Biz koçaryanlar, sarkisyanlarla birlikdə Paşinyanın özünü məsuliyyətə cəlb edəcəyik - Deputat

Biz koçaryanlar, sarkisyanlarla birlikdə Paşinyanın özünü məsuliyyətə cəlb edəcəyik - Deputat"Azərbaycan topaqları birmənalı olaraq, Ermənistan qoşunları tərəfindən işğal edilib".

Bunu Modern.az-a millət vəkili Elman Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa səfərindən, orada Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirməsindən danışan söyləyib. Deputat sual ünvanlayıb ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmədiyini iddia edirsə, niyə 30 ilə yaxındır, bu ölkənin hərbi birləşmələri Azərbvaycan torpaqlarında yerləşdirilib:

"Yaxud, Nikol Paşinyanın oğlu Qarabağda guya hərbi xidmət keçmək adı ilə niyə ictimaiyyətə təqdim olundu? Onlar hansı haqla Azərbaycanın sərhədlərini pozub, ərazilərimizə daxil olurlar? Hətta Qarabağımızda müxtəlif tədbirlər də keçirirlər. Nikol Paşinyan beynəlxalq qanunlara və Azərbaycan qanunvericiliyinə zidd olaraq, dəfələrlə ölkəmizin sərhədlərini pozub. Vaxt gələcək, Paşinyan Robert Koçaryanı istintaqa çəkdiyi kimi, biz də koçaryanlar, sarkisyanlarla birlikdə Paşinyanın özünü məsuliyyətə cəlb edəcəyik".

E. Məmmədov diqqətə çatdırıb ki, Dağlıq Qarabağda yaradılan qondarma separatçı qurum, yalançı və Ermənistanın əlində oyuncaq olan vasitədir:

"Hələ 1988-ci ildə Qarabağ hadisələri başlayandan onlar "birləşmə" şüarı ilə separatçılığa, qarşıdurmalara can atırdılar. Bu, onların xəstə fikirlərinin "Böyük Ermənistan" xülyasının tərkib hissəsidir. Azərbaycanın işğal olunmuş ərazilərini də öz ərazilərinə qatmaqla istəklərini reallaşdırmağa çalışırlar.

Heç bir qərar, heç bir qətnamə indiyə qədər münaqişəsinin nizamlanmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək etməyib. Bundan sonra da faydası olacağını düşünmürəm. Həmsədrlərin fəaliyyəti, beynəlxalq təşkilatların tövsiyələri Azərbaycanın başını qatmaq, ermənilərin vaxt udmasına kömək etmək məqsədi daşıyır. Hesab edirəm ki, buna son qoymağın vaxtı çoxdan çatıb. Paşinyanlara, sarkisyanlara, koçaryanlara həddini bildirməyin, ərazi bütövlüyümüzü bərpa etməyin yeganə yolu Azərbaycan ordusunun gücündən istifadə etməkdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 943   Tarix: 12 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel