Dünya onun haqqında danışır! - Məşhur idmançı beynini bağışladı

Dünya onun haqqında danışır! - Məşhur idmançı beynini bağışladıİdmanı buraxdığını deyən məşhur güləşçi Mark Henry hər kəsi heyrətləndirən bir qərar verib.

Sonxeber.az metbuat.az-a istinadla bildirir ki, Mark Henry öldükdə beynini elmi araşdırmalarda istifadə edilmədi üçün bağışladığını bildirib.
Bir zamanlar "dünyanın ən güclü adamı"adına sahib olan Henry açıqlamasında beyninin xroniki travmatik ensefalopati olaraq adlanan xəstəliyin araşdırılması üçün istifadə olunmasını istəyib.

Elm adamları beyinin ölümün dərhal ardınca incələnməsinin ən əlverişli yol olduğunu düşünür.

İnsanların orqanlarının tibbi və araşdırma məqsədilə bağışlanmasının əhəmiyyətli olduğunu deyən güləşçi "beynimi beyin bankına bağışladım və araşdırmadan yaxşı bir nəticə çıxmasını ümid edirəm"deyə bildirib.

Mark Henry 12 yanvar 2018-ci ildə 22 illik kariyerasına son vermişdi.

Dünyada   Baxılıb: 1293   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR