Azərbaycanlı Zəhraya təcavüz edən millət vəkili Hacı Salmana "cəza" verildi - FOTO

Zəhra Nəvidpura təcavüz edən millət vəkili, İran parlamentinin Parlamentində İctimai məsələlər üzrə komissiayanın sədri və İran xarici işlər nazirinin müavini Salman Xudadadi ilə bağlı Tehran Cəza Məhkəməsinin qərarı açıqlanıb.

Sonxeber.az Milli.Az-a istinadən bildirir ki, məhkəmənin qərarına görə, S.Xudadadi tutduğu vəzifələrdən 2 il müddətinə uzaqlaşdırılır. Bundan savayı, o, Tehranı dərhal tərk edərək 2 il sürgün həyatı yaşamalı. S.Xudadadiyə 90 şallaq zərbəsi də vurulacaq.

28 yaşlı Zəhra Nəvidpur Binab və Məlikan şəhərlərinin millət vəkili S.Xudadadi tərəfindən təcavüzə məruz qaldıqdan sonra müəmmalı şəkildə qətlə yetirilmişdi.

Xatırladaq ki, Şərqi Azərbaycan vilayətinin Məlikan şəhərində daha əvvəl şəhərin millət vəkilinin təcavüzünə uğradığını irəli sürən 28 yaşlı Zəhra Nəvidpurun gözlənilməz ölümü bölgə əhalisi və ictimai fəalları təşvişə salmışdı.

Yarırəsmi Mehr agentliyi Zəhra Nəvidpurun yanvarın 6-da Məlikan (Məlikkəndi) şəhərində intihar etdiyinə dair məlumat yaymışdı.

"Bu xanım keçən aylarda bir millət vəkilinə qarşı bəzi iddialar irəli sürmüşdü", - agentlik üstüörtülü şəkildə təcavüz mövzsuna işarə etmişdi.

İran Azərbaycanı və ölkənin digər bölgələrində müxtəlif qruplar, o cümlədən türk fəallar gənc qadının millət vəkilinin göstərişi ilə qətlə yetirilmə ehtimalından söz edir.

HRA agentliyinin bildirdiyinə görə, keçmişdə təcavüzə uğradıqlarını önə çəkərək 57 yaşındakı millət vəkilindən şikayət edən digər qadınlar da olub.

Zəhra Nəvidpur İran parlamentinin mənsubu, millət vəkili Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.

Gənc qadın deyirdi: "2015-ci ilin qışında iş axtarmaq məqsədilə Məlikan qubernatorluğuna müraciət etdim. Sonra özü mənimlə təmas qurdu cənab Xudadadi. Mənə dedi ki, gəl Tehrana, ali audit katibliyində sənə iş verəcəyəm..."

Nəvidpur Tehrana getdikdən sonra millət vəkilinin ofisində necə təcavüzə uğradığını açıqlamışdı.

Bir neçə dönəmdir İran Parlamentində Məlikan şəhərinin millət vəkili olan Salman Xudadadi keçmişdə İnqilab Keşikçiləri Korpusunun ("Sepah") komandirlərindən biri olub. O, tərəfdarları arasında "Hacı Salman" adı ilə tanınır.

Zəhra Nəvidpur, həmçinin İslam Respublikasının əlaqədar qurumlarına müraciət edərək təcavüzə uğradığına dair şikayət bildirmişdi.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinin bildirdiyinə görə, keçmişdə təcavüzə uğradıqlarını önə çəkərək 57 yaşındakı millət vəkilindən şikayət edən digər qadınlar da olub.

HRA-nın məlumatına istinadən, "Sepah"ın sabiq komandiri keçmiş illərdə təcavüz ittihamı ilə nəzarət altına alınıb.

Təbrizin sabiq millət vəkili, tanınmış siyasətçi Əkbər Ələmi Telegram kanalında gənc qadının ölmünün şübhəli olduğunu önə çəkib. Ələmi, həmçinin "haqq və hüququnu axtaran" Zəhra Nəvidpura yardım etdiyini bildirib.

"Təəssüf edirəm ki, bu xanımın fəryadını eşitmədilər. Bu müddətdə daşdan səs çıxdı, amma məsullardan və parlament nümayəndələrindən səs çıxmadı... Bu xanımın intihar etdiyini elan etsələr də, onun məktublarını və sosial şəbəkələrdə yayımladığı audio və videolardakı ifadələrini diqqətə almalıdırlar. 28 yaşında bir qadının intihar etməsinə səbəb olan amilləri topluma açıqlamalıdırlar", - Ələmi qeyd edib.
Azərbaycanlı Zəhraya təcavüz edən millət vəkili Hacı Salmana "cəza" verildi - FOTOAzərbaycanlı Zəhraya təcavüz edən millət vəkili Hacı Salmana "cəza" verildi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1738   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Hind peyğəmbəri"nin proqnozları özünü doğrultmağa başladı - O nə demişdi?

Hindistanlı astroloq Abiqya Anand ötən ilin sonunda bir sıra təbii fəlakətlər barədə xəbərdarlıq edib. xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya və Tayvanda baş verən son zəlzələlər onun proqnozlarını təsdiqləyir. Hindistanlı astroloq Abiqya Anand 2024-cü il üçün nə proqnozlaşdırdı?. Keçən ili

15 aprel
.

"İnter Mayami"nin məğlubiyyətindən sonra qalmaqal: Azarkeşlər Messini təhqir etdilər

"İnter Mayami"nin "Monterrey"yə məğlub olmasından sonra meksikalı azarkeşlər biabırçı davranışlar nümayiş etdiriblər. Azarkeşlər Lionel Messiyə hörmətsizlik ediblər. xarici mediaya istinadla bildirir ki, KONKAKAF Çempionlar Kuboku "İnter Mayami" üçün deyil. Xerardo Martinonu

15 aprel
.

Rusiyada TikTok bloklana bilər

Rusiyanın Sosial Şəbəkələrin və Messencerlərin Peşəkar İstifadəçiləri Assosiasiyası ölkədə TikTok-un bloklanmasını istəyir. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, assosiasiya Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə ("Roskomnadzor"

16 aprel
.

9 ton dəmir yeyib 57 il yaşadı

Mişel Lotito 57 illik həyatı ərzində məşhurlaşaraq Ginnesin Rekordlar Kitabına düşə bilib. Onu bu kitaba salan gördüyü hər şeyi yeməsi olub. xarici KİV-ə istinadən xəbər verir ki, təəccüblü deyil, çünki onun yediyi bütün metal qırıntılarını toplasanız, onun mədəsindən Cessna təyyarəsinin keçdiyi məlu

15 aprel
.

Qazaxıstanda YENİ QANUN: Arvadını döyərək öldürən keçmiş nazir ömürlük həbs ediləcək? - FOTO

Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayev ölkədə məişət zorakılığı haqqında qanunun qəbulu haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Tokayev məişət zorakılığını cinayət hesab edən sənədlər paketini imzalayıb. Sənədə əsasən, qadın və uşaqlar

15 aprel
.

İsrail İranın hücumunu dəf etmək üçün bir gecədə 1,3 milyard dollar xərcləyib

İranın yüzlərlə raket və pilotsuz uçuş aparatını dəf etmək İsrailə bir gecədə 1,3 milyard dollara başa gələ bilərdi. "Report" xəbər verir ki, bu barədə "Ynet" portalına İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının maliyyə üzrə keçmiş müşaviri, ehtiyatda olan briqada generalı Ram Amina

14 aprel
.

Görülməmiş hadisə:Qızın saçı 8 il içəriyə doğru uzanıb

Qırğızıstanda görülməmiş hadisə baş verib. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanda 8 yaşlı uşağın beynindən saç çıxarılıb. Qırğızıstanda xəstəxanalardan birində ağıla gəlməz hadisə baş verib. Paytaxt Bişkekdəki uşaq sağlamlığı mərkəzinə müraciət edən 8 yaşlı qızın beynində kütlə aşkarlanıb

16 aprel
.

17-ci əsrə aid tarixi bina yanaraq kül oldu - VİDEO

Danimarkanın paytaxtı Kopenhagendə 17-ci əsrə aid tarixi birja binasında yanğın baş verib. xarici mediaya istinadən xəbər verir ki, baş verən yanğın nəticəsində binanın qülləsi yanaraq kül olub. XVII əsrə aid tarixi binadakı yanğının yerli vaxtla saat 09:00 radələrində başladığı öyrənilib. Yanğının səbəb

16 aprel
.

Məşhur jurnalist müəmmalı şəkildə öldü

Məşhur televiziya jurnalisti, reportyor, səhər xəbərləri və idman şousunun aparıcısı Natan Templeton Avstraliyada vəfat edib. xarici KİV-ə istinadən xəbər verir ki, onun meyiti çay kənarındakı parkda tapılıb. Templetonun ölümü müəmmalıdır. Aprelin 9-da jurnalist Avstraliyanın Geelong əyalətinin ətrafınd

15 aprel