təyinatlıdır, gələcəkdə Bakının ABŞ-dan ikili təyinatlı texnologiyalar alacağını istisna eləmək olmaz. Nümunə üçün uzağa getməyə lüzum yox. Keçən il Azərbaycan ABŞ-dan "Bell -412" mülki vertolyotlar almışdı. Ancaq Bakı onları hərbi vertolyotlar kimi təzədən quraraq ordunun öhdəsinə verdi. Bütövlükdə son illər ABŞ kosmosun mənimsənilməsində Azərbaycanın əsas tərəfdaşına çevrilir. Azərbaycan ABŞ və Fransa ilə birgə bu yöndə bir sıra layihələr həyata keçirir. Son bir ildə Bakı orbitə bir neçə peyk buraxıb. Lazım gələrsə, bu peyklər Ermənistan əleyhinə istifadə oluna bilər. Rəsmi İrəvan belə şərtlər fonunda praktik olaraq, ABŞ-la Azərbaycanın aviasiya və kosmos sahəsində əməkdaşlığına mane olmaq gücündə deyil. Bundan ötrü bizim resurs və imkanlarımız olduqca azdır".

Ötən il dekabrın əvvəlində Bakıda səfərdə olan ABŞ müdafiə naziri müavininin köməkçisi Laura Kuper Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə görüş zamanı Vaşinqtonun iki ölkə arasında hərbi əməkdaşlığı genişləndirməyə hazır olduğunu qeyd etmişdi. Maraqlıdır ki, ölkəmizə 109 milyon dollar həcmində ABŞ istehsalı olan aviasiya-kosmik məhsullar da məhz həmin ayda idxal edilib...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2779   Tarix: 11 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Türkiyə ordusu terrorçuları MƏHV ETDİ

İraqın şimalındakı Gara bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib. -ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçulara daha bir ağır zərbə vurublar. Gara bölgəsind

4 sentyabr 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021