60 qəpiyə aldıqları məhsulu 12 manata satırlar

60 qəpiyə aldıqları məhsulu 12 manata satırlarArtıq əkin-səpin işləri başlayıb və nəticə olaraq hamı, təbii ki, bol məhsul götürməyə çalışır.

Tutaq ki, fermer məhsul götürdü, bəs onu sata biləcəkmi, satana qədər harada, necə saxlayacaq? Bunlar hər yığım mövsümündə aktuallaşan, həllini tapmayan məsələlərdəndir.

Azərbaycanda hər il min tonlarla kənd təsərrüfatı məhsulu zay olur və atılır, səbəb kimi, xüsusən də kiçik fermerlər "saxlamağa yerimiz yoxdur" deyir. Ona görə də fermer yığım dövründə məhsulunu dəyər-dəyməzinə satır, ya da varıdırsa, daş anbarlara yığır. Burada isə xəstəlik yayılır, məhsulu çox saxlamaq olmur və əziyyətlə becərilən məhsul nəticədə zibilə çevrilir.

"Soyuducu anbar qıtlığı var" demək də düzgün deyil. Çünki ötən illərdə bu sahədə müəyyən işlər görülüb.

İqtisadiyyat Nazirliyindən oxu.az-a verilən məlumata görə, indiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 411.3 milyon manat, tutumu 347.1 min ton olan 55 logistik mərkəz yaradılıb.

Bunun üçün fonddan 176.3 milyon manat güzəştli kredit verilib.

2009-2015-ci ilərdə bütün regionlarda hər bölgə üçün spesifik soyuducu anbarlar tikilib. Ağdam-Füzuli-Beyləqan bölgəsində kartof-soğan, Quba-Qusar-Xaçmazda meyvə-tərəvəz üçün anbarlar var, amma bu anbarlar fərdi sahibkarların və iri təsərrüfatlarındır. Xırda və ailə təsərrüfat sahibləri isə əldə etdiyi məhsulu saxlaya bilmir.

Bir neçə il əvvəl belə qərar verilmişdi ki, regional anbarlar tikilsin və fermerlər məhsulunu orada saxlasın. Amma bu mexanizm özünü doğrultmadı, çünki birincisi, istehsal olunan məhsulun keyfiyyəti onu anbara qoymağa imkan vermirdi, ikincisi, həmin anbarların saxlanma xərcləri vardı.

Ona görə də elə iri təsərrüfatlar həmin anbarlara məhsullarını yerləşdirməyə başladılar və nəticədə, iri təsərrüfatlar daha da böyüdü və genişləndi, xırda təsərrüfatlar isə gəlirlərini yenə artıra bilmədilər.

Bundan sonra "Aqrolizinq" refrejator sistemi ilə işləyən xırda 3, 4 və 5 tonluq səyyar anbarları Azərbaycana gətirdi və bunu lizinqə vermək istədi. Refrejator belə bir sistemdir ki, o, meyvəni bir il deyil, yalnız 3-5 ay saxlayır.

Fikir belə idi ki, onu əkin sahəsinin yanında qoysunlar. Fermer 20 ton məhsul yığsa, onun yarısını satsın, yarısını da orada yerləşdirsin. Bu, pilot layihə kimi şimal bölgəsində tətbiq edildi, amma sistem kimi işləmədi, çünki satış qiymətilə bağlı razılıq olmadı.

Belə ki, fermer refrejator almaq üçün banklardan kredit götürməli idi, banklar isə daşınmaz əmlak girovu tələb edirdilər. Refrejatorların fermerlərə çox uzunmüddətli, sərfəli qiymətlərlə verilməsi lazım idi. Amma qiymətlər tutuma görə 19 min manatdan başlayırdı və 80 min manatadək gedib çıxırdı. Ona görə də pul verib, "Aqrolizinq"dən refrejator alan olmadı.

Sonra soyuducu anbarlar gündəmə gəldi və hələ də bu sahədə Azərbaycanın böyük ehtiyacı var və böyük bazara malikdir.

Çünki artıq elə sahibkarlar formalaşıb ki, heç təsərrüfatı yoxdur, ancaq anbarları icarəyə verməklə və ya mövsümdə məhsulu ucuz alıb, sonra qışda baha satmaqla böyük qazanc götürürlər.

Nümunə olaraq qeyd edək ki, mövsümdə əriyin kiloqramını 60 qəpiyə alan anbar sahibi bəzən 50-60 ton əriyi anbara vurur. Onun saxlanma xərci isə 1.05 manatdan baha olmur. Qış mövsümündə isə həmin əriyi Rusiyada 12 manata satır, beləliklə, 10 dəfə çox gəlir götürür.

Hazırda anbarlarda məhsuldan və kiloqramından asılı olaraq, bir kiloqramın saxlanma xərci aylıq 2-8 qəpik təşkil edir. Bundan başqa, sahibkar anbara qoyduğu məhsulunun 10 faizini icarədara verməklə də məhsulunu soyuducuda saxlaya bilir. Azərbaycanın şimal bölgəsində icarəyə verilən belə soyuducu anbarlar var.

Əsas məsələ Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsullarının keyfiyyətini yüksəltməkdir, çünki yüksək məhsul əldə etmək istəyən sahibkar torpağa verdiyi azot gübrəsindən artıq istifadə edir və bu tərəvəzlərin vaxtından əvvəl xarab olmasına səbəb olur.

Belə məhsullar, ümumiyyətlə, soyuducuda belə qalmır. Meyvələrdə də dozadan artıq dərmanlama və ya vaxtında ziyanvericilərə qarşı tədbirlərin görülməməsi nəticədə məhsulun keyfiyyətini aşağı salır, onları soyuduculara vurmaq olmur.

Məsələn, bu qış Azərbaycan soğan ixracından külli miqdarda vəsait götürə bilərdi, lakin yerli istehsalın çoxunda xəstəlik olduğundan məhsullar satılmadı və fermerin əlində qaldı.

Bununla belə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Hüseynovun Oxu.Az-a verdiyi açıqlamaya görə, Azərbaycanda soyuducu-anbarlara hələ də tələbat var, lakin bu bazar liberallaşıb, yalnız sahibkarlar bu sahədə çalışa bilərlər, yəni dövlətin müdaxiləsi yoxdur.

Kənd Təsərrüfatı Nazirliyi də digər qurumlarla birlikdə yalnız aqrar siyasət vasitəsilə dəstək göstərməklə, soyuducu anbarların tikilməsində maliyyə əlçatanlığının olmasına kömək edə bilər.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, Azərbaycanda kifayət qədər iri tutumlu soyuducu anbarlar yaradılıb. Ölkənin strateji hədəfi kiçik və orta sahibkarlığın inkişafıdırsa, bu fermerlərin problemlərindən biri də məhz məhsulların saxlanılması ilə bağlıdır.

Nəzərə alaq ki, bizdə 10 hektara qədər təsərrüfatı olan fermerlər sayca daha çoxdur. Rəsmi statistikaya əsasən, 1-3 hektar torpaq payı olan fermerlərin sayı isə 1 milyon 300 min nəfərdir.

"Bu insanlara kömək etmək lazımdır. Dünyada bu məsələlər necə həll edilib, soruşsanız, deyə bilərəm ki, dövlət çox böyük güzəştlə saxlanc texnologiyası almağa kömək edir və bunun pulu 15-20 ilə ödənilir. Və ya dövlət özü iqtisadi partnyor kimi bu avadanlığı fermerin istifadəsinə verir və gəlirlərinə şərik olur.

Digər üsullardan biri də budur ki, kredit təşkilatları fermerlərlə tərəfdaş olur və bu texnologiyanın alınmasında maliyyə resursu kimi iştirak edir. Azərbaycan üçün ən münasibi isə düşünürəm ki, refrejator soyuducularıdır".

N.Nəsirli bildirib ki, fermerlərlə görüş zamanı onlar kiçik həcmli texnikaya ehtiyaclarının daha çox olduğu deyirlər. Əgər 5-10 hektar torpağı varsa, fermerə lazımdır ki, onu mövsümündə yığsın və bir neçə ay saxlasın. Məsələn, məhsul noyabrda yığılırsa, martın sonuna qədər hissə-hissə satmaq üçün saxlama yeri lazımdır.

Yəni azərbaycanlı fermerlərə altı ay saxlama üçün refrejatorlar kifayətdir. Bu avadanlıqlar kiçik ölçülüdür, Azərbaycanda əkin sahələri çox dağınıqdır və bu imkan verəcək ki, avadanlıq səyyar şəkildə bir yerdən başqa yerə daşınsın.

Qeyd edək ki, refrejatorların meyvə, tərəvəz, ət üçün nəzərdə tutulanı da var. Qiymətlərə gəlincə, bu avadanlıqların 15 min manatdan yuxarı olduğu bildirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3303   Tarix: 12 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021