"Gözləyirdim ki, həmin raketləri atacaqlar..." – Zakir Həsənov erməniləri təəccübləndirdi

"Gözləyirdim ki, həmin raketləri atacaqlar..." – Zakir Həsənov erməniləri təəccübləndirdiAzərbaycan ordusunun ötən gün başa çatan irimiqyaslı hərbi təlimləri Ermənistanda müzakirə olunmaqdadır. 10 minə qədər canlı qüvvə, 500-ə qədər tank və digər zirehli texnikanın, yüzlərlə reaktiv artilleriya və ən yeni raket komplekslərinin cəlb olunduğu, döyüş şəraitinə maksimal yaxınlaşdırılmış təlimlərin ssenarisi şərti düşmənin müdafiə xəttinin yarılması və ərazilərin işğaldan azad edilməsi üzərində qurulmuşdu.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, bu təlimləri şərh edən erməni hərbi ekspert Taron Ovanisyan onun əvvəlkilərdən fərqlənmədiyini deyir. Onun bildirdiyinə görə, Azərbaycan ordusunun keçirdiyi təlimlərdə həmişə eyni ssenari oynanılır, bu da o deməkdir ki, ordu müvafiq döyüş əməliyyatlarına hazırlaşır. İndiki halda Ovanisyana görə bu təlimlər Azərbaycan ordusunun Qarabağ istiqamətində hücumuna hazırlıqdır.

"Düzünü desəm, mən gözləyirdim ki, bu təlimlərdə ilk dəfə Belarusdan alınan "Polonez" operativ-taktiki raket komplekslərindən və İsraildən alınan LORA operativ-taktiki raket komplekslərindən döyüş atışları həyata keçiriləcək. Lakin nə bu, nə digəri tətbiq edilmədi. Ən azından yayılan kadrlarda bu atışları biz görmədik ki, burası bir qədər təəcübləndirir"-Ovanisyan "Sputnik Armenia" agentliyinə açıqlamasında deyib.

Erməni ekspert qeyd edib ki, Azərbaycan "Polonez" və LORA komplekslərini Ermənistanın "İsgəndər" komplekslərini əldə etməsinə cavab olaraq almışdı. O, istisna etmir ki, həmin vasitələrin təlimlərdə tətbiq edilməməsi raketlərin dəyərinin yüksək olması ilə bağlıdır.

"Məsələn, bir LORA raketinin qiyməti 800 min dollara yaxındır. Ola bilsin Azərbaycanın hərbi-siyasi rəhbərliyi təlimlərə bu qədər böyük vəsaitin xərclənməsini məqsədəuyğun saymayıb"-Ovanisyan bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi "Polonez" və LORA raket komplekslərinin də təlimlər çərçivəsində öz bazalarını tərk edərək poliqonlara doğru hərəkət etdiyinə dair kadrları yayıb. Lakin daha sonra təlimlərin gedişinə dair xəbərlərdə bu komplekslər gözə dəyməyib.Eləcə də təlimlərin döyüş atışlı hissəsinə dair Müdafiə Nazirliyinin yaydığı kadrlarda "Vampir" və "Qrad" reaktiv yaylım atəşi sistemlərindən, özüyeriyən qaubitsalardan və müxtəlif çaplı minomyotlardan, o cümlədən tanklardan şərti hədəflərə kütləvi zərbələrin endirilməsi əksini tapıb.

Lakin "Polonez" və LORA operativ-taktiki raket komplekslərindən döyüş atışları həyata keçirilməyibsə belə bu silahların təlim poliqonlarına çıxarılması onların real döyüş əməliyyatlarında tətbiqi ilə bağlı digər mühüm elementləri sınaqdan çıxarmağa imkan verir. Bura komplekslərin döyüş mövqeyini tutması, vurulacaq hədəflərin təsbit edilməsi, şəxsi heyətin kompleksləri çevik şəkildə döyüşə hazır vəziyyətə gətirməsi, zərbənin endirilməsindən sonra döyüş mövqeyinin mümkün cavab zərbələrindən yayınmaq üçün qısa zamanda tərk edilməsi kimi məqamlar daxildir.

"Polonez" raket kompleksləri 250 kilometr mənzilli 8 yüksək dəqiqlikli raketlərlə təchiz olunub. LORA kompleksləri isə 400 kilometrdən çox məsafədə hədəfi 500 kiloqrama yaxın döyüş başlıqlı raketlərlə vura bilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 3418   Tarix: 16 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənistanın verdiyi xəritələrin 20-30 faiz doğru çıxması ilə bağlı nazirlikdən AÇIQLAMA

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib. -ın məlumatına görə

20 iyun 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021
.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədildi

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Belə ki, axşa

15 avqust 2021
.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021