NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO

NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTOSözügedən obyekt planetimizdən 230 işıq ili uzaqlıqda yerləşir.

NASA Herkules bürcündə iki qalaktikanın toqquşmasını əks etdirən şəkil dərc edib.

NGC 6052 obyekti yüksək dəqiqlikli "Habbl" teleskopu ilə çəkilib.

Sözügedən obyekt planetimizdən 230 işıq ili uzaqlıqda yerləşir.

NGC 6052 obyekti 1784-cü ildə ingilis astronom Uilyam Herşel tərəfindən kəşf olunub. Əvvəl alim bunu qeyri- simmetrik formalı vahid qalaktika kimi təsvir edib. Ancaq illər sonra tədqiqatçılar bunun əslində iki qalaktikanın toqquşması olduğunu müəyyən edib.

Oxşar aqibət Süd yolunu da gözləyir. Bizim qalaktika dörd milyard il sonra qonşu Andromeda ilə toqquşacaq.(oxu.az)

Dünyada   Baxılıb: 892   Tarix: 13 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR