Qatil qətliamdan dəqiqələr öncə paylaşdı - FOTOLAR

Xəbər verdiyimiz kimi Yeni Zelandiyada iki məscidə bu səhər silahlı hücum olub. Hücum nəticəsində çox sayda insan ölüb, yaralılar var.

Sonxeber.az metbuat.az-a istinadən bildirir ki, hadisə şahidlərindən Mohan İbrahim "New Zealand Herald"a açıqlamasında "Əl Nur" məscidindən qaçmağı bacardığını, ancaq içəridə yaxınlarının qaldığını bildirib. İbrahim "Əvvəl elə bildim, elektrik şokudur, ancaq hamı qaçmağa başladı. Yaxınlarıma zəng etdim, heç biri telefonu açmadı. Həyatda qalıb-qalmadıqlarından narahatam"-deyə açıqlama verib.
Başqa bir hadisə şahidi isə qətliamın 20 dəqiqə çəkdiyini ən azı 60 nəfərin yaralandığını bildirib.

Hadisə şahidlərindən biri qatilin əsgər forması geyindiyini və avtomotik tüfənglə təsadüfi yerlərə atəş açdığını qeyd edib.

Məlumata görə, qatil videosunda özünü Brenton Tarrant olaraq tanıdıb.

Polis terror hadisəsilə bağlı hərəkətə keçdi. İlk açıqlamaya görə, 4 nəfər həbs edilib. Onlardan birinin qadın olduğu deyilir.

Polis əməkdaşlarının şübhəlilərin olduğu avtomobili vuraraq saxladığı görülür.

Avstraliyalı olduğunu deyən qatil qətliamdan əvvəl "To Turks" başlığı altında ağlasığmaz paylaşım edib.

Paylaşımda "Torpaqlarınızda hüzur içində yaşaya bilərsiniz, sizə zərər gəlməyəcək. Ancaq Avropa torpaqlarında yaşamağa çalışsanız, sizi öldürəcək və torpaqlarımızdan atacağıq"-sözləri yer alıb.

Polisin şübhəlini saxlama anı sosial şəbəkələrdə paylaşılıb.
Qatil qətliamdan dəqiqələr öncə paylaşdı - FOTOLARQatil qətliamdan dəqiqələr öncə paylaşdı - FOTOLAR

Dünyada   Baxılıb: 1389   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR