Məscidlərə hücumda istifadə olunan silahların daraqlarında ERMƏNİCƏ yazılar olub - FOTO

Məscidlərə hücumda istifadə olunan silahların daraqlarında ERMƏNİCƏ yazılar olub - FOTOYeni Zelandiyada 2 məscidə edilən hücum zamanı istifadə olunan silahların daraqlarında ermənicə yazılar olub.

Bu barədə "Daily Mail" yazıb. Hücumu törədən avstraliyalı Brenton Tarrant hadisədən əvvəl silahın və daraqların fotolarını özünün "Twitter" səhifəsində paylaşıb. Daraqların üzərində gürcü, rus, erməni və digər dillərdə adlar və digər yazılar olub.

Gürcüstanın "Rustavi 2" kanalı isə daraqların üzərində gürcücə Davit Aqmaneşebeli və David Soslani adlı iki gürcü çarının adının yazıldığl barədə məlumat yayıb.

Brenton Tarrant hücum anını da çəkərək sosial şəbəkələrdə yayıb.

Bu gün səhər saatlarında Yeni Zelandiyanın Kraystçerç şəhərində 2 məscidə silahlı hücum olub. Hadisə nəticəsində 49 nəfər ölüb, 47 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Atəş açanlardan biri - Qrafton şəhərinin sakini Brenton Tarrant hazırda axtarışdadır. Hadisədə şübhəli bilinən daha 4 nəfər saxlanılıb. (ONA)

Dünyada   Baxılıb: 4851   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR