Gənc qadını dekolte geyiminə görə təyyarədən yerə atmaqla hədələdilər — FOTOLAR

21 yaşlı Emili Okonnorun təyyarədə yaşadığı biabırçılıq dünya mətbuatının gündəminə düşüb.
Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, qadını geyiminə görə təyyarədən atmaqla hədələyiblər. O, Birminqemdən Tenerifə uçarkən dekoltye geyiminə görə bu hadisə ilə üzləşib. Ona "üstünü örtməzsən səni təyyarədən yerə atarıq" sözü ilə hədələyiblər.

Emili İngiltərənin Birminqem şəhərindən Kanar adalarına uçmaq üçün hava limanına gedib. Bilet alan qadın gözləmədiyi davranışla rastlaşıb. Ekipaj qadının geyimini göstərib təyyarəyə belə minə bilməyəcəyini bildirib. Emili isə baş verənləri Tvitterdə bütün dünyaya yayıb. Məlum olub ki, 4 nəfərlik ekipaj Emilini də, baqajını da təyyarədən çıxartmaqla hədələyiblər.

Okonnor hava limanında eyni paltarla gəzişib və problemlə üzləşməyib. Onun qohumu pencəyini Emiliyə verib və qadın təyyarəyə minib. Hadisə yayıldıqdan sonra şirkət Emilidən üzr istəyib.
Gənc qadını dekolte geyiminə görə təyyarədən yerə atmaqla hədələdilər — FOTOLARGənc qadını dekolte geyiminə görə təyyarədən yerə atmaqla hədələdilər — FOTOLAR

Dünyada   Baxılıb: 1093   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR