Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR

Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRARAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib.

Bankdan verilən məlumata görə, faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir. Qərar 15 mart 2019-cu ildən qüvvəyə minir.

İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edərək hədəf diapozonunun aşağısında qərarlaşmışdır.

Mərkəzi Bankın həyata keçirdiyi siyasətin əsas prioriteti iqtisadi aktivliyin yüksəlməsi şəraitində inflyasiyanın hədəf çərçivəsində formalaşmasını təmin etməkdən ibarətdir. 2018-ci ilin əvvəlindən bəri əhəmiyyətli yumşalmaya baxmayaraq real faiz dərəcələrinin pozitiv zonada qalması inflyasiyanın daxili və xarici risklərini neytrallaşdırmağa xidmət edir. Yenilənmiş proqnozlara görə də 2019-cu ildə inflyasiyanın hədəf daxilində (4±2%) qərarlaşacağı gözlənilir.

İnflyasiya prosesləri. Cari ilin yanvar-fevral aylarında (fevral ötən ilin dekabrına nəzərən) inflyasiya 0.8% təşkil etmişdir. O cümlədən, qiymətlərin ümumi səviyyəsi ərzaq məhsulları üzrə 2.1% və qeyri-ərzaq məhsulları üzrə 0.2% artmış, xidmətlər üzrə isə 0.6% aşağı düşmüşdür. Ərzaq qiymətləri başlıca olaraq mövsümi amillərdən təsirlənmişdir. Yanvar-fevral aylarında istehlak səbətinə daxil olan məhsulların 15%-nin qiyməti dəyişməmiş, 16%-nin qiyməti aşağı düşmüşdür. Bahalaşan məhsulların 85%-nin qiymət artımı 2%-dən aşağı olmuşdur.

2019-cu ilin fevral ayında 12 aylıq inflyasiya 2.1% olmuşdur ki, bu da hədəf diapozonunun aşağı həddinə yaxındır. Orta illik inflyasiya isə yanvar-fevral aylarında 1.9% təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə (4.7%) müqayisədə 2.8 faiz bəndi azdır.

İnflyasiya gözləntiləri. İdarə Heyətinin pul siyasətinə dair sonuncu toplantısından keçən dövr ərzində biznes sektorunun inflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik olmamışdır. Mərkəzi Bankın həyata keçirdiyi real sektorun monitorinqinin nəticələrinə əsasən son 2 ayda qiymət gözləntiləri ticarətdə, qeyri-neft emal sənayesində və tikintidə azalmış, xidmət sektorunda isə artmışdır. Ev təsərrüfatları arasında inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin payında artım qeydə alınmamışdır.

Xarici şərait. Xarici mühit əlverişli olaraq qalır. İlkin məlumatlara görə yanvar-fevral aylarında xarici ticarət balansında 986.3 mln. dollar məbləğində müsbət saldo yaranmışdır. İxrac 42.6%, o cümlədən qeyri-neft ixracı 16.4% artmışdır.

Son aylarda dünya bazarlarında əmtəə qiymətləri artım meyilli olmuşdur. 2019-cu ilin yanvar-fevral aylarında neftin dünya qiyməti orta hesabla 62 ABŞ dolları təşkil etmişdir. Neftin qiyməti ilin əvvəlindən 26% (14 ABŞ dolları) artmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri indeksi yanvar-fevral ayları ərzində 3.4% yüksəlsə də ötən ilin eyni dövrü ilə müqayisədə 2.2% aşağıdır.

Ticarət tərəfdaşı olan ölkələrdə orta inflyasiya səviyyəsi son aylar sabit qalmış, bu ölkələrin valyuta məzənnələrində kəskin tərəddüdlər baş verməmişdir.

İlin əvvəlindən ölkənin strateji valyuta ehtiyatları 4.1% artaraq 46.6 mlrd. ABŞ dollarına çatmışdır. Bu, tədiyə balansının profisitlə formalaşdığını göstərir.

İqtisadi aktivlik. 2019-cu ilin əvvəlində iqtisadi artım tempinin yüksəlməsi müşahidə edilməkdədir. 2019-cu ilin yanvar ayında ötən ilin müvafiq dövrünə nəzərən iqtisadi artım 2.9% təşkil etmişdir. İqtisadi artım qeyri-neft sektorunda 2.7% olmuşdur ki, bu da əsasən ticari sektordan qaynaqlanmışdır. Qeyri-neft sənayesində 12.9%, kənd təsərrüfatında 2.4% artım müşahidə olunmuşdur.

Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi ötən 2 ayda qeyri-neft emal sənayesində və ticarətdə artmış, tikinti sektorunda və xidmət sahələrində isə azalma nümayiş etdirmişdir.

İlin qalan dövründə daxili tələbin genişlənməsinin məcmu buraxılış kəsrinə azaldıcı təsir göstərəcəyi gözlənilir.

İnflyasiya riskləri. Cari ilin ötən dövründəki proseslər və yenilənmiş proqnozlar inflyasiyanın risk balansında müəyyən struktur dəyişikliklərinin baş verdiyini göstərir.

Sabitləşdirici amillərə profisitli tədiyə balansı şəraitində məzənnənin dayanıqlığı, antiinflyasyon monetar şərait, aşağı səviyyədə lövbərləşməkdə olan inflyasiya gözləntiləri aiddir.

İnflyasiyanın xarici və daxili risk amilləri də diqqətdə saxlanılır. Xarici amillərə ilk növbədə qlobal iqtisadi artımın səngiməsi şəraitində neft bazarında təklifin artması ehtimalı ilə bağlı dünya neft qiymətinin volatilliyi aiddir. Digər tərəfdən dünya ərzaq bazarlarında bahalaşma meyilinin davam etməsi ölkəyə xaricdən inflyasiya idxalı riskini artırır. Xarici ticarət tərəfdaşı olan bir sıra ölkələrdə inflyasiya və məzənnə dəyişkənliyi ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır. Daxili amillərə isə başlıca olaraq sosial xarakterli fiskal stimulların və maliyyə sektoru ilə bağlı qərarların istehlak bazarına və monetar sektora birbaşa və dolayı təsirləri aiddir.

Monetar şərait. Son dövrlər pul siyasətinin yumşaldılması ilə bağlı ardıcıl qərarlar monetar şəraitin normallaşdırılmasında əhəmiyyətli rol oynamışdır. Mərkəzi Bank tərəfindən monetar şəraitin formalaşdırılması inflyasiya hədəfi və məcmu buraxılış kəsri arasında optimal balansın saxlanılmasına xidmət edir.

İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində manatla pul bazasında əhəmiyyətli dəyişiklik baş verməmiş, dövlət büdcəsinin profisitindən asılı olaraq formalaşan hökumət hesabları qalığı pul bazasının dinamikasını müəyyən edən başlıca amil olmuşdur.

Real faiz dərəcəsinin pozitiv zonada olması və əmanətlərin tam sığortalanması müddətinin uzadılması şəraitində milli valyutada yığımlar cəlbedici olaraq qalır və dollarlaşmada azalma meyli davam edir.

Mərkəzi Bankın cari ildə faiz dəhlizinin parametrlərinə dair növbəti qərarları inflyasiyanın faktiki və proqnoz səviyyəsi, ona təsir edən risklər balansının qiymətləndirilməsi əsasında veriləcəkdir.

Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarının açıqlaması 2019-ci il aprelin 26-da ictimaiyyətə təqdim ediləcəkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1887   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021