"Paşinyanın vertolyotu vurulmalıdır" - Qarabağlı deputat

"Paşinyanın vertolyotu vurulmalıdır" - Qarabağlı deputatErmənistan cinayətkarlarının Təhlükəsizlik Şurasının iclasını işğal etdikləri Xankəndində keçirmələri Azərbaycana, beynəlxalq qurumlara və hüquqa meydan oxumaqdır. Nikol Paşinyan ətrafındakı işğalçılarla Azərbaycanın hava sərhəddini pozaraq ölkəmizin hava məkanına daxil olub, onların vertolyotu Azərbaycan tərəfindən vurulmalı, məhv edilməlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, hansı ölkənin sərhəddi pozulursa, pozucu şəxs məsuliyyətə cəlb olunur: "Müqavimət göstərirsə, öldürülür, tuturlarsa, həbs edilir. Bunlara qarşı da bu qanun tətbiq olunmalıdır. Meydan sulayırlar ki, biz heç kimlə hesablaşmırıq, heç bir beynəlxalq qayda-qanunlara əməl etmirik, bu torpaqları işğal etmişik, kefimiz nə istəsə, onu edəcəyik. Bunların bu hərəkəti məntiqlə bizə bunu deməyə əsas verir. Beynəlxalq hüququn təsiri olmasa da, beynəlxalq qurumlar bunların nazı ilə oynasa da, Azərbaycan olaraq onların nazı ilə oynamayacaq".

Elman Məmmədov qeyd edib ki, bu hallara son qoyulması, işğalçıların qayda-qanuna dəvət olunması üçün hər hansı qətnamələrin, danışıqların təsiri yoxdur.

Deputat dünyanın böyük beynəlxalq təşkilatı olan BMT-nin məlum 4 qətnaməsinin qəbulundan 26 ildən artıq müddət keçdiyini xatırladıb: "Bu qətnamələr icra olunmur və ermənilər buna məhəl qoymur, heç bir beynəlxalq qurumla hesablaşmırlar. Belə olan təqdirdə biz də öz bildiyimizi eləməyə başlamalıyıq. Vaxtilə ermənilər və havadarları güclü idilər, biz zəif idik, torpaqlarımızı işğal elədilər, bu gün vəziyyət 180 dərəcə dəyişib, güclü olan bizik. İqtisadiyyatımız, hərbimiz qüvvətlidir, bu illər ərzində beynəlxalq qurumlardan işğal faktorunu təsdiqləyən sənədləri almışıq, kifayət qədər hüquqi baza yaratmışıq. Hüquqa və gücümüzə istinad edib torpaqlarımızı cinayətkarlardan azad etmək üçün ayrı çıxış yolu qoymurlar, gücümüzdən istifadə etməliyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1354   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

"Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə, inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır". Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos "Joxovurd" nəşrinə müsahibəsind

16 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel
.

Ermənistanla Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. "Hökumətlə

11 aprel