"Siz vannaya uzanmasaydınız, mən də elə oxumazdım" - Afətdən Floraya

"Siz vannaya uzanmasaydınız, mən də elə oxumazdım" - Afətdən FlorayaMüğənni Afət Fərmanqızı ARB TV-nin efirində onu tənqid edən xalq artisti Flora Kərimovaya sərt cavab verib.

O, fikirlərini Kərimovanın "Qaynana" filmi üçün çəkilən vannadakı fotosunu İnstaqramda paylaşaraq yazıb:

"Bu xanım Faiq Ağayevə sənəti yoxdur dedikdən sonra məni tənqid etməyə başlayıb. Amma duet oxuyan vaxtı Faiq sənətkar idi. Əziz və hörmətli müğənnimiz, bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısacası, günah sizdədi. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım. Mənim belə şəklim olsa, vannamı başıma aşırtmışdınız".

Qeyd edək ki, Flora Kərimova "Hüseynova bacıları" verilişində Fərmanqızına bu sözləri demişdi:

"O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan".

Şou-biznes   Baxılıb: 2277   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR