Uşaq pulu ilə sosial müavinət fərqlidir? - Deputat aydınlıq gətirdi

Uşaq pulu ilə sosial müavinət fərqlidir? - Deputat aydınlıq gətirdiSosial müavinətlərin 30-40 növü var. Onlardan biri də uşaq pulu deyilən sosial müavinət növüdür. Yəni əslində, uşaq pulu elə sosial müavinət deməkdir. Sadəcə, sovetlər dövründə, həmçinin, yaşlı insanlar arasında uşaq pulu sözü işlədilirdi.

Bu baxımdan, uşaqlarla bağlı sosial müavinətlərin, uşaq pulunun bərpasının tərəfdarıyam. Bir şərtlə ki, bunun öncədən maliyyə tutumu, neçə il ərzində və nə qədər veriləcəyi ilə bağlı məsələlər tam araşdırılsın, sonra qərar verilsin.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət, həmçinin, Səhiyyə komitəsinin üzvü Musa Quliyev deyib.

O qeyd edib ki, ötən əsrin 90-cı illəri və 2000-ci illərin lap əvvəllərində Azərbaycanda uşaq pulu çox cüzi idi:

"Əslində, ona uşaq pulu da demək olmazdı, həmin pul heç nəyə yaramırdı. Ona görə də 2000-ci illərdə uşaq pulu ləğv olundu və o, ünvanlı sosial yardımla əvəzləndi. Daha doğrusu, maddi imkanları aşağı olan insanlar ünvanlı sosial yardım alarkən bu məsələ də onun içində həllini tapdı.

Onu da xatırladım ki, sovetlər dövründə və ondan bir qədər sonra uşaq pulları, sosial müavinətlər 0-6 yaş arasında olan uşaqlara verilirdi. İndi 0-3 yaş arasında uşaqlarla bağlı məsələ gündəmdədir və çox gözəl ideyadır.

Mən onu dəstəkləyirəm. Amma ola bilər ki, bu məsələ həllini tapacağı təqdirdə, o, 0-3 yox, 0-6 yaşlarında və ya ondan bir qədər yuxarı yaş həddində müəyyənləşdirilməlidir. Bu isə aparılacaq hesablamalardan, məsələnin maliyyə tutumunun müəyyənləşdirilməsindən və müvafiq qərarın, fərman və ya sərəncamın verilməsindən sonra məlum olacaq. İndidən bu barədə konkret nəsə demək çətindir".

M.Quliyev qeyd edib ki, bu məsələ ilə bir daha dövlət öz vətəndaşına, öz gələcəyi olan nəslə, uşaqlara sahib çıxmış olur.

"Yəni dövlət deyir ki, bu uşaq sənin olduğun qədər həm də mənimdir. Onun sağlam, təhsilli, cəmiyyət üçün yararlı və faydalı böyüməsi sənin qədər mənim də vəzifəmdir, mənim də mənafeyimə uyğundur. Həm də bildiyiniz kimi, dünyada insan kapitalı deyilən bir anlayış var ki, o da üç hissədən ibarətdir: sağlam, təhsilli və zəngin insan.

Odur ki, Azərbaycan dövləti, dövlət başçısı daim bu məsələni dilə gətirir, öz insanını sağlam, təhsilli və zəngin görmək istəyini ortaya qoyur və zaman-zaman bu istiqamətdə addımlarını atır.

Bu baxımdan, uşaq pulunun bərpası, sosial müavinətin artırılması dövlətin öz gələcəyinə sahib çıxmasını bir daha açıq şəkildə ortaya qoyur", - deyə M.Quliyev qeyd edib.

Həmçinin, əlavə edib ki, prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında 25 fevral tarixli sərəncamına əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100 manata, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata, uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılması nəzərdə tutulub.

"Azərbaycan dövlətinin, dövlət başçısının atdığı addımlar və iradə göz önündədir. Odur ki, gələcəkdə uşaq pulunun bərpası və ya uşaqlarla bağlı sosial müavinətlər məsələsi də öz həllini tapa bilər.

Eyni zamanda, qeyd edim ki, əgər bu məsələ həllini taparsa, ünvanlı sosial yardım alan ailələrin uşaqları da bu hüquqdan yararlanmalıdırlar. Yəni onlar həm sosial müavinət, həm də ünvanlı sosial yardım almalıdırlar. Hər iki məsələ birlikdə həllini tapmalıdır", - deyə millət vəkili əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1919   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ

Nobel mükafatı laureatı professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib. Bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, Məhəmməd Yunus özü ona müraciət edib:. "Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunu

29 mart
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

29 mart
.

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır - FOTO

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib. xəbər verir ki, Ohanyanla birlikdə "Ermənistan" fraksiyasının digər deputatları da Azərbaycan kəndlərində olub. Bağani

29 mart
.

Nazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatın

29 mart
.

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib:. O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:. "Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətini

29 mart
.

Hüquq və İnsan Haqları İnstitutu ilə keçmiş işçisi arasında qalmaqal

Hüquq və İnsan Haqları İnstitutu məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İnstitutun əməkdaşı olmuş Fərid Ələkbərovdur. Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Ayşən Sultanova-Məmmədovanın icraatındadır. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir

29 mart
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

29 mart
.

Bu klinikanı cərimə gözləyir

"Medicare klinikası" MMC-yə inzibati protokol yazılıb. xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrind

29 mart