Siyavuş Novruzov: Bəzi ölkələr Azərbaycanın daxili işlərinə qarışmaq istəyir

Siyavuş Novruzov: Bəzi ölkələr Azərbaycanın daxili işlərinə qarışmaq istəyir2018- ci il Azərbaycan xalqının taleyində əlamətdar il olub. Bu gün bizə təqdim olunan hesabatda müəyyən məsələlərə toxunulub. 2018-ci ilin hesabatını ilk növbədə Azərbaycan özü verib. Xalqımızın 2018-ci ildə prezident seçkilərində Ulu Öndər Heydər Əliyev yoluna səs verərək, Prezident İlham Əliyevi dəstəkləməsi artıq 2018-ci ilin hesabatına verilən qiymət idi.

Sonxeber.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2018-ci ilin hesabatının müzakirəsi zamanı deyib.

O bildirib ki, ötən il prezident seçkilərindən sonra ölkədə həyata keçirilən islahatalara nəzər yetirsək, iqtisadiyyatımız daha da inkişaf etdiyini, bir sıra sosial problemlərin həll olunduğunu və yeni infrastrukturun yarandığını görərik: "Ötən il Nazirlər Kabinetində böyük ishatalar keçirildi. Nazirlər Kabinetinin tərkibində dəyişiklik edildi. İqtisadiyyatrımızın inkişafına, sosial məsələlərin həllinə mane törədən strukturlar ləğv edildi, zəruri, təlabatı olan yeni strukturlar formalaşdı və bu gün formalaşmaqdadır".

S. Novruzov qeyd edib ki, cənab Prezident tərəfindən son aylarda imzalanan sərəncamlar, verilən qəraralar 2019-cu ilin dövlət büdcəsində əvvəlcədən öz əksini tapmışdı: "Həm sosial, həm iqtisadi sahədə, həm də problemli kreditlərlə bağlı məsələlərlə bağlı atılan addımlar dünyanın heç bir yerində həll edilmir. Azərbaycanda həyata keçirilən bütün işlər əhalinin sosial rifah halının yaxşılaması üçündür. İnsanlar da bunu başa düşür və öz prezidentlərini dəstəkləyir, iqtidar-xalq birliyi nümayiş olunur".

Azərbaycanda həyata keçirilən islahatları gözü götürməyənləri bu islahatlara kölgə salmaq istədiklərinə təəssüfünü ifadə edən deputat qeyd edib ki, həm xaricdə, həm də daxildə olan bəzi qüvvələr görülən işlərə mane olmağa cəhd edirlər: "Bir daha qeyd edirəm ki, həyata keçirilən işlər, atılan addımlar ötən il Prezident seçkilərindən sonra həyata keçirilən islahatların nəticəsidir. Bəzi ölkələr Azərbaycanın daxili işlərinə qarışma cəhdləri edirlər. Bu yersizdir. Onların cəhdləri heç bir nəticə verməyəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 602   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021