"Azərbaycandan film təklifi almışam" - Murad Boz - FOTO
Xəbər verdiyimiz kimi, türkiyəli ifaçı Murad Boz Bakıya gəlib.
Sonxeber.az axşam.az-a istinadən xəbər verir ki, o, aktrisa Seda Bakanla birgə "Öldür beni, sevgilim" filminin qala gecəsində iştirak edib.
Təqdimatdan öncə media nümayəndələrinin suallarını cavablandıran Murad Azərbaycan barədə xoş fikirlər səslənidirib:
"Çox həyəcanlıyıq. Azərbaycanda Seda ilə birgə ilk qalamızdır. Gözəl bir film çəkdiyimizi düşünürük. Münasibətlərin, evliliklərin göstərildiyi komediya filmi çəkmişik. Çox əyləncəli oldu. Burada olduğumuz üçün ayrı xoşbəxtəm. Bundan əvvəl Bakıya konsert vermək üçün gəlmişəm. Burada özümüzü öz ölkəmizdə kimi hiss edirik. Qalaların hamısını etdik. Sona qardaş ölkə Azərbaycanı saxladıq.
Azərbaycandan film təklifi almışıq. Daha çox layihənin necə olması maraqlıdır. Pul məsələsi ikinci plandadır.
Aktyorluq qabiliyyətimdə irəliləyiş var. Hər film yeni bir təcrübədir. Seda kimi aktrisanın yanında özümü tərifləyə bilmərəm. Hər dəfə yeni nəsə öyrənirəm.
Daha çox komediya filmlərində rol alıram. Dram filmində çəkilmək üçün təklif almamışam. Bu bir az da "O səs Türkiyə"dəki juri kimi zarafatlarımdan irəli gəlir".
Murad Boz aktyor Burak Özçivitlə münasibətlərinin normal olduğunu bildirib:
"Kardeşim benim 2" filminin Bakıdakı qalasına mən də gəlməli idim. Sadəcə "O ses Türkiyə" verilişinin çəkilişi ilə üst-üstə düşdüyünə görə gələ bilmədim. Yoxsa hər şey qaydasındadır".
O, həmçinin sevgilisi Aslı Enverlə bir daha filmə çəkilməyəcəyini söyləyib:
"Bir münasibəti ekranlaşdırmaq nə dərəcədə doğrudur? Cəmi bir dəfə filmə çəkilmişik, kifayətdir. Özəl həyatımla bağlı çox danışmıram. Məni səhv anlamayın".
Hamilə olan Seda uşağın cinsiyyəti ilə bağlı suallara cavab verib:
"Uşağın cinsiyyəti bəlli deyil. Əsas odur ki, sağlam olsun.
Aktyorluq belədir ki, bir işdə yaxşı ola bilər, digərində isə əksinə. Bu rejissordan və düzgün ssenaridən asılıdır. Amma zamanla da öz işində püxtələşirsən".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Qızlarıma cehiz vermək üçün bağımı satdım" -Əməkdar artist
Əməkdar artist Qorxmaz Əlili bağını satma səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində qızlarına cehiz almaq üçün bunu etdiyini deyib:. "Bağım var idi. Qızlarımı köçürəndə onlar üçün cehiz almaq lazım idi. Məcburiyyətdən o bağı satdım. Dörd nəfərik, ind
23 aprelMələkxanım Eyubovanın qızının toyundan ilk görüntülər -VİDEO
Bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. -ın məlumatına görə, müğənni Mərdan Kazımovla ailə quran Nəzrin toy çəkilişindən ilk görüntüləri sosial media hesabında paylaşıb. Videoda Mərdan "Sənə də qalmaz" mahnısını ifa edib. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötə
22 aprelCavanşir Məmmədovun son sözü bu olub - 3 dəfə deyib keçindi - VİDEO
Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Ölkə.az bildirir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyi
24 aprelMərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov
23 aprelFiruzə İbadova Cavanşir Məmmədovla bağlı paylaşım etdi
Əməkdar artist Firuzə İbadova mərhum Əməkdar artist, duet ortağı Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam,az xəbər verir ki, müğənni həmkarının ad günündə lentə alınan fotosunu yayımlayaraq bu sözləri yazıb:. "Sənət dostum, əzizim 29 illik işimiz ölməyəcək, nə qədər ki, mən sağam. Bu gün ço
21 aprelTürk mediası Cavanşir Məmmədovun ölümündən yazdı
Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini
21 aprelAzərbaycanın səslərini Aysel açıqlayacaq
"Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın səslərini açıqlayacaq şəxs bəlli olub. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, bu missiya "Avroviziya-2009" təmsilçimiz Aysel Teymurzadəyə həvalə olunub. "12 points go to. Mayın 11-i İctimai Televiziyanı
17 aprel