Murat Boz Bakıda fanat "hücum"una məruz qaldı - FOTO

Məşhur türkiyəli müğənni Murat Boz və aktrisa Seda Bakan Bakıya gəlib.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, Murat aktrisa Seda Bakanla birgə çəkildiyi "Öldür beni, sevgilim" filminin "CinemaPlus Ganjlik Mall"da baş tutan qala gecəsində iştirak edib.

Filmin qala gecəsindən öncə məşhurlar jurnalistlərlə görüşüb, onların suallarını cavablandırıb.

Hamilə olan Seda filmlə bağlı təəssüratlarını bölüşüb, uşağın cinsiyyəti ilə bağlı suallara cavab verib.

"Filmdə həm mənim, həm də Muratın çətin və asan başa gələn səhnələri oldu. Məncə, ən çətin səhnə Muratda oldu. O, hündürlükdən paraşütlə tullananda nə dərəcədə həyəcanlı olduğu üz ifadəsindən bilinirdi. Düşünürəm ki, filmimizi izləyən tamaşaçılar işimizdən razı qalacaqlar.

Uşağın cinsiyyəti məsələsinə gəlincə, hələ bəlli deyil. Əsas odur ki, dünyaya gələcək körpəm sağlam olsun.

Aktyorluq elə bir sənətdir ki, burada sənin üçün yaxşı da ola bilər, pis də. Bu isə rejissordan və düzgün yazılan ssenaridən asılı olan bir işdir. Amma vaxt keçdikcə sən öz işində püxtələşib nələrəsə nail olursan".

Murat yenidən Azərbaycan gəlməkdən məmnun olduğunu dilə gətirib:

"Çox həyəcanlıyıq. Azərbaycanda Seda ilə birgə ilk qalamızdır. Gözəl bir film ərsəyə gətirdiyimizi düşünürük. Münasibətlərin, evliliklərin göstərildiyi romantik bir komediya filmidir. Çox əyləncəli oldu. Burada olduğumuz üçün xoşbəxtəm.

Bundan öncə Bakıya konsert vermək üçün gəlmişdim. Burada özümüzü öz ölkəmizdəki kimi hiss edirik. Filmimizi bir çox ölkələrdə təqdim etdik. Sonda isə qardaş ölkə Azərbaycana gəldik.

Bir müddət öncə Azərbaycandan film təklifi almışıq. Pul məsələsi mənim üçün ikinci plandadır. Çünki maddi cəhətdən heç bir problemim yoxdur. Təqdim edilən layihə mənim üçün daha önəmlidir.

Digər çəkildiyim filmlərlə müqaisədə, aktyorluq qabiliyyətimdə irəliləyiş olduğunu görürəm. Hər film mənim üçün yeni bir təcrübədir. Seda kimi peşəkar aktrisanın yanında özümü tərifləyə bilmərəm. Filmlərə çəkiləndə hər dəfə yeni nələrsə öyrənirəm".

Sənətçi, həmçinin hazırda eşq yaşadığı Aslı Enverlə bir daha filmə çəkilməyəcəyini bildirib.

"Bir münasibəti ekranlaşdırmaq nə dərəcədə düzgündür? Cəmi bir dəfə filmə çəkilmişik. Məncə, kifayətdir. Özəl həyatımla bağlı suallara cavab vermək istəmirəm. Bu haqda Türkiyədə jurnalistlər mənə çoxlu suallar verirlər. Mən danışmaq istəmirəm. Məni düzgün başa düşün".

"O səs Türkiyə"dəki jüri kimi zarafatlarım mənim aktyorluq işimə də sirayət edib. Elə ona görə də ən çox komediya filmlərində rol alıram. Dram filmində çəkilmək üçün hələlik təklif almamışam", - deyə Boz əlavə edib.

Murat Boz aktyor Burak Özçivitlə münasibətlərindən də danışıb:

"Bakıda baş tutan "Kardeşim benim 2" filminin qalasına mən də gəlməli idim. Sadəcə, "O səs Türkiyə" verilişinin çəkilişi ilə üst-üstə düşdüyü üçün qala gecəyə, təəssüf ki, qatıla bilmədim. Mənim Burakla heç bir problemim yoxdur. Normal münasibətlərimiz var".

Mətbuat konfransı yekunlaşdıqdan sonra Murat Bozla Seda Bakan filmin premyarasına qatılıb, qırmızı xalıdan keçiblər. Bu zaman Muratın səsləndirdiyi "Filmimizi izləməyə gələnlərlə tək-tək foto çəkdirəcəyəm" deməsi ajiotaja səbəb olub. Fanatlar Murata hücum çəkib, onunla şəkil çəkdirmək üçün növbə belə gözləmək istəməyiblər. Bu isə kinoteatrda sıxlığın yaranmasına səbəb olub.
Murat Boz Bakıda fanat "hücum"una məruz qaldı - FOTOMurat Boz Bakıda fanat "hücum"una məruz qaldı - FOTOMurat Boz Bakıda fanat "hücum"una məruz qaldı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1181   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə

8 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021
.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021