Xarici siyasətdə prioritet nə olub? - Baş nazirdən AÇIQLAMA

Xarici siyasətdə prioritet nə olub? - Baş nazirdən AÇIQLAMABaş nazir Novruz Məmmədov bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabat verib.

Sonxeber.az-ın məlumatına görə, Baş nazir çıxışına Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etməklə başlayıb.

N. Məmmədov deyib ki, hesabat dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətdə prioritet olub: "Avropa İttifaqı və Azərbaycan arasında "Strateji Tərəfdaşlıq" adlı prioritet sənədi bu istiqamətdə xüsusi qeyd etmək istəyirəm".

Baş nazir ötən dövrdə valyuta ehtiyatlarının 3 milyard dollar artıdığını nəzərə çatdırıb: "Büdcənin gəlirləri proqnozdan 360 milyon manat çox olub. Keçən il sosial mənzillərin də satışına başlanılıb. Keçən il büdcə xərclərinin 7,2 milyard manatı sosial yönümlü xərclərin payına düşüb. Pensiyaların məbləği 6 faizdən çox artıb. Keçən ilin sonuna qədər şəhid ailələrinə 34 milyon manat birdəfəlik ödəniş verilib".

Baş nazir qeyd edib ki, Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirir: "Keçən il 451,5 milyon manat məbləğində investisiya hesabına 568 kilometrdən artıq suvarma kanallarının bərpa işləri aparılıb, 50 min hektardan artıq ərazidə suvarma işləri yaxşılaşdırılıb. Nəticədə 2017-ci illə müqayisədə 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı 4,2 faiz artıb ".

N. Məmmədov qeyd edib ki, keçən il ölkənin 11 rayonunda yerləşən xalçaçılıq fabrklərində 5,5 min kvadratmetrdən artıq xalça toxunub: "Keçən il 800-ə qədər məktəb və uşaq bağçası tikilib, yenidən qurulub. 8 min 120 yerlik modul tipli məktəblər istifadəyə verilib".

Baş nazir keçən il idmançıların beynəlxalq yarışlarda 753 medal qazandığını nəzərə çatdırıb: "Mən mətbuatda hesabatla bağlı mövqeyini bildirən deputatların fikirləri ilə də tanış olmuşam. Hər bir fikrə münasibət bildiriləcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 481   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

29 mart
.

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb

Paytaxtın mərkəzi hissəsində baş verən yol-nəqliyyat hadisəsi sıxlığın yaranmasına səbəb olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektlərinin kəsişməsində yol-nəqliyya

29 mart
.

NK qərarından sonra kütləvi satış başladı: Minlərlə "Prius"un aqibəti necə olacaq?

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti il

29 mart
.

Alimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA

Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?. Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu -a açıqlama verib. O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:. "Azərbaycanda alimenti

29 mart
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

29 mart
.

XƏBƏRDARLIQ - Bu tarixdən güclü külək əsəcək, çaylardan sel keçəcək

Mart ayının 30-dan ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-1

29 mart
.

Terrorla bağlı xüsusi iclas çağırılsın - Deputatdan TƏKLİF

Terrorla bağlı ölkədəki durumla əlaqədar Milli Məclisin xüsusi iclası çağrılsın. xəbər verir ki, belə bir təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, bununla bağlı ya Milli Məclisin qapalı iclası keçirilsin, ya da komitələrdə ba

29 mart
.

Uçot dərəcəsinin azaldılması kredit faizlərinə necə təsir göstərəcək? - AÇIQLAMA

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı həm infilasiya səviyyəsinin optimallaşması, eyni zamanda, makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O qeyd edib ki, əslində, proses 2023-c

29 mart