Deputatlar Oqtay Əsədovun müdafiəsinə qalxdı - "Sauna" qalmaqalına REAKSİYALAR

Deputatlar Oqtay Əsədovun müdafiəsinə qalxdı - "Sauna" qalmaqalına REAKSİYALARBir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi - 29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı media orqanları xəbərlər tirajlayır. Həmin obyektin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsus olmasına dair iddialar var.

Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi qeyd olunan ünvanda "Kapriz" adlı sauna-striptiz klub yerləşir.

Klubun spikerin ailə üzvlərindən birinin adına rəsmiləşdirildiyi iddia edilir. Bu barədə təqdim olunan sənədlər sosial şəbəkələrdə, bəzi KİV-lərdə yayılıb.

Sənədlərdə klubun təsisçisi olan "Arizarum Qrup" MMC-nin təsisçisi də elə Zemfira Əsədovadır. Səs-küy yaradan bu xəbər barədə nə Azərbaycan Milli Məclisinin mətbuat xidməti, nə də Oqtay Əsədovun özü və ailəsi hər hansı açıqlama ilə çıxış etməyib.

Moskva şəhəri, Bakı küçəsi 29 ünvanında "Kapriz" adlı qadınlar üçün striptiz-klubla yanaşı, tamamilə başqa istiqamətdə "Kapriz" adlı sauna-hamam fəaliyyət göstərir. Spikerin xanımının adına olan da həmin klub deyil, sauna-hamamdır.

"Polisin narkotiklə bağlı əməliyyatı da Oqtay Əsədovun xanımına aid olduğu iddia olunan obyektdə yox, məhz bu striptiz klubda, həm də 2014-cü ildə keçirilib", - deyə məlumatda bildirilib.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məsələ ilə bağlı bildirib ki, ittihamlar kökündən yanlışdır.

O, sosial şəbəkələrdə hər yayılan yalana reaksiya verməyə ehtiyac görmədiyini açıqladı.

Deputat, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə Oqtay Əsədovu 20 ildir tanıdığını qeyd edib.

Onun sözlərinə görə, parlament sədrinin prinsipial, dövlətçiliyə sadiq, təcrübəli insan olmasının şahididir:

"Bu gün Azərbaycanda müxtəlif ünvanlar hədəfə götürülüb. Təsadüfi deyil ki, onların bir çoxu deputatlardır. Gah filan yerdə əmlakını guya ortaya çıxarırlar, gah hansısa hərəkətini göstərirlər.

Bütün bunları da foto və ya video çəkilişlə əsaslandırmağa, insanları inandırmağa çalışırlar. Biz jurnalistlər insanları sensasiyaya alışdırmışıq. Ancaq fikirləşmirik ki, bu "informasiya" montaj ola bilər.

Dəfələrlə belə hallarda sübut olunub ki, həmin tirajlanan şəkil oranın deyil, özlərindən qondarıblar. Ümumiyyətlə, dünya feyk xəbərlərdən əziyyət çəkir. Hətta bununla bağlı tədbir də keçirildi".

B.Sadıqov qeyd etdi ki, bu dəfə ayrı-ayrı deputatlar yox, Milli Məclisin sədri hədəfə götürülüb: "Bunu Bakıda yox, Moskvada ediblər ki, yalan daha çox ayaq açıb yerisin. Bu, jurnalist işi deyil. Məmurlardan qurtarmışıq, indi deputatları qaralamağa keçmişik.

Mən sosial şəbəkələrin sosial şəbədəyə çevrildiyini hesab edirəm. Burada o qədər məsuliyyətsizlik, şər-böhtan var ki, adam təhqirləri oxuyanlara məəttəl qalır.

Azərbaycanı sevməyən düşmən ölkələrin xüsusi xidmət orqanları sosial şəbəkəyə "informasiya"nı ötürür, bilir ki, bəzi avam jurnalistlər araşdırmamış saytlarına qoyub tirajlayacaq. Düşmən dövlətlərin necə ideoloji savaş apardığını yaxşı bilirik.

Ona görə də hər saxtakarlığı "xalis qızıl" kimi qiymətləndiririksə, onda peşəkarlığımıza şübhə ilə yanaşıram. Biz belə hallara qarşı həqiqəti söyləməklə car çəkməliyik.

Eyni zamanda, belə hallar olanda etirazımızı bildirməliyik, bu "informasiya"nı ifşa etməliyik. Çünki məkrli qüvvələrin atdığı addımlardır. Oqtay Əsədov kimi dövlətə sadiq insanların imicinə kölgə salmağa cəhd edilir.

Mən həmkarlarıma çağırış edirəm ki, sosial şəbəkələrdə hər yayılan xəbərə uymasınlar, özlərini və media qurumlarını nüfuzdan salmasınlar, biz prinspial olmalıyıq".

Deputat Fərəc Quliyev bildirib ki, Azərbaycan rəhbərliyinə qarşı xüsusi təşkil olunmuş hücumlar var:

"Ona görə bu məsələ məni təəccübləndirmədi. Çünki dövlətə qarşı xaricdən məkrli hücumlar olur.

Son zamanlar bu məlumatlar ayrı-ayrı məmurlara hesablansa da, yekunda Azərbaycan dövlətinə qarşıdır, islahatların qarşısını almağa yönəlikdir.

Oqtay müəllim bacarıqlı şəxsdir, şəffaf fəaliyyəti var. Ona atılan böhtana son qoyulmalıdır, ictimai qınaq olmalıdır". ("Yeni Müsavat")


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4311   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel