"Müğənnilər tərəfindən yuvası yıxılan mənim kimi yüzlərlə qadın var" - Aysel Əlizadəyə İTTİHAM

"Müğənnilər tərəfindən yuvası yıxılan mənim kimi yüzlərlə qadın var" - Aysel Əlizadəyə İTTİHAM"Bəlkə də proqrama çıxmağımı düzgün anlayamayacaqsız, amma məcburam. Müğənni tərəfindən ailəm dağıdılıb. Sonuncu dəfə Aysel Əlizadə həyat yoldaşımla birgə qızımı apardı, indi isə uşağımı görə bilmirəm.

Bu sözləri 13 illik biznesmen əri Elçin Nəcəfovdan boşanmasına səbəb kimi müğənni Aysel Əlizadəni günahlandıran Turanə Nəcəfova deyib. O, sosial şəbəkədə yaydığı açıqlamada sənətçilər tərəfindən ailəsi dağıdılan xanımlara səslənib:

"Ailəmin dağılmağının səbəbkarı odur. Proqrama utanaraq çıxıram, istəməzdim belə olsun. Övladıma qovuşmaq üçün bu addımı atmışam. Mənim kimi müğənnilər tərəfindən yüzlərlə yuvası yıxılan qadın var. Onlara səslənirəm ki, utanmayın, ekranlara çıxıb olanları danışın".

Qeyd edək ki, müğənni dünən instaqramda verdiyi açıqlamada haqqında deyilən ittihamları qəbul etmədiyini deyib. Aysel Əlizadə məsələni hüquq müstəvisində həll edəcəyini bildirib:

"Barəmdə səslənən əsassız, həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran şəxslər qanun və məhkəmə qarşısında cavab verəcəklər. Əsassız fikirlər səsləndirilməsinin dərhal dayandırılmasını, həmçinin, təkzib verilməsini və üzr istənilməsini tələb edirəm".

Şou-biznes   Baxılıb: 2754   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR