Hüseyn Dəryanın qızı nə istəyir?

Hüseyn Dəryanın qızı nə istəyir?Fevralın 20-si mərhum reper Hüseyn Dəryanın birinci evliliyindən olan qızı Ayşə "Bizimləsən" proqramına müraciət etmişdi.

Səbəbi ziyarətinin məğzi isə ondan ibarət idi ki, Ayşə Dəryanın Sona İbadovadan olan evliliyindən dünyaya gələn Cahangirin onun qardaşı olmasına inanmır. Buna görə də o, qohumluğun DNT analizi ilə sübut olunmasını istəyirdi. Ayşə hələ də məqsədinə doğru can atır.

16-17 yaşlarında səlist və yaşından iki dəfə böyük danışıq tərzi ilə tamaşaçıların əlini üzündə qoyan Ayşə bildirir ki, Cahangir onun qardaşı deyil. İddia edir ki, Sona hər kəsi aldadır. O, hətta bildirir ki, reper sağlığında dəfələrlə Ayşəyə Cahangirin onun qardaşı olmadığını söyləyib. Amma nədənsə, biz Hüseyn Dəryanın oğlu ilə olan kadrlarına baxdığımız zaman bu videolarda heç bir ögey münasibət sezməyib, əksinə, fəxarət və səmimi hisslər görürük.

Üstəlik, onun çıxıb DNT analizi tələb etməsi isə absurd haldır. Ona görə ki, ortada heç bir miras yoxdur. Əgər Dəryadan dəryaları dolduracaq zinət əşyaları, cah-cəlallı villalar, auksionda alınmış sənət əsərləri qalsaydı, haradasa Ayşəyə haqq vermək olardı. Deyərdik ki, bütün şou çıxılmaz vəziyyətdə qalmış bir qızcığazın öz haqqını tələb etmək uğrunda mücadiləsidir.

İkinci absurdluq isə ondan ibarətdir ki, Sonanın da dediyi kimi, ondan bunu yalnız Hüseyn Dərya tələb edə bilər. Heç efirdə çıxıb, Cahangirin onların qardaşı oğlu olmadığını iddia edən bibisinin də buna haqqı yoxdur.

Sona isə bütün bunların fonunda cəmi bir dəfə açıqlama verdi və DNT analizindən boyun qaçırdı. Halbuki qarşı tərəfin haqsız olduğunu sübut etmək istəyən insan bu analizi verib, saqqız kimi uzanan məsələni yoluna qoya bilərdi. Bəlkə də "qadınlıq qüruruna sığışdırmır" deyəcəksiniz, ancaq hər gün efirdə riyakar kimi büruzə verilməyin qarşısını yalnız bu cür alardı. Həm də yada salsaq ki, Sona özü də mediadan qaçan insan deyil, dəfələrlə verilişlərdə qonaq olub. Amma etmədi, icazə verdi ki, Ayşə onu atasının ruhuna hörmətsizlik etməkdə günahlandırsın.

Bu məqamda isə Ayşə unudub ki, Dəryanın ruhuna hörmətsizlik Sonanın DNT analizi verməməsi yox, onun çıxıb efirdə atasını aldadılmış, yaxud ata olma funksiyasını itirmiş kimi təqdim etməsidir.
Ayşə onu da unudub ki, atasının ölümündən beş il keçir və illər sonra içindəki eqonu təmin edib, Cahangirin onun qardaşı olmamasını sübut etməyə çalışması reperin ruhuna hörmətsizlikdir.

Özünə qardaş, arxa-dayaq istəyən kəs, mənəvi və ya bioloji fərq etmir, atasının "oğlum" deyə xitab etdiyi şəxsə, qayğı göstərməli, onu başqalarından qorumalıdır. Efirə çıxıb, Cahangirin anasını əxlaqsız kimi təqdim edib, onu digərlərinin gözündə alçaltmağa çalışmamalıdır.

Güman ki, Ayşə özünə qardaş yox, şou axtarır. Əks halda, bunu gizli şəkildə də həll edə bildiyi halda, ictimailəşdirməməli idi. Görünür, o, Cahangirə olan diqqət və qayğını, az yaşına rəğmən məşhur olmasını qəbul edə bilməyib və içindəki hissləri belə büruzə verib.

Bütün bunlardan sonra Ayşənin yadına "Sirkə nə qədər tünd olsa, öz qabını çatladar" atalar sözlərini salmaq istəyirəm. Cahangir onun qardaşı olsa da, olmasa da, Ayşə özünə qardaş qazanmayacaq. Çünki hər iki halda, Cahangiri itirdi. Bəlkə də haqlı olsa da, özünü haqsız vəziyyətə saldı və eyni zamanda insanların gözündə də xüsusi bir imic formalaşdırdı.

Dəryanın qızı "dil-dil ötməli", kimisə yanlış addımlarında ittiham etməli deyil, öz qardaşı olmadığı halda belə, Cahangiri bağrına basmalı idi.

DNT analizi ilə sübut etməyin fərqi yoxdur, bax, o zaman, həqiqətən də insanlar onun haqda "Ayşə Hüseyn Dəryanın qızıdır" ifadəsini işlədəcəkdi...

Bütün bunlardan belə bir nəticəyə gəlirik ki, Hüseynin rahatlığını istəyən hər iki xanım, ölmüş bir insanın məşhurluğundan istifadə edərək, gündəmdə qalmağa çalışır və nəticədə olan yenə Hüseyn Dəryaya olur...

"Axsam.az"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2643   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021
.

"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ

Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah

8 sentyabr 2021
.

Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"

11 sentyabr 2021
.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021
.

Onlar artıq bu kanalda olacaq

"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq

7 sentyabr 2021
.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021