Qadınları zorla fahişəliyə cəlb etdi, biri intihara əl atdı – Şamaxıda şok olay

Qadınları zorla fahişəliyə cəlb etdi, biri intihara əl atdı – Şamaxıda şok olayŞamaxı rayonunda qadınları fahişəliyə cəlb etməkdə və digər cinayətlərdə ittiham olunan Elnarə Əzizova həbs edilib.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Elnarə Əzizova başqasına məxsus mülkdə qanunsuz olaraq əxlaqsızlıq yuvası təşkil edib. O, həmin evdə qadınları fahişəliyə cəlb edib. Fahişəlik etməkdən boyun qaçıranları soyuq silahla hədələyib. Elnarə Əzizovanın bu qanunsuz əməlindən təngə gələn bir qadın intihar edib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Elnarə Əzizova həbs edilib.

İstintaq orqanı tərəfindən Elnarə Əzizovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Şamaxı rayon Məhkəməsinə təqdimat göndərilib. Hakim Etibar Hümbətovun sədrliyi ilə baş tutan qapalı prosesdə istintaq orqanını təqdimatı təmin olunub.

Elnarə Əzizovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda bu cinayət işi üzrə ibtidai istintaq davam edir.


Sonxeber.az Telegramda izləyin
Hadisə   Baxılıb: 2247   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Dənizdə batan şəxsin meyiti tapıldı - Yenilənib

Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb.. . Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata görə, dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışları başa çatıb.. . FHN-dən verilən məlumata görə, S.Vəlişovun meyiti Kiçikhəcml

14 mart 2019

Azadlıq prospektində ağır qəza – YARALILAR VAR

Ötən gecə Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.. . Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, saat 00:30 radələrində Binəqədi rayonu ərazisində - Azadlıq prospektində "Saipa" və "Mercedes" markalı 2 avtomobil toqquşub.. . Qəza nəticəsind

14 mart 2019

Rusiyada yol qəzasında xəsarət azərbaycanlı xəstəxanada öldü

Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan azərbaycanlı yaralılardan daha bir nəfəri dünyasını dəyişib.. . Daha öncə Trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev martın 11-də daha bi

14 mart 2019

49 yaşlı Sərxan Rusiyada tanış olduğu qızı zorlayıb Azərbaycana qaçdı və...

Rusiya Federasiyasının (RF) axtarışa verdiyi şəxslər tutulub. . . Rusiya Cinayət qanununun 131-ci, yəni zorlama maddəsi ilə axtarışda olan Sərxan Əsgərzadə tutulub. 1970-ci il təvəllüdlü Sərxan xeyli vaxt Rusiyada yaşayıb və orda tanış olduğu qızı zorlayandan sonra Azərbaycana qaçıb. . . Şəmkirdə Rusiyad

14 mart 2019

28 yaşlı həkimin qanı batırılır - 18 yaşlı qatil məmur oğlu necə azadlıqda gəzir?

Bakıda 28 yaşlı həkimi öldürən 18 yaşlı Talıblı niyə azadlıqda gəzir?!.... . Bakının mərkəzində avtomobillə piyada keçidində vurularaq öldürülən 28 yaşlı həkim, ölümündən cəmi 2 ay əvvəl ailə qurmuş mərhum Lalə Sadayzadənin anası Gülsüm İsmayılova fəryad edir. Müraciət edən gözüyaşlı ana deyir ki, övladını

14 mart 2019

İki qonşusunu öldürən ömürlük məhkum həbsxanada evləndi — Azərbaycanda

İki nəfər qonşusunu öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Strelyayev Serqey Aleksandroviç cəzasının yüngülləşdirilməsi üçün Ali Məhkəməyə müraciət edib.. . Sonxeber.az olke.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək baxış iclas

14 mart 2019

Azərbaycanda AİLƏ FACİƏSİ – Kişi öldü, arvadının vəziyyəti ağırdır

Ötən gecə Şəmkirdə ağır yol qəzası baş verib.. . Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Bakı-Ələt-Qazax magistralının Şəmkirin Sabir kəndindən keçən hissəsində "Mercedes" markalı minik avtomobili 1942-ci il təvəllüdlü Çingiz Hacıyev və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Çinar

14 mart 2019

Bakıda beşmərtəbəli binada yanğın

Bakıda beşmərtəbəli binada yanğın baş verib.. . FHN-dən Sonxeber.az-a verilən məlumata görə, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 2 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub.. . Yanğı

14 mart 2019

Bakıda 71 yaşlı alim 90 yaşlı professorun evinə basqın etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə və quldurluqda ittiham olunan AMEA Fizika İnstitutunun elmi işçisi, 71 yaşlı Bəkir Rüstəmbəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.. . Sonxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktın

14 mart 2019