"Əgər dərmanın tərkibi dəyişdirilib keyfiyyəti aşağı salınırsa..." - Gömrük rəisi

"Əgər dərmanın tərkibi dəyişdirilib keyfiyyəti aşağı salınırsa..." - Gömrük rəisi"Bu gün dünya iqtisadiyyatında hər bir ölkə özünün istehsal etdiyi məhsulu digər tərəfə ixrac edərkən onun rəqabətə davamlılığını realizə etmək üçün bu və ya digər üsullardan istifadə edir. Bu da təbii və qəbulolunandır".

Sonxeber.az "qafqazinfo"ya istinadla xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda keçirilən təlimin ikinci günündə Azərbaycana gətirilən bəzi dərman vasitələrinin qiymətinin mənşə ölkəsindən ucuz olması məsələsinə aydınlıq gətirərkən deyib.

M.Vahabov qeyd edib ki, Çin bu və ya digər eyni adda məhsul istehsal edir: "Ancaq buna baxmayaraq, tərkibi tamam başqadır. Həmin məhsulu ABŞ-a daha baha qiymətə satır. Çünki sifarişi hər bazara uyğun olaraq istehsal edir. MDB məkanı üçün isə daha fərqli qiymətdir.

İsveçdə orta aylıq əməkhaqqı 3000 və ya 5000 dollardır. Əlbəttə ki, öz ölkəsi üçün sözügedən dərmanının 30 avro olması məqbuldur. Bu, onlar üçün böyük bir hal deyil.

Ümumilikdə isə gömrük orqanı marjanı nəzərə almaqla gömrük dəyərləndirməsini həyata keçirir. Onu satan da, istifadəçisi də Azərbaycan vətəndaşıdır. Nəzarət edirik ki, kənarlaşmalar olmasın. O baxımdan kimsə burada sui-istifadəyə yol verə bilməz. Əgər kimsə bunu edirsə, deməli vicdanı yoxdur.

Xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslər ərzaq məhsulundan tutmuş sənaye məhsullarına kimi müxtəlif sifarişlər verir. Bunun müqabilində də ölkəyə idxal olunur. Biz də gömrük orqanı olaraq buna müdaxilə edə bilmərik.

Dərmanların tənzimlənməsi Tarif Şurasının xətti ilə həyata keçirilir. Əgər dərmanın tərkibi dəyişdirilirsə və keyfiyyəti aşağı salınırsa, buna aidiyyatı qurumlar məsuliyyət daşıyır. İnsan sağlamlığına necə təsir etdiyini isə fərd özü müəyən edə bilər. Əgər təsvirlə düzgün deyilsə, fərd özü məhsulu aldığı yerə şikayət edə bilər. Bu, böyük bir mexanizmdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1074   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23 aprel
.

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar

23 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22 aprel
.

"Azərbaycan Rusiya arasında əməkdaşlıq və dostluq əlaqələrin möhkəmlənməsi regiona davamlı təhlükəsizlik gətirir" - DEPUTAT

"22 aprel 2024-cü ildə Prezident İlham Əliyevin Rusiyanın dəvəti ilə Moskvaya səfər etməsi ölkələrimiz arası münasibətlərin inkişafında yeni bir səhifə açacaqdır". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, dövlət başçımızın işgüzar səfəri çərçivəsində ölkələr aras

23 aprel
.

Hər bir ata qızına bu 3 şeyi öyrətməlidir

Balaca qızlar böyüyüb gözəl analar, müdrik qadınlar və mehriban nənələr olurlar. xarici KİV-ə istinadən xəəbr verir ki, qızın məhz bu yolla getməsi üçün onu təkcə anası deyil, həm də atası böyütməlidir. Ona məsuliyyəti öyrədin. Qızınıza məsuliyyət aşılamaqdan başlamaq lazımdır. Biz hamımız başa düşməliyi

23 aprel