Dilənçi 40 minlik avtomobilinə minərkən kameraya düşdü - VİDEO
Dilənçi ilə bağlı sosial şəbəkələrdə yayılan video təəccübləndirib.
Sonxeber.az milli.az-a istinadla xəbər verir ki, görüntülərdə axsayaraq hərəkət edən dilənçinin diləndiyi məsciddən çıxıb, bir neçə yüz metr getdikdən sonra avtomobilinə minib məkandan uzaqlaşması əks olunub.
Yanında uşaqları da olan dilənçi qiyməti 40 min lirə olan avtomobilinə minərək ərazini tərk edib.
Həmin anları mobil telefonla kameraya çəkən şəxs görüntüləri sosial şəbəkələrdə paylaşıb.
Kadrlar müzakirələrə səbəb olub.
Dünyada Baxılıb: 5307 Tarix: 13 mart 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş