İki azyaşlını məscidə və restorana salıb zorladı, videoya çəkdi, sonra... - Azərbaycanda ŞOK OLAY

İki azyaşlını məscidə və restorana salıb zorladı, videoya çəkdi, sonra... - Azərbaycanda ŞOK OLAYAğstafa rayonunda azyaşlılara təcavüz etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Elmir Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Elmir Babayev Qazax rayonunun Oraq-Çəkic kəndində anadan olub, Ağstafa rayonun Qaçaq Kərəm kəndində yaşayıb. O, ailəlidir, əvvəllər məhkum olunmayıb.

Küçədə azyaşlının qarşısını kəsdi

İstintaq sənədlərinə görə, Elmir Babayev 2016-cı ilin mayın ortalarında istintaqa dəqiq məlum olmayan vaxtda, saat 13 radələrində cinsi ehtirasını təmin etmək məqsədi ilə Ağstafa şəhər sakini, 2003-cü il təvəllüdlü Faiq Məmmədovun Ağstafa şəhəri, Şıxəli Qurbanov küçəsində qarşısını kəsib.

Elmir Babayev Faiq Məmmədovun baş nahiyəsinə əli ilə şillə vurub, ona zor tətbiq etməklə Ağstafa şəhəri ərazisində yerləşən "Gülül" şadlıq sarayının yaxınlığındakı köhnə tikiliyə aparıb.

Azyaşlını köhnə tikilidə zorladı

Elmir Babayev həmin yerdə Faiq Məmmədovun əynində olan paltarlarını soyunmasını tələb edib. Onun tələbini yerinə yetirən Faiq Məmmədov əynində olan şalvarını və tumanını aşağı endirib.

Bu zaman Elmir Babayev Faiq Məmmədovla qeyri-təbii yolla cinsi əlaqədə olub, daha sonra isə ona qarşı əxlaqsız hərəkətlər edib.

Foto çəkdi, internetdə yerləşdirdi

Elmir Babayev bu hadisədən bir neçə gen sonra yenidən Faiq Məmmədovla cinsi əlaqədə olub, onunla uşaqbazlıq edib.

Elmir Babayev həmin vaxt etdiyi hərəkətləri foto çəkiliş edib. Bir neçə gün sonra o, həmin uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri edərkən çəkdiyi fotoşəkilləri internet saytlarında yerləşdirib.

Məscidin hamamında əxlaqsızlıq

Daha sonra Elmir Babayev Faiq Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib, döyəcəyi ilə hədələyib. Bu hədələrlə onu Ağstafa şəhəri ərazisində yerləşən İmam Hüseyn adına Məscidin hamamına aparıb. O, həmin yerdə əli ilə sonuncunun baş və bədən nahiyələrinə vurub.

Daha sonra Faiq Məmmədova zor tətbiq edərək, əynində olan paltarlarını soyunmasını tələb edib. Həmin vaxt azyaşlı onun tələbini yerinə yetirmək istəməyib.

Əxlaqsız hərəkətlərini, lüt bədənini çəkdi

Bu zaman Elmir Babayev Faiq Məmmədovun şalvarını zorla əynindən çıxararaq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, həmin vaxt Faiq Məmmədovu anal və oral sekslər etməyə məcbur edib.

Elmir Babayev Faiq Məmmədovun etdiyi bu əxlaqsız hərəkətləri, həmçinin onun lüt formada müxtəlif vəziyyətdə fotoşəkillərini üzərində olan mobil telefonu ilə çəkib. Ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri edib.

Daha bir azyaşlının qarşısını kəsdi

Elmir Babayev 2016-cı ilin avqust ayının axırlarında istintaqa dəqiq məlum olmayan vaxtda, saat 12 radələrində cinsi ehtirasını təmin etmək məqsədi ilə daha bir oğlana qarşı zorakılıq edib.

O, Ağstafa şəhər sakini, 2002-ci il təvəllüdlü Teymur Əliyevin qarşısını Ağstafa şəhəri Ağamalıoğlu küçəsində kəsib. Teymur Əliyevin bədəninin müxtəlif nahiyələrinə şillə və təpik zərbələri ilə vurub.

Köhnə "Çaxır zavodunun" ərazisində əxlaqsızlıq

Daha sonra Elmir Babayev Teymur Əliyevə zor tətbiq etməklə Ağstafa rayonu, Qaçaq Kərəm kəndi ərazisində yerləşən köhnə "Çaxır zavodunun" istifadəsiz olan tikilisinə aparıb.

Elmir Babayev həmin yerdə Teymur Əliyevin sifət nahiyəsinə əli ilə iki dəfə vurub, əynində olan paltarlarını soyunmasını tələb edib. Teymur Əliyev də əynində olan şalvarı və tumanını aşağı çəkib.

Daha bir azyaşlıya əxlaqsızlıq

Bu zaman Elmir Babayev Teymur Əliyevlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra o, Teymur Əliyevi əxlaqsız hərəkətlər etməyə məcbur edib. Teymur Əliyev əxlaqsız hərəkətlər edən zaman mobil telefonu ilə çəkib.

İstintaq orqanı tərəfindən Elmir Babayevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

13 il cəza

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmir Babayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Bu hökmdən narazı qalan Elmir Babayev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Elmir Babayevin apelyasiya şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Elmir Babayev kasasiya şikayəti verib. O, işinə yenidən baxılmasını istəyib.

Seksual manyak hakimdən nə xahiş etdi?

Elmir Babayevin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya araşdırması aparılan zaman Penitensiar xidmətin 1 saylı cəza çəkmə müəssisəsində cəza çəkən Elmir Babayev hakimə məktub göndərib.

Elmir Babayev məktubunda şikayətini geri götürdüyünü, kasasiya şikayətinə baxılmamasını xahiş edib.

Hakim heyəti onun şikayətini nəzərə alıb. Kasasiya şikayəti baxılmayıb və baxışdan çıxarılaraq geri qaytarılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2632   Tarix: 16 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Gəl Danış" verilişinə görə atasını öldürən qadın: "Bıçaq zərbələrinin sayı yadımda qalmadı"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. -ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirl

15 mart
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Bakıda idmançının qətlindən YENİ XƏBƏR

İdmançının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan -a verilən məlumata görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

12 mart
.

Prokuror "Qurtuluş 93"ün sahibinin kürəkəninin cəzasının ağırlaşdırılmasını istəyir

Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub. -ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses martın 7-nə təyin edilib. Şikayət hakim Həsən Əhmədovu

5 mart
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

12 mart
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart