31 il sonra oğlunu görən ananın reaksiyası DƏHŞƏTƏ GƏTİRDİ - Zaur ağladı - FOTO

31 il əvvəl atdığı uşağı tapılan Dilarə adlı qadının "Səni axtarıram"ın efirindəki davranışları hər kəsi məəttəl qoyub.

Sonxeber.az milli.az-a istinadən xəbər verir ki, oğlunun tapıldığını öyrənən ananın heç nə olmamış kimi hərəkətləri ekspertləri də özündən çıxarıb. Bir neçə dəqiqə sonra studiyaya daxil olan 31 yaşlı Mehmanın (onu övladlığa götürən ailə isə ona Cahangir adı verib) 4 günlüyündə küçəyə atdığı körpəsi olduğu deyilsə də, qadın soyuq baxışlarla ona yaxın getmək fikrindən də daşınıb.

Mehmanın (Cahangir) ardınca studiyaya onu uşaq evindən övladlığa götürən 61 yaşlı Cığatel xanım daxil olub. Bu məqamda Dilarə adlı qadın studiyanı tərk etmək istəyib. Həmin məqamda Mehman mikrofona "Azərbaycan xalqı bizə baxır. Ona görə də bir Azərbaycan qadını olduğu üçün onunla qucaqlaşıb öpmək istəyirəm. Çünki istəmirəm kimsə mənim haqqımda pis fikirləşsin" cümlələrini işlədərək doğma anasına sarılıb.

Mehmanın bu davranışı hər kəsi qəhərə boğub.

Bunun ardınca Mehmanı böyüdən Cığatel xanımın dedikləri studiyada gözyaşlarına səbəb olub:

"4 il idi ailə qurmuşdum, uşağım olmurdu. Onu 4 günlüyündən götürüb saxladım. Müalicəyə getmişdim, uşaq evi ilə maraqlandıq, dedilər bu gecə gətiriblər bu uşağı. Elə zəif uşaq idi, elə bilirdim öləcək. Dedim "Özüm öləcəm, onu qoymayacam ölməyə, yaşadacam onu". Hamı məni qınayırdı. Deyirdilər "Bir yönlüsünü götürərdin də, bu öləcək". Dedim "Ölməyəcək! Onu mən yaşadacam. Özüm ölərəm, onu qoymayacam ölsün". Mehmandan başqa uşağım yoxdur, olmadı da. Mən anayam, niyə elə uşağı mənə vermədi. Verərdi mən baxardım 10 elə uşağa. Niyə dodağı 9 yerdən çatlayanlara vermir? Mən ona ana demirəm".

Xoşqədəm "Məcbur edə bilmərik səni, Mehman. Seçimini et" dediyi zaman Dilarənin "Elə kim saxlayıb, anası da odur" ifadəsi studiyadakıları daha da qıcıqlandırıb.

Mehman "Mən anamı götürüb getmək istəyirəm" deyərək, Cığatel xanımın əlindən tutaraq studiyanı tərk edib.

Zaur da "5/5"də Mehmanın doğma anasının 31 il sonra qarşısında dayanan oğluna qarşı biganəliyindən danışıb:

"Bayaq Xoşqədəm xanımın verilişinə baxanda göz yaşımı saxlaya bilmədim, sel-su getdi. Yanımda 4 nəfər var idi, hamı ağladı. Elə ana olar?! Gah gəlir qabağa, gah çəkilir geri. Yapış, qucaqla. Oğlandakı cəsarətə bax. Mən olsam, yaxın durmazdım. Bravo o gəncə ki, dedi "Azərbaycan xalqı baxır, ona görə anama sarılacam"".
31 il sonra oğlunu görən ananın reaksiyası DƏHŞƏTƏ GƏTİRDİ - Zaur ağladı - FOTO31 il sonra oğlunu görən ananın reaksiyası DƏHŞƏTƏ GƏTİRDİ - Zaur ağladı - FOTO31 il sonra oğlunu görən ananın reaksiyası DƏHŞƏTƏ GƏTİRDİ - Zaur ağladı - FOTO

Sosial   Baxılıb: 7151   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR