Zavodun ölmüş cücələri çaya axıdılır - Millət vəkili

Zavodun ölmüş cücələri çaya axıdılır - Millət vəkili"Bəzi yerlərdə satılan balıqlar ekoloji baxımdan təmiz deyil".

Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü,, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, onların heç birinin mənşəyi bilinmir: "Harda və necə saxlanılması ilə bağlı heç bir məlumat yoxdur. Bilirsiniz ki, Xəzər dənizində balıq tutmağa icazə verilmir. Əgər bu balıqlar Xəzər dənizindən tutulmursa deməli yol qıraqlarında satılanlar fərdi şəkildə yetişdirilən balıqlardır. Bu yetişdirilən balıqların araşdıraq görək hansının sertifikatı var. Bundan əlavə yolun qırağında satılan günlərlə vannalarda saxlanılan və ekoloji baxımından təmiz olmayan balıqları körpələrimizə yedizdirməyimiz nə qədər doğrudur. Təbii ki, bütün bunlar hissə-hissə sıradan çıxarılmalıdır. Çünki Azərbaycan hər sahədə inkişaf edib. Bu sahədə də müəyyən addımlar atılmalı, insanlarımıza ekoloji baxımından təmiz ərzaqlar satılmalıdır".
Deputat söyləyib ki, Bakının özündə balıq konserva zavodları var: Bilirsiniz ki, Azərbaycanda Caspian Fish adlanan böyük zavod var. Bu zavod cənab prezidentimizin tapşırığı ilə tikilib. Bu böyük bir təsəsrrüfatdır. Sovet dövründən də qalan zavodlar da var. Onlar bu gün də işləyə bilər. Astara rayonunda da belə zavod mövcuddur. O da işləyə bilər. Bu həm də insanlarımız üçün iş yerləri deməkdir. Dəniz qırağında yaşayan insanlarımız üçün şərait yaradılmalıdır. İstər süni balıqlar, istərsə də dəniz balıqlarından kvota ilə istifadə edib, istehsal etmək lazımdır".

Bundan əlavə deputat zavodların ekologiyamızı çirkləndirməsi məsələsinə də toxunub.

O, vurğulayıb ki, nə qədər zavodlar var ki, çayları çirkləndirir: "Çayın qıraqlarında cücə zavodları var. Həmin zavodun ölmüş cücələri həmin çaya axıdılır. Zavodlar tikilir. O zavodlar bu gün məhsul istehsal edir. Təbii ki, bəzi məhsulların istehsalı üçün müəyyən dərmanlardan istifadə olunur. Maşınlar, texnikalar işlədilir. Mazotlar çaylara axıdılır. Bu da təbii ki, təbiətə və bizə ziyan verən məsələlərdir. Bu qanunun işlədilməsi üçün buradan başlanılmalıdır".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 979   Tarix: 13 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart