Nəsiminin nəşi Azərbaycana gətirilsin - DEPUTAT

Nəsiminin nəşi Azərbaycana gətirilsin - DEPUTAT"Mən Prezident İlham Əliyevə Ağsu və Şamaxıda zəlzələ ilə əlaqədar göstərilən köməyə, görülən işlərə görə seçicilərim adından təşəkkür edirəm".

Sonxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirə olunduğu plenar iclasda millət vəkili Tahir Kərimli bildirib.

T. Kərimli operativ fəaliyyətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə də təşükkür edib: "Mən Səhiyyə Nazirliyinə də təşəkkür etmək istəyirəm. Səhiyyə Nazirliyi səhhətində problemləri olan insanlarla bağlı müraciətimə operativ reaksyia verib, müvafiq addımlar atılıb".

T. Kərimli Ağsu çayının Ağsu şəhərindən keçən hissəsində 2 km məsafədə bənd çəkilməsini təklif edib. Millət vəkili İmaməddin Nəsiminin nəşinin Hələbdən Azərbaycana gətirilməsini də təklif edib: "Mən iki dəfə Hələbdə Nəsiminin qəbrini ziyarət etmişəm. Minlərlə ardıcılı olan bu dahi şəxsiyyətin nəşinin Azərbaycana gətirilməsi vacibdir".

Sosial   Baxılıb: 594   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR