Varlının uşağı haram pulla böyüməkdənsə, dövlətin halal pulu ilə böyüsün - DEPUTAT

Varlının uşağı haram pulla böyüməkdənsə, dövlətin halal pulu ilə böyüsün - DEPUTAT"Nəinki uşaq pulları bərpa olunmalıdır, hətta təklif edirəm ki, analıq məzuniyyətinə çıxan analara 3 il müddətində hər ay əmək haqları ödənilsin".
Bunu Milli Məclisin deputatı Fəzail İbrahimli Sonxeber.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, uşaqlara bir ay ərzində normal qidalanmaq üçün gərəkli olan miqdarda məbləğ verilməlidir. Millət vəkili varlı ailələrin uşaqlarına müavinətlərin verilməməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib ki, bu pul onun valideyninə yox, məhz uşağın qidalanmasına verilir: "Məgər körpə dünyaya gələndə sifariş edir ki, varlı və ya kasıb ailədə dünyaya gəlsin? Bu, uşağın puludur, onun valideynlərinə verilmir. Qoy uşaq həmin varlı ailədə dövlətin halal pulu ilə böyüsün, nəinki rüşvətlə və haramla yığılan pulla. Uşaq bilmir onun atası rüşvətxordur, ya təmiz adamdır. Körpələr məsumdur, millətin gələcəyidir. Uşağın yeməyini təmin edən qida məsullarının qiyməti nə qədərdirsə, iqtisadi dildə buna səbət deyirlər, məhz o səbət dolmalıdır".

F. İbrahimli qeyd edib ki, vaxtılə sovet dövründə dövlət büdcəsindən hər uşağa 15 manat pul ayrılırdı ki, bu həmin körpənin qidalanmasını tam təmin edirdi. Onun sözlərinə görə, çoxuşaqlı ailələr aldıqları uşaq pulu ilə işləməsələr belə, yaşaya bilirdilər: " 10 uşaqlı ailə 150 manat alırdı və valideynlər işləməsə belə, yaşayırdılar. Uşaq pulları nəinki bərpa olunmalıdır, məhz bu səviyyədə
verilməlidir".

Rövşən Rəhimli


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2119   Tarix: 13 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel