Professor İlham Rəhimov: "Rusiyadakı təxribatların arxasında ermənilər dayana bilər"

Professor İlham Rəhimov: "Rusiyadakı təxribatların arxasında ermənilər dayana bilər"Hüquq elmləri doktoru, professor İlham Rəhimovun son günlər Rusiya mediasında azərbaycanlılara yönəlik xəbərlərlə bağlı "Yeni Müsavat" qəzetinə müsahibəsi:
-İlham müəllim, bir neçə gündür Rusiya mediası Moskvada sizin də sahibi olduğunuz ticarət obyektlərində reydlər keçirilməsi haqqında informasiyalar yayır. Həmin xəbərlər Azərbaycan mediasında da yer alıb. Əslində nə baş verir?

- Öncə onu deyim ki, hadisədən xəbər tutan kimi, Moskva ilə əlaqə saxladım, məsələyə aydınlıq gətirildi. Hazırda orada hər hansı bir problem yoxdur. Bu, Moskva Daxili İşlər Baş İdarəsinin hər il miqrasiya ilə bağlı keçirdiyi reyd idi. Burada xüsusi səbəb axtarmağa gərək yoxdur. Yoxlamalar zamanı ticarət obyektlərinin işinə müdaxilə olunmadan orada çalışan əcnəbilərin sənədləri yoxlanıb və sənədləri qaydasında olmayan insanlarla bağlı tədbirlər həyata keçirilib. Yenə deyirəm, bu hər il baş verir. Məndə olan informasiyaya görə, Rusiyanın miqrasiya qanunlarını ən çox pozan çinlilərdir. Onlar kütləvi şəkildə Rusiya bazarlarına gəlir, ölkədən deportasiya olunana qədər sənədsiz yaşayırlar. Rusiya isə qanunlarını sərtləşdirib, nəzarəti gücləndirib. Müşahidə elədim ki, kimsə bu qanuni yoxlamaları ictimaiyyətə fərqli tərzdə çatdırmaq istəyir, ona görə də prosesə müdaxilə etməyi lazım bildim.

- O zaman siz yayılan xəbərləri sifarişli sayırsınız?

- İstisna deyil. Rusiya mediasında ermənilər çoxdur. Ola bilər, bu kampaniyanı kimlərsə onların əli ilə təşkil edib.

- Söhbət erməni iş adamlarından gedir?

- Bu da istisna deyil. Rusiyanın, xüsusən Moskvanın iş dünyasında bir çox millətin nümayəndəsi, o sıradan ermənilər çalışır. Rəqabət güclüdür. Aydın görünür ki, kimlərsə bizi – yəni mənim, Qod Nisanovun və Zarah İliyevin ortaq olduğumuz "Kiyevskaya ploşad" şirkətlər qrupunu qaralamaq, Rusiya ictimaiyyətində bizim mənfi imicimizi formalaşdırmaq istəyirdi. Ancaq buna nail ola bilmədilər. Belə təsəvvür yaratmağa çalışırdılar ki, biz yoxlamalardan narahat olmuşuq. Heç bir əsası olmayan iddialardır. Obyektində yoxlamalardan o adamlar narahat olar ki, onlar qara pullarla işləyir. Nə mənim, nə də ortaqlarımın buna ehtiyacı yoxdur. Bizim şirkət Rusiyanın iş dünyasında söz sahibidir. İkincisi də mən hüquqşünasam. Heç zaman imkan vermərəm ki, sahibi olduğum qurumların hər hansında qanunsuz bir addım atılsın.

- Bu mənim üçün prinsipial məsələdir. Kimlərsə daxili işlər orqanlarının qanuni reydini bizim fəaliyyətimizə bağlamağa cəhd eləyirdi, alınmadı. Gördüyünüz kimi, bu gün (dünən -red.) Moskva Daxili İşlər Baş İdarəsi açıqlama yayaraq yazılanların doğru olmadığını bildirdi, üstəlik kütləvi informasiya vasitələrini məsuliyyətli olmağa, "KIV haqqında" Qanunu pozmamağa çağırdı. Məni təəccübləndirən başqa məsələdir... Rusiyadakı durumu anladıq – yaxşı, bəs Azərbaycan mediası heç nəyi aydınlaşdırmamış, mahiyyətini öyrənməmiş bunları niyə tirajlayır? Belə çıxır, Azərbaycandakı bəzi saytlarla bizə qarşı düşmən münasibətdə olan media eyni mərkəzdən idarə olunur? Bu düşünülməmiş hərəkətlərlə bizi istəməyən qüvvələrin dəyirmanına su tökənləri anlamaq mümkün deyil. Məgər Rusiya medaisının yaydığı xəbərləri dəqiqləşdirmək bu qədər çətindir? Bizim şirkətlər qrupu mediaya açıqdır – zəng eləmək, xəbərləri dəqiqləşdirmək, bizim fikrimizi öyrənmək çətin deyil. Ancaq nədənsə bu xəbərləri yayanlar söhbətin yalnız Azərbaycan əsilli iş adamlarından deyil, yüz minlərlə azərbaycanlıdan getdiyini unudurlar.

- Reydlər zamanı saxlananlar arasında azərbaycanlılar varmı?

- Ola bilər, amma məndə belə bir informasiya yoxdur. Bir neçə il bundan öncə azərbaycanlıların Rusiyada kütləvi şəkildə miqrasiya problemləri yaranırdı. Axır illərdə isə bu xüsusi kəskinliyi ilə seçilməyən məsələdir. Biz obyektlərimizdə çalışan insanlara miqrasiya məsələsi də daxil, bir sıra problemlərinin çözülməsi üçün hüquqi yardım göstəririk. Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır. Biz onların hamısının sənədlərini yoxlaya bilmərik. Bu bizim nə marağımızda, nə də səlahiyyətimizdə deyil. Məndə olan xəbərlərə görə, reydlər zamanı əsasən çinlilərin miqrasiya qanunlarını pozduğu aşkarlanıb və onlar haqqında tədbir görülüb. Dediyim kimi, Azərbaycan mətbuatında kimlərsə bizi qanundan kənar fəaliyyətlərdə suçlamaq istəyirdi, amma alınmadı. Bu isə ona gətirib çıxardı ki, ailələrinin əsas gəlir qaynağı Rusiya olan minlərlə ailə bir neçə günü narahatlıq içərisində keçirdi. Bilirsiniz, belə xəbərlər nə mənə, nə də ortaqlarım Qod Nisanovla Zarah İliyevə zərrə qədər də təsir etmir. Bu xəbərlərdən əziyyət çəkənlər orada çalışan insanlar, onların yaxınlarıdır. Rusiyada çalışan hər bir azərbaycanlı özündən başqa 5-6 nəfərin yaşayışını təmin edir. Rəsmi rəqəmlərə görə, hər il Rusiyadan Azərbaycana 2 milyard dollar pul gəlir. Həmin adamların hesabına. Dediyim kimi, qışda bizim yalnız ticarət obyektlərimizdə 47 min, yayda – işlər daha da sürətlənəndə 60 min insan çalışır.

- Hələ mən otellərdə, restoranlarda, digər obyektlərdə çalışanları demirəm. Onların Azərbaycanda maddi dəstək verdiyi insanların sayı yarım milyondan az deyil. Bu qədər insanı narahatlıqda saxlamaq, onları gərəksiz yerə həyəcanlandırmaq nəyə xidmət edir? Əks arqument kimi bunu Rusiya mediasının yaydığını bildirirlər. Yaxşı, o zaman bizim haqqımızda yazılan digər xəbərləri niyə görmürlər? Cəmi 1 həftə öncə biz 4 hektar ərazini əhatə edən "Depo Lesnaya" istirahət-əyləncə mərkəzini açmışıq. Orada təkcə restoranların, kafelərin sayı 34-dür. Dünyanın bir çox xalqlarının mətbəxi orada təmsil olunur. Təbii, erməni mətbəxindən başqa... Çox gözəl bir istirahət məkanıdır. Həmin məkan əvvəl tramvay deposu olub. Moskva rəhbərliyinə tamamilə baxımsız yerin bizə verilməsini təklif etdik və oranı sözün əsl mənasında şəhərin ən dəbdəbəli istirahət məkanlarından birinə çevirdik. Obyektin ilkin arxitektur özəlliklərini də saxladıq – qırmızı kərpicdən tikilən depo binasını restavrasiya etdik, çevrəsini modern inşaatın tələblərinə uyğun şəkildə yenidən qurduq. Açılışa Moskva meri Sobyanin gəldi, Qod Nisanovla bərabər obyekti açdı, xeyir, uğur dilədi, bir neçə telekanal açılışdan reportajı gün boyu bütün xəbər buraxılışlarında yayımladı. Yaxşı, reydlər haqqında Rusiya mediasını kopyalayanlar o xəbərləri niyə "görmədi"? Mediada süni gərginlik yaradılması ancaq qeyri-professionalların işidir. Ona görə də heç kim narahat olmasın. Buradan Rusiyada çalışan azərbaycanlılara, onların Azərbaycanda yaşayan qohumlarına səslənirəm – arxayın işinizi görün, qanun çərçivəsində işləyən heç kəsə Rusiyada hər hansı problem yaranmayacaq.

- Professor, niyə bu məsələdə əsas hədəf Qod Nisanov oldu?

- Bizim şirkətlər qrupundakı iş bölgüsünə görə, Qod Nisanov şirkətin üzdə olan simasıdır. Rəsmi qurumlarla təmaslar, ictimaiyyətə veriləcək açıqlamalar daxil, bir sıra təşkilati işlər birbaşa onun üzərindədir. Tikinti işləri ilə bağlı bütün prosedurlara Zarah İliyev rəhbərlik və nəzarət edir, mən ehtiyac yarananda prosesə dərhal müdaxilə edir, problemləri yoluna qoyuram. Yəni iş bölgüsü səbəbi ilə Qod Nisanov ictimaiyyətin hər zaman diqqət mərkəzində olan şəxsdir. Görünür, onun yüksəlişi kimlərisə narahat edir və vaxtaşırı ona hücum etməyə cəhd göstərirlər. Ağla gələn və gəlməyən o qədər yalan uydururlar ki, oxuyanda müəllifin fantaziyasına "heyran olursan". Yazırlar ki, Qod Nisanov hökumətin təkilfindən imtina etdiyi üçün ölkə rəhbərliyi ilə münasibətləri pozulub. Bunu yazanların elementar məntiqinin olmasına şübhə edirəm. Dünyanın istənilən ölkəsində iş dünyası hökumətlə münasibətlərini sağlam, canlı saxlamaq istəyir. Rusiya hökumətinin bizim də iştirak etdiyimiz, ciddi dəstək verdiyimiz böyük sosial proyektləri var və yəqin bundan sonra da olacaq.

- İddialardan biri də odur ki, "Kiyevskaya ploşad"ın problemləri siz öz payınızı ailə üzvlərinizin adına keçirəndən sonra başlayıb...

- Bu iddianın heç bir əsası yoxdur. Belə ki, mənə məxsus pay digər şəxsə keçməyib, yenə də mənim ailəmə məxsusdur və bu ailənin ağsaqqalı da mənəm.

- Sizin ortaqlarınızın adı Qərbin sanksiyalar tətbiq etdiyi şəxslərin siyahısındadır. Yenidən rəsmi ortaqlığı qəbul etməyiniz sizin üçün hər hansı problem yarada bilərmi?

- Onların adı siyahıda olsa da, faktiki heç bir sanksiya ilə üzləşməyiblər. Viza probleminin olacağı ilə bağlı narahatlıqlar vardı, o da özünü doğrultmadı. Qod Nisanov da, Zarah İliyev də dünyanın istənilən ölkəsinə sərbəst gedib-gələ bilirlər.

- Son bir neçə həftədə Moskva ilə Bakı arasında gərginlik yaradılması üçün çalışmalar gözə dəyir. Gah çeçenlərlə-azərbaycanlılar arasında dava, gah "Sputnik Azərbaycan"ın şef redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılması, indi də sizin sahiblərindən biri olduğunuz ticarət obyektindəki yoxlama məsələsi. Bütün bunları ermənilərin təxribatı sayırsınız?

- Kriminal hər ölkədə, hər şəhərdə ola bilər. Prosesləri izlədikcə aydın görünür ki, kimlərsə Bakı ilə Moskva arasında süni gərginlik yaradılmasında çox maraqlıdır. Ancaq bu hakimiyyət dairələri deyil. Rusiya iqtidarındakı ab-havaya yaxşı bələd olan biri kimi deyirəm ki, yüksək səviyyədə belə bir məsələ mövcud deyil. Bu cəhdlər siyasi xarakter daşımır. "Sputnik Azərbaycan" məsələsinə gəlincə, bu məsələdən xəbərdaram. Bugünlərdə Mətin Yaşaroğlu ilə görüşəcəyik. Baş verənləri onun dilindən eşitmək istəyirəm. Yəqin bundan sonra məsələ mənim üçün daha da aydınlaşacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2194   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021