Bakı bunu boş yerə etmir, əgər Qarabağda hücuma keçsə, Moskva... - Rusiyadan SENSASİON İDDİA

Bakı bunu boş yerə etmir, əgər Qarabağda hücuma keçsə, Moskva... - Rusiyadan SENSASİON İDDİAÖtən gün Azərbaycanın işğal olunmuş ərazilərində münaqişənin tarixində ilk dəfə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda münaqişənin həmsədr ölkələrin başçıları tərəfindən 2009-2012-ci illərdə təklif olunan elementlərə əsasən həll olunma zərurəti barədə ATƏT-in Minsk Qrupunun son bəyanatı müzakirə edilib. Bu elementlər sırasında Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağın təhlükəsizlik zəmanəti və özünüidarəetməsini təmin edən müvəqqəti statusu da olub.

Sözügedən iclasda Nikol Paşinyan Ermənistan hökumətinin ATƏT-in Minsk Qrupu tərəfindən irəli sürülən 3 prinsip və 6 elementi danışıqlar prosesində əsas kimi qəbul edib-etməməsini cavab tapılması lazım olan mühüm məsələlərdən biri kimi şərh edib. Baş nazirin sözlərinə görə, bu suala cavab vermək üçün həmin prinsiplərin praktikada nə demək olduğunu və kimin onları şərh etmək hüququna sahib olduğunu anlamaq lazımdır. Məsələn, Azərbaycan tərəfinin şərhi Ermənistan üçün qəbuledilməzdir. Müzakirə prosesinin əsasları uyğunsuzluğa səbəb olmayan məqamlar olmalıdır.

Məsələ ilə bağlı Axar.az-a danışan rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, teleaparıcı Yevgeni Mixaylovun fikrincə, işğal edilmiş ərazilərdə (hansı ki, dünya ictimaiyyəti tərəfindən işğal faktı kimi tanınıb) iclasın keçirilməsi vəziyyətin destabilizasiyasına yönələn qeyri-adekvat addımdır.

"Buna görə də əgər İrəvan Ermənistan Təhlükəsizlik Şurasının iclasını işğal olunmuş ərazilərdə keçirirsə, bu, məhz destabilizasiyaya yönələn addımdır və Azərbaycan tərəfinin bundan sonrakı addımları da şəraitə uyğun şəkildə ola bilər. Bu isə işğal edilmiş ərazilərdə nəzarətin qaytarılması üçün tammiqyaslı müharibəyə hazırlıq anlamına gəlir", - ekspert bildirib.

Onun sözlərinə görə, Paşinyanın münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun irəli sürdüyü əsasları istənilən istiqamətə təhrif etmək və ya redaktə cəhdləri artıq uzun müddətdir dünyanın geosiyasi paytaxtlarında allergik reaksiya oyadır.

"Aydındır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İrəvanın faktiki olaraq onların etimadı ilə oynamasından və demək olar ki, vaxtı qalmayan Ermənistanın vaxt udmağa çalışmasından yorulub. Mən Qarabağ probleminin sülh yolu ilə həlli üçün vaxtı nəzərdə tuturam. Bütün maraqlı tərəflərin artıq çoxdandır ki, ən azından bufer zonadakı işğal olunmuş rayonların qaytarılmasını gözləməsi sirr deyil, ancaq bu baş vermədi", - Mixaylov deyib.

Ekspert Nikol Paşinyanın liderliyindəki Ermənistanın siyasi rəhbərliyinin bilərəkdən qarşıdurmaya getməsi təəssüratının yarandığını qeyd edib.

"Onlar üçün nə qədər erməni əsgərinin ölməsi vacib deyil. Mənim fikrimcə, onlar üçün Paşinyanın komandasının hakimiyyətə gəlməsini maliyyələşdirən Qərbdən olan tərəfdaşlarının bəzi tapşırıqlarını yerinə yetirmək daha vacibdir", - Mixaylov vurğulayıb.

Mixaylovun fikrincə, məsələ ilə bağlı rəsmi Moskvanın mövqeyi tamamilə şəffafdır – bütün bu oyunlar regionda Azərbaycanı özü üçün stabil və etibarlı tərəfdaş hesab edən Rusiyaya gərək deyil. Başqa çıxış yolu qalmayacağı halda, Azərbaycanın başladacağı antiterror əməliyyatı kəskin diplomatik tədbirlər görülməsinə səbəb olmayacaq.

"Fikrimcə, Moskva qısamüddətli əməliyyata gözlərini yuma bilər. Bundan əlavə, təəccüblənən dünya ictimaiyyəti sülh yolu ilə torpaqların qaytarılması ilə bağlı razılığa gələ bilmədiyi üçün Paşinyan hakimiyyətini töhmət altında qoyacaq. Özünü nüfuzlu göstərməyə çalışan İrəvanın bir tərəfdən digərinə qaçmasına baxmaqdan, hər kəs təngə gəlib. Vaxt bitib, artıq yaxın həftələrdə razılaşmağın vaxtı çatıb, yoxsa Bakı nümayişkaranə hücum xarakterli təlimlərini boş yerə keçirmir", - ekspert fikrini tamamlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2661   Tarix: 13 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021