Aydın Hüseynov: "Mən Yezid ola bilmərəm!" - Deputat dünənki çıxışına aydınlıq gətirdi

Aydın Hüseynov: "Mən Yezid ola bilmərəm!" - Deputat dünənki çıxışına aydınlıq gətirdi"Bulaq suyuna hər hansı formada qadağa qoyulmasını deməmişəm. Qanunun müzakirəsi zamanı deputatlar öz fikirlərini ortaya qoymalıdır. Mən də çıxışım zamanı şirin suların qorunması barədə danışmışam".

Bunu modern.az-a açıqlamasında YAP-çı deputat Aydın Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin dünənki iclasında "əhalinin bulaq suyundan pərakəndə şəkildə istifadəsinə yol vermək olmaz" fikirlərini şərh edərkən deyib.

Deputat bildirib ki, heç vaxt bulağa qadağa qoymaq düşüncəsində olmayıb:

"Suya qadağanı qoyan yezid olub. Min illərdir ki, onu söyürlər. Mən o düşüncənin sahibi ola bilmərəm. Kənd mühitində böyüyən biri kimi bulaqlardan necə istifadə edilməsini çox yaxşı bilirəm. "Bulağa qadağa qoyaq" sözü heç vaxt beynimdə ola bilməz. Biz hüquqi normativ aktlar qəbul edirik. Normativ akt hüquqi sənəddir. Qanun müzakirəsi zamanı fikirlərimizi ortaya qoyuruq. Meşələrimizi su hövzələrimizi qoruyuruqsa, bulaqlarımızı da qoruyaq. Su bulaqdan yaranır və ən birinci mənbəyi bulaqdan başlayır. Bulaqlarımızdan istifadə qaydaları, dərələr vasitəsilə tənzimlənməsi çox önəmlidir".

Aydın Hüseynov bulaq suyundan istifadə qaydalarını da açıqlayıb:

"Şirin sular bulaqdan yaranır. Bulaqlardan düzgün istifadə edilməsi barədə fikirlərimi bildirmişəm. Bulaq suyundan istifadə edərkən onun dərə ilə axmasına şərait yaratmalıyıq. Bulaq suyu bir daşın, ağacın altından çıxıb dərələr vasitəsilə axır və çaylara qovuşur. Bulaq öz mənbəyindən başqa səmtə götürüləndə dərələr quruyur. Su dərələr vasitəsilə axmalıdır ki, çaylara qovuşa bilsin. Dərələr çayların mənbəyidir. Çaylar dərələrdən yaranır".

Deputat Aydın Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında dünənki çıxışı sosial şəbəkələrdə qınağa tuş gəlib.

"Bəzi rayonlarda bulaqların suyu həyətlərə çəkilir. Bunun qarşısının alınması üçün mexanizm hazırlanmalıdır. Qanunlara dəyişikliklər zamanı bu da nəzərə alınmalıdır. Bulaq suyundan istifadənin normaları müəyyənləşməlidir", -deyə o, bildirmişdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1435   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel