"Əziyyət çəkmədik, asanlıqla çıxardıq" – Soyğunçu xalaoğlunun səmimi ETİRAFLARI – VİDEO

"Əziyyət çəkmədik, asanlıqla çıxardıq" – Soyğunçu xalaoğlunun səmimi ETİRAFLARI – VİDEOŞəmkirdə oğurluqla məşğul olan dəstə saxlanılıb.

ARB TV xəbər verir ki, Şəmkir rayonunun Təzəkənd kənd sakini Hacı Hacıyev ötən il mayın 5-də Rayon polis şöbəsinə ərizə ilə müraciət edərək may 4-ündən 5-nə keçən gecə qardaşı Bəxtiyar Hacıyevə məxsus mənzildə oğurluq törədildiyini bildirib. Əməliyyat axtarış tədbirlərinə başlayan Şəmkir polisi nəhayət bu ilin mart ayında oğurluq edən şəxslərin kimliyini müəyyən edə bilib. Məlum olub ki, cinayəti zərərçəkənin yaxın qohumu 48 yaşlı Afiq Hacıyev və onun həmkəndliləri törədib.

Mehrab Məmmədov – Baş müstəntiq: "Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxslərin Şəmkir rayonunun Təzəkənd kənd sakinləri əvvəllər qəsdlə adam öldürmə maddəsi ilə məhkum olunmuş Alyarov Afqan Yaqub oğlu, Hacıyev Afiq Rafiq oğlu və Xəlilov İsmət Yusif oğlunun olması müəyyən edilib. 13 mart 2019-cu il tarixdə hər üç şəxs şübhəli şəxs qismində tutularaq Şəmkir rayon polis şöbəsinin müvəqqəti saxlanma yerinə təhvil verilib".

Oğurluq yolla əldə edilən qiymətli əşyaların biri tapılaraq maddi sübut kimi tanınıb. Dəstənin ən kiçik üzvü 27 yaşlı İsmət Xəlilov cinayəti bir neçə gün əvvəldən planlaşdırdıqlarını və oğurluqda gözətçi kimi iştirak etdiyini deyib.

İsmət Xəlilov – Saxlanılan şəxs: "Təklif etdi ki, belə bir ev var, boşdur. Mənə demədi ki, xalam oğlunun evidir. Bilmirdim. Mənə dedilər ki, qıraqda gözlə, sənlik heç nə yoxdur. Bunlar girdilər içəri, bir saat sonra çıxdılar. Əşyaları iki evin arasına yığdılar. Sonra mənə Əfqan 80 manat verdi ki, sən get, sənlik iş yoxdur. Mən də çıxıb gəldim".

Ev sahibinin xalası oğlu Afiq Hacıyev də qohumunun evini qarət etdiklərini səmimi etiraf edib. O, əvvəllər xalası oğlunun evində usta kimi çalışdığını bu səbəbdən də qiymətli əşyalarının yerini müəyyən etməkdə çətinlik çəkmədiklərini bildirib.

Afiq Hacıyev – Saxlanılan şəxs: "İki gün, üç gün gedib baxdıq, gördük işıq yanmır, heç kim yoxdu. Orada istixana vardı. Gördük orada da heç kim yoxdur. Arxayın olduq, qapını açıb içəri girdik. Sol tərəfdə otaqda əşyalar yığılmışdı. Əziyyət çəkmədik, asanlıqla çıxardıq".

Cinayətin təşkilatçısı hesab edilən Əfqan Alyarov da ortaqları ilə həmfikir olduğunu deyib. Hər üç şəxsin barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. Onların bu kimi başqa cinayətlərdə əlinin olub-olmaması istintaq yolu ilə araşdırılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 947   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021