Bütün gedişlər Bakının əlindədir, hər şey Əliyevdən asılıdır, Paşinyan... - Politoloq açıqladı

Bütün gedişlər Bakının əlindədir, hər şey Əliyevdən asılıdır, Paşinyan... - Politoloq açıqladıErmənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyan baş nazir Nikol Paşinyan ilə Azərbaycan prezidenti İlham Əliyev arasında planlaşdırılan rəsmi görüş barədə açıqlama verib. Nazir bildirib ki, Ermənistan ötən ilin mayından etibarən prosesə fəal şəkildə cəlb olunub. Danışıqlar gedir və liderlərin görüşü barədə işlər aparılır.

Lakin Ermənistanın həmin dövrdən etibarən danışıqlar prosesini mümkün qədər ləngitmək istəyi, bunun üçün müxtəlif bəhanələr gətirərək məsuliyyətdən boyun qaçırması heç kimə sirr deyil. Xüsusilə, son dövrlərdə baş nazir səviyyəsində cəfəngiyyatdan ibarət olan bəhanələrin səsləndirilməsi hətta vasitəçilik səlahiyyətlərini yerinə yetirən ATƏT-i belə hərəkətə keçirdi.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirir ki, Ermənistan və Azərbaycan liderlərinin rəsmi görüşünə qədər baş verən hadisələr bu vəziyyətdə ümidverici məqamlar haqqında danışmağa imkan vermir:

"Çünki biz bir qayda olaraq, Ermənistanın pozucu fəaliyyətinin şahidi oluruq və görürük ki, qondarma bəhanələrlə, yersiz tələb və şərtlərlə rəsmi İrəvan çalışır ki, nizamasalma prosesini iflic vəziyyətinə salsın. Doğrudur, ilin əvvəlində böyük bir dinamizm müşahidə olundu, nazirlərin bir neçə görüşü keçirildi. Hətta Münhen Təhlükəsizlik Konfransına qədər də hamı ümidli idi ki, ən azı nazirlər orada danışacaqlar. Hətta prezidentlərin də Münhenə səfəri və görüşü istisna edilmirdi. Lakin son məqamda nəinki, prezidentlərin, heç nazirlərin də görüşü baş tutmadı. Buna səbəb də Ermənistanın dağıdıcı münasibəti oldu. Biz gördük ki, həqiqətən də, rəsmi İrəvan yersiz tələbələr irəli sürür. Azərbaycan özünün ərazi bütövlüyünü əvvəl-axır bərpa edəcək və burada erməni separatçılarının danışıqlar prosesində lüzum və imkan yoxdur. Belə olan halda, Ermənistan bildirdi ki, danışıqlar prosesində özü iştirak edəcək. Bu, özü-özlüyündə qondarma, manipulyativ əsasda yaranmış bir bəhanə idi. Ona görə də belə gedişlər qətiyyən pozitiv, ümidverici, müsbət dəyişikliklər üçün yer qoymur. Bu baxımdan da Azərbaycan özünün tərəf müqabilini çox gözəl tanıyır. Bakıya ermənilərin bütün gedişləri, bütün siyasi addımları bəllidir. Azərbaycan tərəfini belə lazımsız, vakuum tərkibli addımlarla aldatmaq mümkün deyil".

Politoloq qeyd edir ki, indi hər şey Azərbaycanın siyasi rəhbərliyinin ab-havasından, istəyindən və mövqeyindən asılı olacaq:

"Ona görə ki, biz hər zaman danışıqlara hazır olmuşuq. Günü bu gün də deyilir ki, biz Ermənistandan aydın və münasib cavab gözləyirik. Çünki bizim mövqeyimiz bəllidir. Ermənistan isə təsadüfi məqamlara qapılır və çalışır ki, onsuz da, qeyri-müəyyən olan vəziyyət bir dumanlıq gətirsin. Ona görə də belə başa düşürəm ki, əgər ölkə rəhbərlərinin rəsmi görüşündən söhbət gedirsə, həmin görüş üçün müvafiq gündəlik tərtib edilməlidir. Daha sonra xarici işlər nazirləri birinci şəxslərin nümayəndələri kimi özləri bir qərara gəlməldidir. Prinsiplər, gündəlik haqqında məsləhətləşmələr aparılmalıdır. Razılaşdırılan məqamların gələcək məsələlərə münasibliyi diqqətdən keçirilməlidir. Yəni burada elə məsələlər var ki, onların müzakirəsi və razılaşdırılması qarşılıqlı şəkildə həllini tapmalıdır. Azərbaycan bütün diqqətini sağlam mühitə kökləyirsə, Ermənistan bunun əksinə olaraq daha çox dolaşıq məsələləri diqqət mərkəzinə çəkir. Ona görə də Azərbaycan heç bir vəchlə belə qaydasız yanaşmaya və reallıqla rabitəsi olmayan mövqeyə yer verməməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1619   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel