Murad Boz və Seda Bakan BAKIDA - FOTO

Murad Boz və aktrisa Seda Bakan Bakıya gəlib.

Publika.az xəbər verir ki, müğənni ilə aktrisa "Öldür Beni Sevgilim" filminin təqdimatı üçün Bakıya gəlib.

"Ganjlik Mall CinemaPlus"-da baş tutan təqdimatdan öncə ulduzların mətbuat nümayəndələri ilə görüşü baş tutub. Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Murad Boz bildirib ki, Bakıda olmaqdan çox məmnundur:
"Çox həyəcanlıyıq, Seda ilə qadın kişi münasibətləri haqqında çox gözəl və əyləncəli film çəkdik. Bakıdakı konsertlərim möhtəşəm keçir, ümid edirəm ki, filmin qalası da uğurlu olar. Azərbaycandan film təklifləri gəlib. Əgər layihə və ssenari ürəyimcə olarsa, məmnuniyyətlə qəbul edərəm".

Seda Bakan isə etiraf edib ki, bu, Azərbaycana ilk gəlişidir:
"Bakıya heyran qaldım, küçələr çox genişdir. İçərişəhəri gəzdik, tarixi abidələrlə tanış olduq. Burda özümü yad hiss etmirəm, insanlar çox istiqanlı və qonaqpərvərdir".

Murad Boz mətbuat konfransında "Sizcə, sevgini nə öldürə bilər" sualına belə cavab verib:
"Hər an birinə aşiq ola bilərsiniz, amma onu qorumaq çox çətindir. Cütlüklər arasında hörmət bitdiyi zaman həm sevgi, həm də münasibətlər bitir".

Şəxsi həyatı ilə bağlı danışmaq istəməyən müğənni sevgilisi Aslı Enver haqqında bunları deyib:
"Film sənətdir, insanlara gerçək duyğular yaşatmalıyıq. Aslı ilə "Kardeşim benim" filmində birgə çəkilmişik. Bir münasibəti yenidən filmə daşımaq istəməzdim".

Qeyd edək ki, filmin rejissoru Şenol Sönmezdir. Rollarda Murad Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek, Ali Yoğurtçuoğlu və başqaları çəkilib.

"Öldür beni sevgilim" filmi, bir-birini öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demət 5 ildir ki, evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən münasibətləri elə də yaxşı deyil. Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyacanla davam edib və xoşbəxt sonluqla - evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra, evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşqu sönməyə başlayır.
Murad Boz və Seda Bakan BAKIDA - FOTOMurad Boz və Seda Bakan BAKIDA - FOTOMurad Boz və Seda Bakan BAKIDA - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 840   Tarix: 13 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021
.

Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"

11 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021
.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Brilliant Dadaşovadan ÜZÜCÜ XƏBƏR

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub. xəbər verir ki, bu haqda müğənni özü açıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:. "Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdə

7 sentyabr 2021
.

Onlar artıq bu kanalda olacaq

"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq

7 sentyabr 2021