Azərbaycanda benzinin və qazın ucuzlaşması gözlənilirmi – SOCAR rəsmisi cavab verdi

Azərbaycanda benzinin və qazın ucuzlaşması gözlənilirmi – SOCAR rəsmisi cavab verdiAzərbaycanda benzinin və təbii qazın qiymətinin ucuzlaşdırılması, tətbiq olunan qaz limitinin ləğv edilməsi ilə bağlı təkliflər var. Sosial yönümlü islahatların çərçivəsində deputatlar, ekspertlər və sadə vətəndaşlar tərəfindən gündəmə gətirilən bu təkliflər sosial şəbəkələrdə çoxsaylı müzakirələrə, paylaşımlara səbəb olub. Ancaq dövlət rəsmiləri və aidiyyatı qurumlar hələ də məsələyə münasibət bildirməyiblər.

Təklifin reallaşmasının mümkünlüyü ilə bağlı Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Tarif Şurası kimi qurumlarla əlaqə saxladıq. İqtisadiyyat Nazirliyindən bildirildi ki, hər iki məhsulun istehsalçısı və satışını təşkil edən şirkət olaraq SOCAR qiymətin dəyişməsi ilə bağlı müraciət etdiyi halda məsələyə baxılması mümkündür.

Sonxeber.az xəbər verir ki, Bizimyol.info məsələ ilə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədova suallar ünvanlayıb:

– Benzinin qiymətinin ucuzlaşması ilə bağlı səsləndirilən təkliflərin reallaşması mümkündürmü?

– Azərbaycanda əsas satılan yanacaq Aİ-92 markalı benzin və dizel yanacağıdır. Bunların qiymətini satıcı şirkətlər deyil, müvafiq dövlət qurumları tənzimləyir. SOCAR bununla bağlı heç bir qərar vermir. Yəni şirkət birtərəfli olaraq qiyməti nə artıra, nə də aşağı sala bilər.

– Müvafiq qurumlar İqtisadiyyat Nazirliyi və Tarif Şurasıdır. İqtisadiyyat Nazirliyindən bizə bildirdilər ki, qiymətin dəyişməsi üçün SOCAR müraciət edərsə, məsələyə baxıla bilər.

– SOCAR müraciət etsə, qərar verə bilərlər, amma hər bir halda bizim müraciətimiz olmadan da onlar qərar verə bilərlər. Müraciət nəyin əsasında olur? Adətən müraciət maya dəyərinin formalaşması və maya dəyərinə nisbətən satış qiymətinin rentabelli və ya qeyri-rentabelli olması ilə bağlı olur. Maya dəyərinin müəyyənləşməsi isə neftçıxarma avadanlıqlarının qiymətindən, nəql xərclərindən, həmin avadanlığın hansı valyuta ilə əldə olunmasından asılıdır. Xarici valyuta ilə əldə olunursa, manatın ucuzlaşması və ya bahalaşması qiymətə təsir edə bilər.

Məsələn, manat ucuzlaşırsa, avadanlığı xaricdən əldə etmək baha başa gəlir. Bu hal, həmçinin təbii infilyasiya və başqa faktorlar da rentabelliyə təsir göstərə bilər. Hər bir halda şirkət öz əməliyyatlarını hesablayır və onun əsasında təkliflər verir ki, bizə bu yanacaq filan qiymətə başa gəlir və bunun satış qiymətindən bu qədər gəlir əldə edirik. Bu gəlir, heç olmasa, maya dəyərini qarşılayırmı, ya yox? Ona uyğun olaraq da dövlət qərar verir.

– Hazırda olan vəziyyət benzinin ucuzlaşmasını şərtləndirə bilərmi?

– Dediyiniz məsələ ilə bağlı dəqiq məlumatım yoxdur. Bununla bağlı Şirkətə hansısa təklif də daxil olmayıb. Bizim əməliyyatlarımızın rentabelliliyində hazırda dəyişiklik yoxdur. Bazardakı vəziyyət olduğu kimi qalır. Yəni avadanlığı təxminən eyni qiymətə alırıq, gəlir və xərclər dəyişməyib. Xaricdən aldığımız avadanlıq, investisiya xərcləri əvvəlki səviyyədədir. Hansısa ekspert hesab edirsə ki, burda dəyişiklik var, bu haqda bizə mürqciət edə bilər. Təbii ki, dövlətə də müraciət edərək təkliflərini verə bilər. Dövlətin müvafiq orqnları da bu təkliflərə baxa bilərlər. Bu normal bir praltikadır. Əlbəttə ki, SOCAR da verilən qərarlara tabe olacaq.

– Azərbaycanda yanacağın qiyməti başqa ölkələrə, qonşu dövlətlərə nisbətdə baha, yoxsa ucuz sayılır?

– Burada hesablama meyarları fərqli ola bilər. Bu, hər kəsin subyektiv yanaşmasından asılıdır. Çünki yanacağın qiyməti mütləq qaydada bir ölkədə daha ucuz, bir başqasında baha ola bilər. Burada bəzən başqa faktorlar da nəzərə alınır. Həmin ölkənin əhalisinin alıcılıq qabiiliyyəti, aylıq gəlirlər və s. İqtisadçıların da məsələyə fərqli yanaşmaları var. Bunların hamısı iqtisadçıların, təhlilçilərin və makroiqtisadi planlaşmanı həyata keçirən şəxslərin işidir. Bizim işimiz şirkətin özünün əməliyyatlarının rentabelliyini hesablamaqdır. Biz bazardan öncə baxmalıyıq ki, şirkətə məhsulun hasili, isrtehsalı neçəyə başa gəlir və gəlir daxili bazarda o xərcləri minimum örtürmü?

Əlbəttə, daxili bazarda bizim qazanc əldə etmək kimi bir hədəfimiz yoxdur. Biz əsasən xarici bazarlarda hədəfləyirik ki, Azərbaycan üçün qazanc əldə edək. Daxili bazar üçün isə, əsas hədəfimiz ölkənin enerji təhlükəsizliyini təmin etməkdir. Buna görə dövlətə heç vaxt müraciət etmirik ki, bizim gəlirlərimizi, mənfəətimizi artırsınlar. Çünki daxili bazardan adətəın mənfəət kimi bir gözləntimiz yoxdur.

Maksimum gözlənti budur: daxili bazarda ziyan həddindən artıq olmasın ki, şirkətin əməliyyatlarının dayanıqlılığı təmin olunsun, şirkətdə iflas olmasın. Bu da məhsulun maya dəyərindən asılıdır ki, bu yanacağın hasil olunması, emal olunması, nəql olunması, satışı və s. neçəyə başa gəlir və neçəyə satılır? Həmçinin başqa ölkələrdə müxtəlif tənzimləmə mexanizmləri, fərqli iqtisadi siyasət yanaşmaları var. Bəzilərində subsudiyalar tətbiq edilir, bəzilərində bu edilmir. Ona görə də hamısını yan-yana qoymaq mümkün deyil. Yəni fərqli yanaşmalar mövcudur.

– Ölkədə gedən sosial islahatların çərçivəsində təkliflərdən biri də təbii qaz tətbiq edilən illlik limitin ləğv edilməsi və ölkə vətəndaşları üçün təbii qazın qiymətinin aşağöı salınmasıdır. Belə bir addımın atılması mümkündürmü?

– Dövlətin qanunvericiliyinə zidd olmayan istənilən ictimai təşəbbüslə çıxış etmək hər kəsin hüququdur. Yəni təkliflərini irəli sürə bilərlər və o təkliflərə dövlətin müvafiq orqanları baxa bilərlər. SOCAR da hər bir halda dövlətin verdiyi qərarlara tabe olacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3384   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021