Valideynlərə XƏBƏRDARLIQ! Uşaqlarınıza bu oyuncaqları almayın!

Valideynlərə XƏBƏRDARLIQ! Uşaqlarınıza bu oyuncaqları almayın!Uşaqlarda yaradıcılığın inkişafı üçün adətən onlara çoxlu oyuncaq alınır. Lakin daha çox oyuncaq uşaqlara mənfi təsir göstərir. Uşaqların ən önəmli faəliyyətlərindən biri məhz oyunlardır. Onların həyatında xüsusi rola malik olan oyuncaqların seçimi isə mühüm əhəmiyyət kəsb edir.

Sonxeber.az medicina.az-a istinadən bildirir ki, mövzu ilə bağlı psixoloq Səbinə Bayramovanın dediyinə görə, oyuncaq seçimi edərkən, valideynlər həmin oyuncağın uşağın zəka inkişafına dəstəkləyici olmasına diqqət etməlidir: "Öyrədici oyuncaqlar əyləncəli olmaqla yanaşı, uşaqların həm özünü, həm də cevrəsini, ətraf mühiti tanımalarına yardımçı olan vasitələrdədir. Oyuncaqlar uşağın yaşına və inkişafına uyğun seçilməyəndə mənfi təsirlər yaradır. Yəni uşağın yaş və inkişafına uyğun oyuncaq seçimi edildikdə, uşağın inkişafı da onun təsiri ilə irəliləyir".

Psixoloqun sözlərinə görə, oyuncaqlar uşağın yaşına görə alınmalıdır: "Uşaqlar əgər kiçik yaş dövründədirsə, burada rənglər də rol oynayır. 4 rəng: qırmızı, yaşıl, sarı, mavi. Bu 4 rəng uşağın həm diqqətini korreksiya edir, həm görmə qabiliyyətinin inkişafına kömək edir, həm də intellektual qabiliyyətlərini yüksəldir. Bu səbəbdən əsasən kiçik yaş dövründə bu rəngli oyuncaqlara üstünlük verilməlidir".

S.Bayramova deyir ki, cürbəcür rənglər uşaqlarda diqqət əskikliyinə yol açır: "Azyaşlı uşaqlara daha az oyuncaq almaq kifayət edir. Kiçik yaşlarında daha az oyuncaq olmalıdır ki, uşaq ona bələd ola bilsin, onu digər şəyalardan ayırd edə bilsin. Körpə uşaqlara 2-3 oyuncaq almaq məsləhətlidir. Getdikcə o, artıq öz oyuncağını tanıdıqdan, ətraf mühiti ayırd etdikdən sonra oyuncaqları artıra bilərsiniz".

Valideynlər bəzən uşaqlarının oyuncağını sındırmasına əsəbləşir, onlara cəza verirlər. Psixoloq deyir ki, bu, doğru deyil: "Uşaqlar öyrənmək məqsədi ilə oyuncağın içini görmək istəyir, onu açır, sökür, içinə baxmaq istəyir. Bu, əslində normal haldır. Əksinə uşaq sakit davransa, heç bir araşdırma aparmasa, oyuncaqdan bu şəkildə istifadə etməsə, bu zaman narahat olmaq lazımdır. Belə nüanslarda uşaqlar yaşıdlarından geri qalır".

Əksər valideynlər övladlarının oynadığı oyuncaqlarda cins etibarilə ayrıcalıq edirlər. "Sən oğlansan, qız oyuncağı ilə oynama və yaxud əksinə. Valideyn bu durumu müşahidə etdikdə təşvişə düşür. Psixoloq bu narahatlığın əsassız olduğunu qeyd edir: "Qadağalar balacaların həmin oyuncaqlara marağını daha da artırır. Çünki oğlan uşaqlarının da qız uşaqlarının da həyatlarında həm qadın, həm kişi var. Anaları ataları... Ümumiyyətlə, oyuncaq uşaqlarda fiziki, zehni, psixoloji təsirlərə malik olduğu üçün bir çox məqamlara diqqət etmək lazımdır. Birinci növbədə uşağın yaşı nəzərə alınmalıdır. İti kənarları olan zərərverici oyuncaqlardan uzaq durmaq lazımdır. Azyaşlı uşaqlara kiçik hissələrə parçalanan oyuncaqlar vermək olmaz. Kimyəvi boyalardan istifadə olunan oyuncaqların uşaqlara verilməsi məsləhətli deyil. Ümumiyyətlə, zərər verməyən oyuncaqlar olması məsləhətlidir. Elektronik oyuncaqlar uşaqların təkbaşına oynamasına yol açır. Bu da onların sosiallaşmasının qarşısını alır. Bu baxımdan belə oyuncaqlar da məsləhətli hesab olunmur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1712   Tarix: 17 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Bakıda yarım milyona Quran satılır? - FOTO

Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər

19 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Əməkdar məşqçi vəfat etdi

Gəncə boks məktəbinin müəlliflərindən olan əməkdar idman ustası Eldar Həsənov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, məşqçi 82 yaşında həyatını itirib. Eldar Həsənov SSR-i İdman Ustası, əməkdar məşqçi və bir sıra idman tutumlarına malik olub. Onun tələbləri istər ölkəmizdə, istərsəd

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel